Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistanın işğal siyasətini davam etdirməsi mümkünsüzləşir

Image


Koronavirus probleminin hələ də genişlənməkdə davam etməsi dünyanın geosiyasi və geoiqtisadi mənzərəsini də  dəyişməyə doğru gedir. Artıq bu virusun yayılması fonunda dünya miqyasında bir sir çox münaqişələrin arxa plana keçməsi də özünü qabarıq şəkildə büruzə verir. Eyni zamanda, bunlara paralel olaraq münaqişələrin gedişində də dəyişiklik olması qaçılmaz sayılır. Qeyd edilən sıraya Dağlıq Qarabağ münaqişəsi də şamil edilir.

Ermənistanda belə hesab edilir ki, koronavirus təhdidi ölkənin çöküşünü sürətləndirdiyi və xaricdən yardımları azaltdığı üçün İrəvanın Dağlıq Qarabağ siyasətini indiki formada davam etdirməsi mümkünsüz hala gəlir. Diqqət həm də buna yönəlir ki, koronavirus qarşıdakı dövr ərzində Ermənistan kimi zəif ölkəni daha genişmiqyaslı problemlerlə üz-üzə qoyacaq. Son rəsmi məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb. Ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib  ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır. Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bugünədək 8 nəfər pandemiyadan ölüb. Amma virusun genişlənməsi fonunda ona qarşı mübarizə Ermənistan üçün daha ciddi çətinliklər yaradır. Digər tərəfdən, mövcud durum onsuz da zəif Ermənistan iqtisadiyyatını daha sürətlə çökdürür. Ermənistan parlamentinin eks-deputatı Miqran Akopyan da bildirir ki, mövcud durumda Ermənistan vətəndaşları fəlakətə hazırlaşmalıdır:“Böhran vulqar populist olan Nikol Paşinyanın  rəhbərlik etdiyi patoloji yalançıların hakimiyyəti ələ keçirdikləri zaman baş verdi. Biz 17 yaşlı bakirə kimi aldadıldıq. O zaman böhran idi, indi fəlakətin prelüdü oynanılır. Sabah isə əsl fəlakət gələcək. Yekunda elə oldu ki, biz bir gün yuxudan qalxdıq və bildik ki, Paşinyan rejimi mülki aviasiyanı məhv edib. Bəlkə də sabah yuxudan oyananda öyrənəcəyik ki, ölkədə ümumiyyətlə buğda, benzin yoxdur, bankomatlar pul vermir, Qarabağ isə Azərbaycandadır”.

Amma Ermənistanda narahatlıq predmetinə çevrilən məsələ təkcə koronavirusun ölkə daxilində tüğyan etməsi ilə bağlı deyil. Koronavirus səbəbindən Ermənsitana gələn xarici yardım və ianələrin azalması da ciddi problem kimi qəbul edilir. Erməni mediası yazır ki, Qərb ölkələrindən, ABŞ-dan gələn yardımlar azalır və bu da ölkəni əsl iqtisadi fəlakətə sürükləyir. “Armenianreport” portalı qeyd edir ki, Rusiyadakı erməni biznes və lobbisinin yardımını dayandırması artıq öz mənfi təsirlərini büruzə verir. Bu durumda rus qazının qiymətinin artımına növbəti hazırlıq işğalçı ölkə üçün daha bir ciddi zərbə sayılır. Ermənistanın “Past” nəşrində dərc olunan məqalədə də qeyd olunur ki, ölkədə qazın qiyməti mövzusu ictimaiyyətin olduqca həssas olduğu məsələlərdən biridir. Bildirilir ki, qaz tarifi ciddi sosial problemlərlə bağlıdır və onun qiymətinin qaldırılması Ermənistanda zəncirvari bahalaşmalar dalğasının başlamasına səbəb ola bilər, belə olacağı təqdirdə isə insanların maddi-iqtisadi vəziyyəti daha da çətinləşəcək:“Qazın qiymətinin qaldırılması mövzusu hələ ötən ildən başlayaraq ciddi müzakirə mövzusu olub. Paşinyan bildirmişdi ki, Rusiya tərəfi ilə bu məsələ ətrafında aparılan müzakirələr nəticəsində Ermənistanın iqtisadiyyatına zərər vurmayacaq tarif müəyyənləşdiriməsi üçün razılıq əldə olunub. Lakin sosial-iqtisadi çətinliklər probleminə qazın qiymətinin bahalaşacağını əlavə etsək, əhalinin həyat tərzinin kəskin şəkildə pisləşəcəyini, sosial gərginliyin artacağını proqnozlaşdırmaq olar. Bu da təkcə iqtisadi yox, siyasi və digər istiqamətlərdə durumu çox çətinləşdirəcək”. Belə vəziyyətdə erməni ekspert Ruben Tedovsyan bildirir ki, Paşinyan hakimiyyəti daxili və xarici müstəvidə böyük problemlərlə üzləşəcək:“Xarici müstəvidə daha dəhşətli hal Qarabağ məsələsi ilə bağlıdır. Bu durumda Qarabağ siyasətini davam etdirmək çox çətin olacaq”.

Digər tərəfdən Qərbin, xüsusən də ABŞ-ın Ermənistanı arxa plana atması işğalçı ölkə üçün əlavə problemlər yaradır.  Bu halda diqqət daha bir maraqlı məsələyə yönəldilir. Belə ki, Ermənistanın Humanitar Yardım və Ekspertiza Mərkəzinin “Facebook” səhifəsində yer alan məlumata görə, Hələbdəki Ermənistan Baş Konsulluğunda missiya həyata keçirən qrupun nümayəndəsi Arkadi Tonoyan “Danish Refugee Council” (DRC) rəhbəri xanım Brenda Flors ilə görüşüb. Görüş zamanı DRC “Mina təhlükəsi üzrə maarifləndirmə və mina qurbanlarına dəstək” proqramları çərçivəsində mümkün əməkdaşlığı müzakirə etməyi təklif edilib.
Suriyaya missiya göndərilməsi ilə bağlı çoxlu müzakirələr olub. Burada ABŞ-ın məsələyə münasibəti yenidən diqqət mərkəzində olub. Bir daha qeyd olunub ki, ABŞ Ermənistanın bu istiqamətdə addımlarından narazıdır. O da bildirilir ki, ABŞ-ın müxtəlif rəsmilərinin bu məsələyə münasibəti haqqında çox şey deyilib və bu günlərdə Ermənistan sonrakı nəticələrin şahidi olur. Əslində, Ermənistan Əsədin başçılıq etdiyi Suriyadakı minlərlə hektar ərazini minalardan təmizləməyə gedib, amma işğal altında olan Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün Amerikadan pul istəyir.
Ekspertlər ABŞ-ın Qarabağa birbaşa yardımının dayandırılmasının bunun səbəbi ola biləcəyini dəfələrlə bəyan ediblər.
Ermənistanın Avropa Seçki Partiyası da qrupun geri çağırılmasının zəruriliyini dəfələrlə bəyan edib. Partiyanın sədri Tiqran Xzmalyanın sözlərinə görə, artıq iki ildir, demək olar ki, hər gün erməni əsgər və istehkamçılarını bir an öncə Suriyadan evə gətirməyə çağırırlar:“Bu hərəkət Ermənistanı qeyri-müəyyən bir mövqedə qoyur, əslində, dəfələrlə Suriyadakı vəziyyəti, hakim rejimin mövqeyini və Əsədin mövqeyini sərt şəkildə pisləyən sivil dünya, BMT, NATO, Aİ-yə qarşı çıxmış oluruq. Rus müttəfiqləri və əslində Rusiya ordusunun komandanlığı altında fəaliyyət göstərən erməni hərbi heyəti ilə bağlı həm iqtisadi, həm də geosiyasi nüanslar var və sırf bir milli qarışıqlıq yaradır. Yəni Suriyanı çoxmillətli, çoxdinli və çox mürəkkəb vətəndaş müharibəsində tərəf seçməklə, Ermənistan Yaxın Şərqdəki erməni icmalarına öz iradəsindən asılı olaraq və ya olmayaraq təhlükə yaradır. Çox təhlükəlidir”.
Xzmalyan bildirib ki, verilən bəyanat nəinki yersizdir, həm də çətin bir çağırışdır:
“Ermənistanın qlobal pandemiya şəraitində nə etməli olduğuna gəldikdə, bu, erməni hərbi heyətinin Ermənistana qaytarılmasıdır. Bütün digər bəyanatlar və hərəkətlər yalnız siyasi vəziyyəti və sivil dünyada nüfuzunu pisləşdirir”.  Onun sözlərinə görə, buna cavab olaraq Ermənistan ABŞ yardımının azaldılması şəklində nümayişkaranə bir addım atılmasına nail oldu:“Çünki ciddi qərarlar elan edilmədən qəbul edilir və bundan sonra özümüzü absurd bir vəziyyətə salırıq. Anlamaq vacib olan bir şey var, bir çox insan koronavirusdan sonra dünyanın eyni olmayacağını söyləsə də, az adam bunun hansı mənada olacağını başa düşür. Dünya həqiqətən dəyişəcək və bu təkcə iqtisadi və siyasi dəyişikliklər deyil, dünya daha da sərtləşəcək. Ermənistanın son illərdə aldığı dəvətnamələr - qırmızı xalçalar, ABŞ Konqresində və Senatda Ermənistanın lehinə qəbul edilmiş qətnamələr bundan sonra artıq olmayacaq. Bəşəriyyət yeni sərhədlər çəkir, sərhədin bir tərəfində qızıl milyardçı deyilən ABŞ-ın tərəfdaşı bir qrup dövlət və müttəfiqləri həm fiziki, həm iqtisadi, həm də siyasi baxımdan qorunacaq bir dövlət olacaq. Sərhədin o biri tərəfində çox çətin siyasi və iqtisadi vəziyyətdə olanlar qalacaq. Ermənistanın seçim etməsinə vaxt qalmayıb. Ya sonuncu vaqona hoppanıb minməliyik və nəzakətli, firavan dövlətlər qrupuna daxil olmalıyıq və yaxud bundan sonra bizə bu imkan verilməyəcək, çünki bunu istəyənlər çoxdur. İcazə verin, bircə misal göstərim: bu günlərdə Şimali Makedoniya və Albaniya kimi ölkələr NATO və Avropa İttifaqına üzv olmağa dəvət edildi. Bu, albanları təbrik etmək üçün bir sevincdir, amma bu gün ən azı Albaniyanın yerində ola bilmək üçün bir çox imkanlarını itirən siyasi rəhbərliyimizə ictimai bir sillədir”. Erməni politoloq Arkadi Vardanyanın sözlərinə görə, əvvəldən Suriyaya hərbi heyət göndərmək düzgün qərar deyildi: “Biz oğlanları ora boş yerə göndərdik, bu artıq taktiki səhvdir. İkincisi, əlbəttə ki, indi amerikalılar öz problemlərindən, oradakı böyüyən vəziyyətdən narahatdırlar, buna görə də Suriyaya bir heyət göndərdiyimizi də nəzərə alaraq, Qarabağa yardımı kəsdilər”.
Vardanyan qeyd edib ki, nəzərə alınmayan digər prioritet məsələlər var:“Məsələn, Qarabağda baş tutan biabırçı “seçki”lər son bir əsrdə bizə koronavirusdan daha ölümcül olan böyük bir zarafatdır. Biz, nəticələri ağır olacaq bir siyasi və mənəvi koronavirus içindəyik”.  Indi bütün bunlar fonunda ABŞ-ın da Ermənistana yardımı azaltması düşmən ölkəni daha çıxılmaz vəziyyətə salır. Elə bu halda da Ermənistanın işğal siyasətini davam etdirməsi daha da çətinləşir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ