02/06/2020 05:54
728 x 90

Gürcüstandakı erməni toplumu bütün ölkə üçün təhlükəli virus mənbəyinə çevrilib - erməni mediasının əsas təhlükənin guya azərbaycanlılardan gəldiyi iddiaları...

Dəyanət Osmanlı:“Marneuli rayonunda Şaumyan adlı böyük bir erməni qəsəbəsi var, bu qəsəbə də karantin zonasına aiddir, bəlkə virus Gürcüstana elə oradan yayılıb”

img

“Virusun getdikcə daha çox yayıldığı Ermənistanın Cavaxetiya ilə sıx əlaqələri var”

Hazırda Cənubi Qafqazda  koronavirusun ən geniş yayıldığı və kütləvi ölüm hallarının baş verdiyi ölkənin məhz Ermənisan olduğu heç kəsə gizlin deyil. Heç Ümumdünya Səhiyyə Təşkilatı da Ermənistandakı vəziyyətdən xəbərsiz deyil, bir sözlə, bütün dünya bu virusun bu ölkədə sözün həqiqi mənasında tüğyan etdiyini bilir. Erməni mətbuatı isə öz dərdlərinə dərman aramaq əvəzinə Gürcüstanda  yaşayan soydaşlarımıza şər atır və yalandan yazır ki, guya Gürcüstanda koronavirusu azərbaycanlılar “yayıb”. Onu da qeyd  edək ki, bir neçə gün əvvəl Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində də ermənilərin əli ilə belə əsassız informasiyalar yayılıb. Erməni mediası və Gürcüstanda yaşayan ermənilər əsassız olaraq iddia edirlər ki, Marneuli, Bolnisi kimi azərbaycanlıların tarixən kompakt yaşadığı rayonların əhalisinin İran, Türkiyə və Azərbaycanla sıx əlaqəsi  var   və onlar bu virusu  həmin ölkələrdən gətiriblər (?). Onu da vurğulayaq ki, hazırda azərbaycanlıların sıx yaşadığı Bolnisi və Marneuli rayonlarında Gürcüstan höküməti tərəfindən daha ciddi karantin tədbirləri görülür, əhali müayinədən keçirilir. Məlumatlara görə, ermənilərin Sovet dövründən məskunlaşmağa başladığı Mtsxeti – Cavaxeti bölgəsində koronavirus daha geniş vüsət alsa da, ermənilər bunu  dilə-dişə salmırlar.

Gürcüstan azərbaycanlılarının ciddi narazılığına səbəb olan bu yanlış məlumatlara Tiflis rəsmiləri reaksiya  verməsə də, Gürcüstan parlamentinin azərbaycanlı deputatları bunun əsassız bir erməni iddiası olduğunu deyiblər.                                                               

Məsələyə münasibət bildirən şair-publisist, "Borçalı" İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı baki-xeber.com-a bildirdi ki, Gürcüstanda bu virusun yayılmasının səbəbkarı kimi azərbaycanlıların adının yanlış olaraq hallandırılması növbəti erməni təxribatıdır. D.Osmanlı hesab edir ki, ermənilər özlərinin Gürcüstan dövləti və burada yaşayan bütün xalqlar üçün real təhlükə olduqlarını ört-basdır etmək üçün azərbaycanlılara şər atırlar:”Koronavirusun dünya və həyat üçün nə qədər təhlükəli olduğu hamıya bəllidir. İndi dünya ölkələri özünütəcrid şəraitinə keçib. Sərhədlər bağlanıb. Azərbaycanda dövlət tərəfindən yüksək səviyyədə bütün önləyici tədbirlər görülür. O cümlədən Gürcüstanda da profilaktik işlər aparılır. Karantin rejiminin tətbiq olunmasına hər kəs anlayış göstərməlidir. Soydaşlarımızın yaşadığı iki rayonda - Marneuli və Bolnisidə də ciddi izolyasiya tətbiq edilib. Amma göründüyü kimi, bütün məqamlar yenə də erməni təxribatı ilə müşayiət olunur. Harada türklər varsa, orada mütləq məkrli və xəyanətkar erməni xisləti - terroru, vandalizmi, satqınlığı, pozğunluğu özünü büruzə verməlidir. Əvvəl-axır bütün xalqlar ermənilərin xəyanətini görüb iç üzlərini anlayacaqlar. Marneuli rayonunda Şaumyan adlı böyük bir erməni qəsəbəsi var, bu qəsəbə də karantin zonasına aiddir, bəlkə virus Gürcüstana  elə oradan yayılıb. Virusun getdikcə daha çox yayıldığı Ermənistanın Cavaxetiya ilə sıx əlaqələri var. Biz daim erməni təxribatına qarşı hazır vəziyyətdə olmalıyıq. Bu bizim həyat prinsipimizə çevrilməlidir. Çünki simasını, kimliyini və hər şeyini dəyişməkdə mahir olan, xain və ayıq-sayıq düşmən bizi həmişə arxadan təqib edir. Onların təxribatları ilə yeni rastlaşmırıq ki... Gürcüstanda soydaşlarımızın arasında milli təəssübkeş ictimai fəallar, media mənsubları çoxdur.  Şübhəsiz, onlar həmişə katalizator rolunu oynayan erməni mətbuatının bu cür iftiralarına cavab veriblər. Biz də bu məsələdə soydaşlarımızın səsinə səs verməli, onlara dayaq durmalıyıq”.

Gürcülərin də tarixən erməni zülmünə məruz qaldığını deyən D.Osmanlı hesab edir ki, erməni   təxribatının qarşısını gürcü və Azərbaycan xalqlarının həmrəyliyi ala bilər:”Gürcülər də ermənilər tərəfindən çox zülmlər görüblər. Erməni xəyanəti, haqsız iddiaları haqqında gürcü yazıçıları, tarixçiləri sanballı əsərlər yazıblar. Bütün dünya koronavirusla çarpışdığı bir zamanda ermənilər bundan da dividend qazanmağa çalışırlar. Hər yerdə epidemiyanı sovuşdurmaq üçün anoloji tədbirlər görülür, çarə axtarılır. Bütün bu atılan addımlar insan həyatının qorunması, var olmaq naminədir. İnşallah, tezliklə bu bəla da aradan qalxacaq və həyat öz axarına düşəcək”.

İradə SARIYEVA

 

 

 

Son xəbərlər