Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistanın dəngəsiz xarici siyasəti öz başında çatlayır - Moskva və Tehran İrəvandan üz döndərir...

Image


Düşdüyü təcrid vəziyyətində sosial-iqtisadi durumu  pisləşən Ermənistanı koronavirus pandemiyası  daha böyük problemlərə düçar etməkdədir. Belə vəziyyətdə Ermənistan üçün növbəti sürpriz də Rusiyadan gəlməkdədir. Belə ki, Kreml İrəvana satılan qazın qiymətində dəyişiklik etmək niyyətindədir. Halbuki, İrəvan son bir ildə qaz qiymətinin aşağı salınması üçün Rusiyaya minnətçi düşmüşdü. Amma buna rəğmən, Ermənistanda hələ ötən ilin əvvəlindən Rusiya qazı bahalaşıb. Qazın min kubmetri150 dollardan 165 dollara yüksəlib. Amma Moskva qiymətlərin bir qədər də artmasını istisna etmir. Ümumiyyətlə, Rusiya üçün Ermənistana satılan qazın qiymətinin  200 dollara çatdırılması əsas məqsəddir. Buna rəğmən, İrəvan qazın qiymətinin aşağı salınmasını istəyir. Lakin Kreml birmənalı şəkildə İrəvanın istəyinə qarşı çıxır.

Hesab edilir ki, Moskva istəyinə nail olacaq. Məsələ burasındadır ki, Ermənistan ərazisində yeganə təbii qaz çatdıran şirkət “Qazprom Ermənistan”dır.  Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan bu qurum hələ də ziyana işlədiyini bəyan edir. “1in.am” saytı yazır ki, sözügedən məsələ Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı yenidən müzakirə olunub: “Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, danışıq erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Qeyd edilir ki, danışıq zamanı Putin və Paşinyan ikitərəfli əməkdaşlığın aktual məsələlərinə, həmçinin Avrasiya İqtisadi Birliyi xəttilə qarşılıqlı əlaqə məsələsinə də toxunublar. Bundan əlavə, gələcək təmasların qrafiki razılaşdırılıb. Düzdür, Putinin sonradan yenə Paşinyanla nə dərəcədə tamasda olacağı sual altındadır. Çünki son həftələrdə belə təəssürat yaranır ki, erməni tərəfinin Moskva ilə təmasları yalnız baş nazir Mişustinlə məhdudlaşır. Bu, əlbəttə, erməni-rus münasibətlərinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı endirir. Yeri gəlmişkən, bu durum son günlərdə bizim ekspert dairələrində aktiv müzakirə olunur, hətta müəyyən spekulyasiyaya məruz qalır. Bu fonda  o da qayğı yaradır ki, Putinlə telefon danışığı barədə rəsmi İrəvan və Moskvanın yaydığı məlumatlarda, ən azı, vurğularda əhəmiyyətli fərq var. Rusiyanın bizim artıq təqdim etdiyimiz rəsmi məlumatında qaz haqqında bir söz də yoxdur. Halbuki, Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, tərəflər Ermənistana təbii qazın verilməsilə bağlı məsələləri də müzakirə ediblər. Diqqətçəkəndir ki, Nikol Paşinyan feysbukda 4 saatlıq birbaşa efirdə olan zaman Rusiya prezidentilə aralarındakı telefon danışığının mahiyyətinin bir sıra təfərrüatları haqqında məlumat verib. Baş nazir qeyd edib ki, bu gün bizim qaz sistemindən effektli istifadə ilə bağlı problemimiz var, bunu həll etməliyik. O deyib ki, baş nazirin müavini Mqer Qriqoryan qazın qiymətinin endirilməsi üçün hökumətin adından “Qazprom”a müraciət edib. Putinin nə cavab verdiyi isə aydın deyil, çünki baş nazir bu barədə təfərrüata varmayıb. Ancaq mövcud qeyri-müəyyənlikdən çıxış edərək nəticə çıxarmaq olar. Kreml özünün yaydığı məlumatda qaz məsələsini gündəlik məsələsi hesab etmirsə, güman etmək olar ki, Moskvada rəsmi İrəvanın prinsipial hesab etdiyi bu məsələni – sərhəddə verilən qazın qiymətinin aşağı salınmasını müzakirə etmək niyyətində deyillər. Əlbəttə, Moskvanın belə yanaşması özlüyündə AİB-nin mövcudluğunu mənasız edir. Lakin o da faktdır ki, Rusiyada bənzər strukturları böyük dövlətçilik gündəliyinə xidmət etmək lazım olduqda xatırlayırlar. Beləliklə, qazın tarifi məsələsi kölgədə qalmağa davam edir və hətta Nikol Paşinyanın feysbukdakı canlı yayımı da bu məsələyə aydınlıq gətirməyib”. Belə vəziyyətdə Rusiyanın qaz qiymətini artırması tamamilə gözlənilən sayılır. İrəvan elə bu səbəbdən  bəyan edir ki, ölkə İran qazının alınması imkanlarını nəzərdən keçirir. Yeri gəlmişkən, bunu ondan əvvəlki hökumət də istisna etmirdi. Amma ABŞ və Rusiya İrəvanın bu niyyətinə qarşıdır. Digər tərəfdən İran da artıq buna müsbət baxmır. Çünki İranın istəyinin əksinə olaraq, Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Buna isə Tehranın sərt reaksiyaları artır. İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyan qeyd edir: “Ermənistanın bu addımı Fələstin xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək”. O, Ermənistanın İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi İrəvanı bu addımı atmamağa çağırıb. İranın JAVAN agentliyinin yazısında isə daha sərt ifadələr yer alıb: “İrəvan-Təl-Əviv-Vaşinqton strateji alyansına qarşı müqaviməti gücləndirmək məqsədilə İran bölgədəki müsəlman ölkələri ilə səylərini artırmalıdır. Ermənistanın İsraildə səfirlik açması o deməkdir ki, İrana düşmən olan dövlət sərhədimizə gəlib çıxıb. Bu, İranın milli təhlükəsizlizliyinə təhdiddir”. Qeyd edilir ki, belə vəziyyət qarşılıqlı iqtisadi əlaqələr üçün də təhdiddir. Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amuli Nikol Paşinyanın İsraildə səfirlik açmaq istəyini təhlükəli hal adlandıraraq  İrəvanın bu addımının İranın maraqlarına zidd olduğunu bildirib.  Belə vəziyyətdə İranın Ermənistana qaz satması da  inandırıcı sayılmır.

Ramil QULİYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ