02/06/2020 05:38
728 x 90

Koronavirusla mübarizə dövründə Azərbaycan dövlətinin bəzi başqalarından fərqli olaraq yaşlı insanlara xüsusi humanist yanaşmasının yeni təzahürü – Əfv...

img

Aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu gündən isə Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanıb.

Məhz indiki koronavirusla mübarizə dövründə Azərbaycan dövlətinin cəza çəkən yaşlı insanlara xüsusi humanist yanaşmasının yeni təzahürü nəyi söyləməyə əsas verir?

 Naqif Həmzəyev:“Əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır”

 

illət vəkili Naqif Həmzəyevin sözlərinə görə, ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı: “Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır. Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentn həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir”.

Hüquq müdafiəçiləri monitorinq qrupunun üzvü Novella Cəfəroğlu da Prezidentin son əfv fərmanını dəstəklədiyini bildirdi:

Novella Cəfəroğlu:“Prezident humanist və lazımlı addım atıb”

 

Prezident humanist və lazımlı addım atıb. Bu addımın atılması çox vacib idi. Yaşlı insanları həbsxanadan buraxıb öz ailələrinin içinə göndərmək zəruri idi. Prezident bu zərurəti nəzərə aldı. Ümumiyyətlə, cənab Prezidentin koronavirusla əlaqəli bütün fərman və sərəncamlarını alqışlayıram. Çox gözəl və xalqımızın xeyirinə olan qərarlar qəbul edib. Qəbul edilən qərarları məmurlar vaxtında və normal həyata keçirsələr koronavirus bəlasından vətəndaşlar az əziyyətsiz və itkilərsiz qurtararlar. Azad olunan yaşı 65-dən yuxarı şəxslər sırasında iki nəfər Nardaran məhbusunun olması sevindiricidir. Həmin adamların da adları siyasi məhbus siyahısında vardı. Çox gözəl olardı ki, siyasi məhbus siyahılarında olan insanların hamısı azad edilsin”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər