Bazar ertəsi günü, 02 noyabr 2026
     

Prezident koronavirusa qarşı bunları edir - xalqdan birmənalı reaksiyalar var...

Image


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Baki-xeber.com Prezidentin saytına istinadla dövlət başçısına ünvanlanan bir sıra məktubları təqdim edir.

Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək yazır: “Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi evlər mütəmadi olaraq dezinfeksiya edilir. Aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Biz, Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”.

Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev son vaxtlar dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərin Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılandığını bildirir. O yazır: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk”.

Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlətimizin başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov yazır: “Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.

Ağcabədi rayon sakini Əlizadə Nəcəfov isə Azərbaycan Prezidentinə minnətdarlığını aşağıdakı fikirlərlə bildirir:

“Çox hörmətli Prezidentimiz, son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasının əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.

Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.

Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir”.

Prezidentə minnətdarlıq edən Lerik rayonunun Çayrud kəndinin sakini Seyran İsmayılovdövlətimizin başçısının gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsirinin minimum həddə olduğunu yazır: “Bu gün bəşəriyyəti koronovirus adlı bir fəlakət cənginə alıb. Hər gün minlərlə can almaqda davam edən bu pandemiya, təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Amma Sizin gördüyünüz qabaqcıl tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verdiyiniz sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır. Bununla bir daha təsdiq etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidenti olaraq bizim yanımızdasınız. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, biz də Sizin ətrafınızda sıx birləşərək verdiyiniz sərəncam və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq. İnanırıq ki, məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində hər sahədə qələbə qazandığımız kimi, çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu fəlakətdən minimum itkilərlə çıxacaq.

Cənab Prezident, Sizə yaşadığım ərazinin əhalisi adından Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qabaqlayıcı tədbirlərə görə minnətdarlığımı bildirirəm. Sizə Allahdan möhkəm cansağlığı, işlərinizdə bol-bol uğurlar arzulayıram”.

Bakı şəhəri Qaradağ rayonunun sakini Zaur Allahverdiyev Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan koronovirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə uğurlar əldə etdiyini və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olduğunu qeyd edir. “Buna baxmayaraq, Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün də ən əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronovirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır.

Möhtərəm Prezident, Sizin tərəfinizdən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, əhalinin sağlamlığının qorunması məqsədilə gördüyümüz işlər Azərbaycan gəncləri tərəfindən bəyənilir və təqdir edilir. İnanıram ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq. Bu mübarizədə birlik, həmrəylik qələbə çalacaq” – deyə o, fikirlərini tamamlayır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ