31/05/2020 23:12
728 x 90

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edildi

img

Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib. Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qeyd edək ki, X.Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Son xəbərlər