02/06/2020 04:59
728 x 90

Qondarma “DQR”-də “seçkinin” qlobal rədd edilməsi və seçkinin “koronavirus dövründə” keçirilmə məsuliyyətsizliyi - Ermənistanı dünyada bitirən iki əsas faktor...

img

Bu il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı iki vacib amil nəzərə çarpdı. Birincisi, seçkilərin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilməsi və onun qlobal pandemiya sayılan koronavirusun tüğyan etdiyi zamana təsadüf etməsi. Hətta qondarma qurumdakı “seçkilərdə” namizəd olan şəxslər belə bunun yolverilməz olduğunu bildiriblər. Onlar, eyni zamanda, tərəfdarlarını ikici turda iştirak etməməyə səsləyiblər. Bundan başqa xüsusi olaraq qeyd edilməlidir ki, müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib. Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi İrəvana “qırmızı kart” göstərərək, işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır. Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şouları ilə bir daha dünyada özlərini biabır etmiş oldu.

Qondarma “DQR”-də “seçkinin” qlobal rədd edilməsi və seçkinin “koronavirus dövründə” keçirilmə məsuliyyətsizliyi Ermənistanı dünyada bir daha bitirən iki əsas faktor sayıla bilərmi?

Elşən Həsənov:“Bununla Ermənistan özünü dünyaya nəyə qadir olduğunu göstərən ölkə kimi bir daha tanıda bildi”

 

zərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər iki faktor Ermənistanın bir daha dünya miqyasında biabır olması ilə nəticələndi: “Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində martın 31-də "prezident" və "parlament" "seçkiləri" adı altında növbəti "seçki şousu" təşkil edilib.Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir. Məhz buna görə də, dünya birliyi “seçkinin” nəticəsini tanımadı, əldə olunmayan “nəticələri” sərt tənqid etdi. Ermənistanın bu cəhdləri uzun illərdir ki, boşa çıxır. Ancaq budəfəki “seçkidə” onlar nəyə qadir olduqlarını və bütün bəşəriyyətə hansı formada problem yaratdıqlarını bir daha sübut etdilər. Dünyanın hazırda koronavirus pandemiyası ilə üzləşdiyi vaxtda, insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq, hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və "seçkilər" adlı şou keçirdi”. Partiya sədri Ermənistanın bu addımı dünyanın koronavirus bəlası ilə mübarizə apardığı bir vaxtda atmasının səbəblərini onların beynəlxalq qanunlara məhəl qoymaq istəməmələri ilə izah edib:“Dünya üzrə kütləvi tədbirlər, konsert proqramları ləğv edilib, insanların bir növ qapalı ev şəraitində yaşam metoduna keçdiyi bir vaxtda belə şou baş tutursa, buna vəhşilikdən başqa nəsə ad vermək olmaz. Bu gün məlum virusdan qorunmağın əsas yolu insanların ətraf mühitdən təcrid olunması ilə birbaşa bağlıdır. Buna isə dünyanın çox sayda ölkəsində riayət edilir. Amma vəhşilik pilləsində olan ermənilər dünyanın qəbul etdiyi sivil çağırışlara riayət etməyərək “seçkilər” keçirir. Sözsüz ki, dünyanın heç bir ölkəsi “seçkilər”in nəticələrini tanımadı. Ancaq bununla Ermənistan özünü dünyaya nəyə qadir olduğunu göstərən ölkə kimi bir daha tanıda bildi. Təbiidir ki, söhbət pis mənada tanıtmaqdan gedir. Dünyanın müxtəlif ölkələrindən ora müşahidəçilərin dəvət olunması isə xəstəliyin dünyaya yalılması üçün “yaxşı” vasitə sayıla bilərdi”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər