Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənilər arasında çəkişmə Qarabağ münaqişəsinin həllini tezləşdirə, “seçki şousu” Paşinyanın sonu ola bilər...

Image


Zəbt edilmiş Azərbaycan ərazilərində təşkil edilən “seçkilər” burada formalaşmış separatçı relimlə İrəvan arasında münasibətlərin daha da kəskinləşməsi ilə müşayiət olunmaqdadır. Belə görünür ki, “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın burada öz adamını yerləşdirmək cəhdi ilə barışmaq istəmir. Elə bu da onlarla Paşinyan hakimiyyəti arasında ziddiyyətləri daha da dərinləşdirir. Hesab olunur ki, bu ziddiyyət daha da dərinləşməyə doğru getsə, tərəflərdən hər ikisi zəif duruma düşəcək.

Erməni mediası yazır ki, hadisələrin bu səpkidə inkişaf axarı onlar üçün böyük problem yaradacaq. Məsələn, “İrates” qəzeti yazır ki, tərəflər arasında artan qarşıdurma ən müxtəlif sahələrdə özünü yenidən qabarıq büruzə verəcək:“Bu ziddiyyət, əslində hər iki tərəf üçün böyük problemlər deməkdir. Belə ki, “Qarabağ klanı”na daxil olanlar hələ də iqtisadi cəhətdən böyük resurslara malikdir. Onlar Ermənistan daxilində iqrisadi durumu destabilizasiya etmək üçün lazımı, resursları, o cümlədən maliyyəni əllərində saxlayır. Paşinyan iqtidarı üçün isə istənilən vaxt hüquqi, inzibati resursları işə salmaq problem deyil. Bu vəziyyətdə tərəflər Qarabağda yenidən üz-üzə gəlir. Hər iki tərəf burada öz adamını görmək istəyir. Onların bu çəkişməsi, həyatın bütün sahələri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin gedişinə də ermənilərin maraqlarına zidd şəkildə təsir göstərə bilər. Çünki bu çəkişmədə tərərflərin  zəifləyən mövqeyi Azərbaycan tərəfindən də aydın sezilir”.

Elə “1in.am” portalı da eyni mövqedən  çıxış  edir. Portal yazır ki,  Dağlıq Qarabağda 31 martda keçirilən “seçkilərin” nəticələrinə görə liderlər sabiq “baş nazir” Araik Arutyunyan və “xarici işlər naziri” Masis Mailyandır:“Paşinyan iqtidarı Araik Arutyunyanı Qarabağda “prezident” postunda görmək istəyir. “Qarabağ klanı” isə digər namizədə stavka edir. Amma əslində, Araik Arutyunyan da əvvəllər “Qarabağ klanı”nın təmsilçilərindən sayılırdı. Eyni zamanda, məsələnin başqa tərəfi də mövcuddur. Geniş qəbul olunan belə bir fikir var ki, Qarabağın zəngin adamlarından biri olan, 10 ilə yaxın “baş nazir” işləyən Araik Arutyunyan Paşinyana tərəf meyllənir.  O, İrəvana münasibətdə taktiki mülahizələrə görə loyal siyasət izləyib. Arutyunyan “məxməri inqilab”dan dərhal sonra Ermənistanda gedən dəyişikliklərə, həqiqətən, xüsusi loyallıqla yanaşıb. Bu səbəbdən Paşinyan üçün məqbul şəxsdir”.

Bu "seçkilər" biabırçı "seçkilər"dir, ... bununla ləyaqət hisslərimizlə oynamağa çalışıblar"

Yaranmış vəziyyətdə “Qarabağ klanı” Ermənistan hakimiyyətinə ünvanlanmış etiraz aksiyaları təşkil edir. Belə ki, bu günlərdə işğal altında olan Qarabağda yaşayan ermənilər etiraz aksiyası təşkil edib. Etiraz aksiyası "İnqilabçı partiya" tərəfindən Xankəndi şəhərində təşkil olunub. Aksiyaçılar bir neçə gün öncə keçirilən qanunsuz "seçkilər"in nəticələrinə etiraz edib və onu ləğv etməyə çağırış ediblər. Partiyanın sədri Artur Osipyan bildirib:"Bizim tələblərimiz budur ki, "seçkilər"i ləğv etmək, yenidən "seçkilər" elan etmək lazımdır. Bu "seçkilər" biabırçı "seçkilər"dir, bunlar qəbuledilməz "seçkilər"dir, bununla ləyaqət hisslərimizlə oynamağa çalışıblar". Osipyanın çıxışı zamanı bəzi şəxslər arasında mübahisə başlayıb və Osipyan təxribatlara əl atmamağa çağırış edib. Onun sözlərinə görə, təxribatlara əl atanlar Araik Arutyunyanın tərəfdarları olub. Bununla belə, narazı ermənilər "seçkilər"in mənasız olduğunu deyiblər. Onlar növbəti saxtakarlığa yol verilməyəcəyini də xüsusi qabardıblar. Digər tərəfdən, Paşinyanın adamının aprelin 14-də keçiriləcək ikinci turda separatçı rejimin başına keçməsini əngəlləmək üçün “Qarabağ klanı” koronavirus problemini də xüsusi qabartmağa başlayıb. Bu fonda  "ArmNews" telekompaniyasının departament rəhbəri Abraam Qasparyan qeyd edir: "Koronavirus Dağlıq Qarabağa çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq". Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var:"Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı" olduğunu, Ermənistanın "demokratik dövlətin" işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti" və "səhiyyə naziri". Qasparyan əlavə edib ki, 14 apreldə "seçkilərə" getmək avantüradır:"Ümid edirəm ki, İrəvan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq "seçkilərə" getməyin zərərini anlayacaq". “1in.am” portalı da məsələyə eyni prizmadan yanaşır:“Qarabağda keçiriləcək ikinci turdan öncə İrəvandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun İrəvandan Qarabağa  yayılmaması mühümdür, çünki bu, “seçkilərin” ikinci turunun keçirilməsinin təminatıdır. Amma virus burada tapılsa, “seçkilər” baş tutmayacaq. “Qarabağ klanı”na yaxın olanlar hələ müəyyən müddət “hakimiyyət” başında qalacaq. Yəni söhbət ikinci turdan gedirsə, burada koronavirusla bağlı vəziyyətin necə olacağı, əlbəttə, əhəmiyyətlidir. Birinci turun keçirilməsi “seçkilərin” təxirə salınması çağırışları ilə müşayiət olundu, lakin siyasi qərar dəyişmədi. Bu dəfə durum necə olacaq? Seçkilərin təxirə salınması çağırışı ilə ilk dəfə adı Serj Sarkisyan və Robert Köçəryanla assosiasiya olunan Vitali Balasanyan çıxış etmişdi. İndi maraq doğuran odur ki, klan seçkilərin təxirə salınması ilə bağlı özünü bundan sonra necə aparacaq. Bu tələbi irəli sürərək və ya ümumiyyətlə seçkilərin nəticələrinin ləğv edilməsi gündəliyi ilə daha aqressiv hərəkətlərə baş vuracaqmı? Bunlar cari durumla bağlı yarana biləcək suallardır. Amma virus məsələsini ön plana çəkib seçkiləri təxirə salmaq gündəmdən çıxmayıb”.

“...bu “seçkilər” Qarabağda yaşayanları risqə atıb və tezliklə hökmən koronavirusa yoluxma halları açıqlanacaq”

 Bütün bunlar o deməkdir ki, aprelin 14-nə təyin edilmiş “ikinci tur” baş tutmaya bilər. Terrorçu “Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan bildirir ki, bu halda Paşinyan niyyətinə çatmayacaq. Onun sözlərinə görə, bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda insanları “seçki məntəqələrinə” aparmaq virusun yayılması üçün böyük risq yaradıb:“Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik, mən orada olmasam da dostlarım bildirir ki, bu “seçkilər” hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, “seçicilərin” ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”. Papyan deyib ki,  bu “seçkilər” Qarabağda yaşayanları risqə atıb və tezliklə hökmən koronavirusa yoluxma halları açıqlanacaq:“Çünki daha bunu gizlədə bilməyəcəklər. Üstəlik, ikinci turun olması vəziyyəti daha da mürəkkəbləşdirir. Dəyişən isə heç  nə olmayacaq. Çünki Qarabağdakı cinayətkar rejimin iki nömrəli adamı olmuş Arutyunyan pulla və inzibati resurslarla nəticələri artıq öz xeyrinə təmin edib. Birinci yerdə Araik Arutyunyandır. O, Qarabağda birinci oliqarxdır, qoy heç kim deməsin ki, onun əldə etdiyi sərvətlər qanunidir. İndi Arutyunyan bu sərvətləri qanunsuz olaraq vəzifə almaq üçün sərf edir. Əgər xərcləyirsə, deməli ümid edir ki, vəzifədə olanda daha artığını əldə edəcək. Paşinyan da siyasi maraqları naminə onun qanunsuz əməllərinə göz yumur”.  Ara Papyanın fikrincə, Arutyunyan əvvəllər köhnə klanın nümayəndəsi kimi həm keçmiş prezident Serj Sarkisyanı, həm də baş nazir Paşinyanı qane edirdi:“Amma sonradan onun Paşinyana daha çox yaxınlaşması köhnə klanı narazı saldı. Klan hesab edir ki, bu şəxs Qarabağda onların mövqeyini zəiflədəcək. Bu səbəbdən daha güclü şəkildə, etiraz aksiyaları da daxil olmaqla, müqavimət təşkil edirlər. Bu isə bütün ermənilər üçün ciddi problem yarada bilər. Hətta Qarabağ münaqişəsinin gedişi baxımından da. Lakin belə görünür ki, maraqlar və ziddiyyətlər fonunda Qarabağ məsələsi arxa plana da atıla bilər. Bu məsələdə ölkənin siyasi və daxili siyasi həyatının hansı dəyər sistemi və şüur üzərində qurulduğu vacibdir. Bu məsələ isə Ermənistanda açıqdır, buna görə təhlükəsizlik məsələsi əsasən ordunun çiyinlərində qalmaqdadır. Ordu isə tənəzzüldədir. Belə vəziyyətdə koronavirus orduda yayılsa, Qarabağdan əsər-əlamət qalmayacaq”.

“...bugünkü vəziyyətin cavabdehi Ermənistanın səhiyyə naziri Arsen Torosyan  və Nikol Paşinyandır”

Ermənistanın Demokratik Vətən Partiyasının sədri Petros Makeyan da eyni fikirdədir:“Əgər səhiyyə naziri, daha sonra da Paşinyan koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirsəydilər, bu cür mənzərəyə sahib olmazdıq, vəziyyətin məsuliyyətini onlar daşıyır. İndi də virusu Qarabağda yaymaqdan çəkinmirlər. Koronavirus problemi bütün dünyada var. Faktlarla, gecikmiş fəaliyyətlərlə qiymətləndiririk. Səlahiyyətlilər digərlərini dinləməmək kompleksindən qurtulmalıdırlar, bugünkü vəziyyətin cavabdehi Ermənistanın səhiyyə naziri Arsen Torosyan  və Nikol Paşinyandır. İndi onlar maraqları naminə virusun Qarabağda yayılma təhdidini önləmək istəmirlər. Amma sonda bunun Qarabağın Azərbaycana qayıtmasına gətirib çıxaracağını da düşünə bilmirlər”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ