Bazar ertəsi günü, 02 noyabr 2026
     

Operativ Qərargahdan cəmiyyətə son xəbərdarlıq – vəziyyət ağırlaşır, qadağalara əməl olunmasa...

Image


Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, infeksiyaya yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. “Trend”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil: "Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir".

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində apteklərə 450 minə yaxın tibbi maska verilir, 100 mindən artıq tibbi maska satılır.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  • Maskaların qiyməti artmayacaq

“Azərbaycanda maska istehsalı artdığı üçün qiymət artımından söhbət gedə bilməz” - deyən İ.Məmmədovun sözlərinə görə, ölkədə maskaya tələbat artıb: "Bazar iqtisadiyyatında tələb təklifi müəyyənləşdirir. Ölkədəki vəziyyət onu göstərir ki, qiymət qalxa bilər. Amma dövlət əlindən gələni edir ki, qiymət qalxmasın. Ona görə də qiymət artımından söhbət gedə bilməz. Bunu tənzimləmək yolu istehsalı artırmaqdır. Üstəgəl, xüsusi karantin rejiminə görə evdə qalmaq tələb olunur. Əgər evdə qalsaq, maska və spirtə tələbat azalır. Tələbat azalarsa, qiymət də artmaz. Dövlət hazırda maska və spirtin qiymətini tənzimləmək üçün əlindən gələni edir".

  • Operativ Qərargah hələ ki, fövqəladə vəziyyətə əsas görmür...

İ.Məmmədov bildirib ki, Azərbaycanda fövqəladə vəziyyət "Fövqəladə hallar haqqında" Qanuna görə tənzimlənir. Onun sözlərinə görə, hələ ki, fövqəladə vəziyyətə əsas yoxdur: "Cənab Prezident ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı lazım olan bütün tədbirləri görəcək. Əgər ehtiyac olarsa, dövlət başçısı bu prosesdə təhlükəsizlik üçün istənilən qərar verə bilər".

  • Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib. Bunu isə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir: "Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan azərbaycanlılarla təmasdadırlar: “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.

  • ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının siyasətində həmişə çoxtərəfli diplomatiya, qlobal həmrəylik və qlobal əməkdaşlıq vacib prinsipal mövqedən ibarət olub. Ona görə də bugünkü qlobal fövqəladə şəraitdə də Azərbaycan öz xarici siyasətinin bu təməl prinsipindən çıxış edərək beynəlxalq münasibətlərdə əməkdaşlığı və həmrəyliyi dəstəkləyir: “Bunun bilavasitə bariz nümunəsi kimi 2 aprel tarixində BMT Baş Assambleyasında koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik adlı qətnamə layihəsi irəli sürülüb. Azərbaycan həmin qətnaməyə həmmüəllif kimi qoşuldu və bu da ölkəmizin beynəlxalq səviyyədə olan səyləri və bu bəlaya qarşı qlobal həmrəyliyə sadiq olduğunun bir daha bariz nümunəsidir”.

PA rəsmisi vurğulayıb ki, koronavirus xəstəliyi ilə mübarizədə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında çox səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq bu gün keyfiyyətcə yeni bir müstəviyə qədəm qoyub: “Dövlət başçısı tərəfindən qeyd olunduğu kimi, Azərbaycan tərəfindən ÜST ekspert qrupu dəvət edilib və onlar tərəfindən aidiyyəti dövlət, xüsusən də səhiyyə qurumları ilə birlikdə ətraflı müzakirələr aparılıb və görülən işlərə çox yüksək qiymət verilib”.

  • Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda, Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

H.Hacıyev onu da bildirib ki, bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi və bu “seçkilər”in qanunsuz xarakter daşıdığı və onun tanınmadığı bir daha da vurğulandı.

H.Hacıyev vurğulayıb ki, burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən ifadə olunan mövqeyi qeyd etmək lazımdır: “Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi. Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xisləti bir daha ondan xəbər verir ki, bütün dünya koronavirusdan əziyyət çəkdiyi bir halda, onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər”.

  • Ölkəmizin ərzaq təminatı üçün bütün kompleks tədbirlər görülür

“Azərbaycan tərəfindən görülən tədbirlər kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində şəxsən dövlət başçımızın rəhbərliyi və tapşırığı altında, bütün sahələrdə olduğu kimi, ölkəmizin ərzaq tədarükünün davamlı şəkildə təchiz edilməsi ilə əlaqədar tədbirlər görülüb və zəruri ehtiyatlar təmin olunub”. Bunu da H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, digər ölkələrdə müəyyən panik əhval-ruhiyyənin yaşanması, həmçinin, supermarketlərdə boşluqların olması kimi hallar gördük: “Ancaq Azərbaycanda bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi. Həmçinin, idxal-ixrac əməliyyatlarının davamlılığını təmin etmək üçün aidiyyəti tərəfdaşlarımızla əməkdaşlığımız davam edir. Azərbaycan ərazisindən tranzit olmaqla, həmçinin, Azərbaycan idxal məntəqəsi olmaqla bütün beynəlxalq tərəfdaşlarımızla daşımalar həyata keçirilir.

Hətta son 2-3 ayın statistikasına baxsaq, burada əsaslı artım görə bilərik. Məsələn, son 2-3 ay ərzində ölkəmizin ərazisindən 5 mindən artıq yük maşını keçib. Ölkəmizdə ərzaq təchizatı ilə əlaqədar bütün kompleks tədbirlər görülür və qarşıdan gələn dövrlər ərzində də uzunmüddətli əsasda müvafiq müqavilələr bağlanılır”.

  • Yoluxmaların artması icazə rejimi tətbiq olunmamışdan əvvəl karantin qaydalarına əməl edilməməsinin nəticəsidir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə deyib ki, hazırda Azərbaycanda koronavirusa yoluxan xəstələrin ümumi sayı 822 nəfərdir. Ümumi sağalmaların sayı 63, ölüm hallarının sayı 8-dir. Onun sözlərinə görə, hazırda aktiv xəstələrin sayı 750 nəfərdir.

R.Bayramlı qeyd edib ki, yoluxma hallarının artması icazə rejimi tətbiq olunmamışdan əvvəl karantin qaydalarına əməl edilməməsinin nəticəsidir. “Əgər vətəndaşlar bu günlərdə karantin qaydalarına əməl etməsələr, biz daha sərt tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmək məcburiyyətində qalacağıq” deyən Ramin Bayramlının sözlərinə görə, vətəndaşlar 2-3 həftə səbr etsələr, yoluxma zəncirini qıraraq öz normal həyatlarına dönə biləcəklər: “Bəzən vətəndaşlarımız karantin rejiminə tam əməl etmirlər, onun ciddiliyini anlamırlar. Amma başa düşmək lazımdır ki, karantin qaydalarına əməl edilməsə, süni tənəffüs aparatlarına qoşulan insanların sayı artacaq və onda bizi daha acı nəticələr gözləyir. Çünki bu halda ölüm halları çoxalır”.

R.Bayramlı əlavə edib ki, hazırda koronavirusla bağlı fəaliyyət istiqamətlərini həm müalicə və diaqnostika istiqamətində, həm də profilaktika istiqamətində davam etdirirlər.

O vurğulayıb ki, laboratoriyaların sayı 15-ə yaxınlaşır: "Gələn həftə Şəkidə və Sumqayıtda laboratoriyalar açılacaq. Hazırda 3000-ə qədər test edirik. Yaxın gələcəkdə testlərin sayını 5000-ə çatdıracağıq. Testlərlə bağlı xüsusi logistika planları da hazırlanıb. Çağırışlar olan kimi evlərə gedilir, xəstələrdən analizlər götürülür. Onlara müayinə nəticələri məlum olana kimi evdə karantində qalmaq tapşırılır. Pandemiya ilə mübarizəyə ayrılan müəssisələr yalnız koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olduğu üçün digər müəssisələrin də üzərinə məsuliyyət düşür”.

R.Bayramlı qeyd edib ki, bu gün 3000-dən artıq müayinə aparılıb və 105 xəstə aşkarlanıb.

  • Karantində 3 mindən çox vətəndaş saxlanır

Ramin Bayramlı qeyd edib ki, bu gün Azərbaycanda 2 yaşdan başlamış 89-90 yaşa qədər xəstə var. Onun sözlərinə görə, bu gün vəziyyəti həddindən artıq kritik olan 1 xəstə qadın var: “Həmin qadında yanaşı gedən onkoloji xəstəlik var. Onu xüsusi vurğulayım ki, onkoloji, astma və digər yanaşı xəstəlikləri olanlar koronavirus xəstəliyini daha ağır keçirirlər. Ağır vəziyyətdə olanların əksəriyyəti də belə xəstələrdir”.

R.Bayramlı bildirib ki, bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanır. Ötən həftə karantində saxlananların sayı 4000-ə yaxın idi.

TƏBİB sədri əlavə edib ki, karantində saxlananların rejimə əməl etməsi vacibdir. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var.

  • Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları var

R.Bayramlı bildirib ki, Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcuddur. TƏBİB sədri qeyd edib ki, pandemiya xəstəxanasında cəmi bir yoluxma halı baş verib. Yoluxmalar əsasən pandemiya ilə məşğul olmayan tibb müəssisələrində baş verib:

“Burada asimptomatik pasiyentlər digər patologiyalarla müraciət edirlər. Orada tibb müəssisəsində çalışan personal, xüsusilə orta tibb personalı öz işinə məsuliyyətsiz yanaşdıqda belə hal baş verir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda tibb işçilərinin yoluxması halları o qədər çox deyil. Tibb müəssisələrimiz lazım olan qoruyucu vasitələrlə təmin edilib”.

  • TƏBİB sədri qan donorlarına müraciət etdi

“Bu gün qan ehtiyatımız var, amma donorların sayında azalma olduğu üçün bu vəziyyətdən narahatıq” – deyən TƏBİB sədri qeyd edib ki, artıq bununla bağlı maarifləndirici məlumatlar hazırlayıblar: “Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstəririk ki, bu məsələdə axsama olmasın. Mən donorlara müraciət edərək bildirmək istəyirəm ki, humanist missiyalarını davam etdirsinlər. Donorların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, onlar hər hansı infeksiya təhlükəsi ilə qarşılaşmayacaqlar. Qan vermək onların xəstəliyə yoluxması üçün risq yaratmayacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ