Bazar ertəsi günü, 02 noyabr 2026
     

Neft üzərində yeni böyük oyunun şok detalları açıldı - 9 aprel görüşü gündəmdə...

Image


 Dünya birjalarında hasilatın azaldılması üzrə yeni OPEC+ sazişinin əldə olunması ümidi ilə dünyada neft qiymətləri yüksəlir. Bunu baş tutan sövdələşmələrin nəticəsi sübut edir. Belə ki, “Brent” markalı neftin qiyməti 2,51% artaraq bir barrelə görə 32,67  dollar, WTI markalı neftin isə qiyməti 5,76% artaraq 24,99  dollar səviyyəsinə yüksəlib. Bazar iştirakçıları OPEC+ iştirakçılarının aprelin 9-da keçiriləcək iclasının mart ayının əvvəlində baş tutan görüşdən daha uğurlu olacağını gözləyir. Xatırladaq ki, OPEC+ aprelin 9-da bazarda vəziyyətin sabitləşməsi üçün neft hasilatında mümkün azalma məsələsini müzakirə etməyi planlaşdırır.

Martın əvvəlində alyansda bu cür müzakirələr uğursuzluqla yekunlaşmışdı. Nə Rusiyanın OPEC+ sazişini sadəcə uzatmaq təklifi, nə də Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını gündə daha 1,5 milyon barrel “dərinləşdirmək” fikri ətrafında konsensusa gəlinmişdi. Nəticədə saziş aprelin 1-dən qüvvədən düşüb. Amma son məlumatlara əsasən, görüş öncəsi hələ də Rusiya və Səudiyyə Ərəbistanı  neft hasilatının azaldılmasına dair razılaşmanın şərtlərində razılığa gələ bilmir. Danışıqların gedişi ilə tanış olan mənbə "RİA Novosti"yə bildirib: "Tərəflər konkret sxem barədə razılığa gələ bilməyib, ona görə də, böyük ehtimalla, aprelin 9-u baş tutacaq OPEC+ iclasında yenə fiasco mümkündür”. Agentliyin mənbəsi danışıqların yekununa dair proqnoz verməyə çətinlik çəkib. O qeyd edib ki, aprelin 6-sı  razılaşma hazır olub, hətta bəzi iştirakçılar bunu öz aralarında belə razılaşdırıb: "Hər şey kvotalarla razılaşmayan Səudiyyə Ərəbistanının mövqeyinə görə pozuldu".

Xatırladaq ki, yaranmış vəziyyətdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, dünya bazarlarında neftin qiyməti indiki səviyyədə qalsa, neftin idxalına görə yüksək rüsumlar tətbiq edəcək:" Rusiya və Səudiyyə Ərəbistanı razılaşmasalar, mən rüsumlar tətbiq edəcəyəm. Çox yüksək rüsumlar. Çünki biz hazırda müstəqilik. Bizim öz neftimiz var". Türkiyənin “Cumhuriyet” qəzeti isə yazır ki, əslində, neft üzərində qurulan yeni böyük oyun hələ başa çatmayıb:“Dünyanın koronavirusla sınandığı bu günlərdə qlobal məsələlərdən  biri də hər zaman öz aktuallığını qoruyan neft siyasətidir. Əsl oyunçuları Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ olan bu böyük oyunda  Putinin güclü həmlələri bu oyunun sonunu gətirəcək kimi görsənir. Səudiyyə Ərəbistanı mat olmamağa, ABŞ isə Rusiyanın bərabərliyə razılaşmasına çalışır. Neft ixrac edən ölkələrin təşkilatı sayılan OPEC 1960-cı ildə qurulub. Təşkilatın 14 üzvü bilinən neft ehtiyatlarının 3-də 2-sini əlində saxlayır. Bu da, sözün əsl mənasında, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi həmin təşkilatı neft qiymətlərini tənzimləmədə mərkəzi faktor halına gətirir. 2017-ci ildə dəyişən siyasi və iqtisadi şərtlər  OPEC+un yaranmasına səbəb oldu –  14 OPEC üzvü ilə Rusiyanın rəhbərlik etdiyi OPEC üzvü olmayan 10 neft ixracatçısı ölkə qiymətlərin təyin edilməsində məcburi razılaşmaya getdi. Bundan daha önəmli olan məsələlərdən biri də ABŞ-ın şist neft istehsalı idi. Şist neft istehsalı sayəsində ABŞ, məsələn,  2008-ci ildə günlük 5 milyon barrel neft istehsal edə bilirdisə, bu, 2020-ci ildə 13 milyon barrelə çatdı. Koronavirus pandemiyası səbəbindən isə Çinin məcburən aldığı sərt tədbirlər ölkədə sənaye istehsalını aşağı saldı. Bu da ən böyük neft idxalçısı sayılan Çinin neftə tələbini azaltdı. Buna qlobal tədarük zəncirindəki qopmalar və nəqliyyat sahəsindəki azalma da əlavə olunduqda, neftin qiyməti sürətlə düşməyə başladı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC üzvləri qiymətin düşməsinin qarşısını almaq üçün istehsalı azaltmağa çalışsa da, Rusiyanı buna razı sala bilmədi. Bu səbəblə də Səudiyyə Ərəbistanı  istehsal sahəsində işlərini intensivləşdirdi –  böyük ehtimalla, rəsmi Ər-Riyad iqtisadiyyatı neft və təbii qaz satışına dayanan Moskvanın intensiv xarakter alan sənaye istehsalı zamanı qiymətlərin düşməyinə çox da tab gətirə bilməyəcəyini təxmin edirdi. Beləliklə, qiymətlər sürətlə düşməyə başladı. Ancaq görünən odur ki, Tramp və şahzadə Salman taktiki səviyyədə irəliləyərkən, Putin böyük strateji həmlələr üzərində çalışırdı. Nəticədə, iqtisadiyyatının neftin ucuzlaşmasına tab gətirə biləcəyini hesablayan rəsmi Moskva bu böhranı bir fürsətə çevirdi və Avropa bazarında Rusiyanı sıxışdıran ABŞ-ın şist neft istehsalçılarını “yüksək vəsait”lə zəiflətməyi hədəflədi.  Yəni neftin qiyməti düşdükcə, həmin qiymətdən baha olan şist neft istehsalçısı amerikalılar istehsalı artırmaqda çətinlik çəkəcək və Avropa bazarındakı hissələri  sürətlə azalacaqdı. Hərçənd, elə bu mənzərə yavaş-yavaş görsənməyə başlayıb. ABŞ neft qiymətlərinin düşməsi ilə öncəliklə Rusiyanın iqtisadiyyatını böhrana uğradacağını, sonra isə Avropa bazarında öz hissələrini artıracağını hesablamışdı. Rəsmi Ər-Riyad isə qiymətlərin enməsi ilə avropalı müştərilərinin Rusiyanın əlinə keçəcəyini düşünürdü. Ancaq iqtisadi böhrana məruz qalmayan Rusiya amerikalı istehsalçıların istehsal edə bilməyəcəkləri qiymətlərə qədər neftin düşməsinin yolunu açdı. Bu müddət ərzində Putinin ən önəmli  mənfəəti  koronavirusla mübarizədə qalib gələn və sonradan Rusiyadan neft almağa davam edən Çin idi.

ABŞ-ın bu məsələdə üçüncü hədəfi də Səudiyyə Ərəbistanı və Rusiya ittifaqına dayanan  OPEC+ razılaşmasına “çomaq soxaraq”, ABŞ-Səudiyyə ittifaqını qurmaq niyyət idi. Ancaq həm Vaşinqton, həm də Ər-Riyad Moskvanın neft qiymətlərinin azalmasına qarşı dirənişinə uduzmaq üzərədir. Hansı ki, öz iqtisadiyyatları böyük çətinliklə üzləşdi. Bu səbəblə də Moskvanı yeni bir təklifə razı salmağa çalışırlar – “Energetika birjalarını balanslaşdırma” təklifi və bunun qarşılığında ABŞ-ın Səudiyyə Ərəbistanı ilə neft ittifaqı qurmaq planlarından vaz keçməsi.  İndi maraqlıdır: danışıqlar müddətində tərəflər razılığa gələcək, yoxsa aktorlar bir-birinin dözümlülüyünü yoxlamaq üçün bu prosesi bir az da uzadacaqlar? OPEC və OPEC+ ölkələrinin 9 apreldə baş tutacaq videogörüntülü konfransında bu, çox güman ki, dəqiqləşəcək. Lakin konfransın nəticəsi nə olarsa olsun,  bu, sadəcə olaraq, qısamüddətli həll yolu sayılacaq. Çünki uzun bir zaman içində görsənən yeni mənzərə formalaşıb –  ABŞ hegomoniyasına söykənən neoliberalizmin və neft-dollar sisteminin çöküşü. Artıq əsas məsələ, çökənin yerinin necə doldurulacağıdır”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ