Bazar ertəsi günü, 02 noyabr 2026
     

Bəzi media orqanları və sosial şəbəkə fəallarından yüksək karantin şəraitlərini gözdən salmağa yönəlik təxribatçı yalanlar...

Image


Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycan dövləti silsilə tədbirlər görür. Onlardan ən başlıcası ölkəyə xaricdən gələn vətəndaşlarımızın müvəqqəti olaraq karantin rejimində saxlanmasıdır. Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkə fəalları məqsədli şəkildə karantində saxlananlarla bağlı yanlış məlumatlar dövriyəyə buraxır. Həmin məlumatlarda qeyd olunur ki, güya vətəndaşlara yemək vaxtlı-vaxtında verilmir. Hətta bəziləri bir qədər də irəli gedərək, ordakı şəraiti “konslager” - həbs düşərgələrilə müqayisə etmək kimi yanlış təsəvvürlər formalaşdırmağa can atırlar.

Məsələn, bir misala diqqət edək. Türkiyədən vətənə qayıdan tələbələrin bir çoxu Naxçıvanda “Duzdağ” kimi tanınan və şöhrəti bütün dünyaya yayılan Fizioterapiya Mərkəzinə yerləşdirilib. Təəssüf ki, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri oranı mağara kimi təqdim etməyə çalışdılar. Belə misalları çox çəkmək olar. Respublikamızın şimal sərhədlərinə yaxın ərazilərdə karantinə yerləşdirilən vətəndaşlarımızla da bağlı anoloji məzmunlu xəbərlər paylaşılır. Bu istiqamətdə daha çox xaricdən idarə olunan KİV və sosial şəbəkələrdəki səhifələrin fəallığı nəzərə çarpır. İndi gəlin, vətəndaşlarımıza yaradılan karantin şəraiti ilə bağlı Prezidentin söylədiyi fikirlərə nəzər salaq. Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı zamanı çıxışında bildirib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq:“Hesab edirəm, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi, hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümlədən, mindən çox insan Atletlər kəndində saxlanılır. Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.

Göründüyü kimi, ölkə başçısı vətəndaşlarımızın 4-5 ulduzlu otellərdə karantində saxlanıldığını deyir. Hətta konkret olaraq otellərin adı da çəkilir. Orda saxlanılan vətəndaşlarımızın bütün xərclərinin dövlətimiz tərəfindən ödənildiyi bildirilir. Belə olan halda bir nəticəyə gəlmək mümkündür: karantin şəraiti ilə bağlı dövriyyəyə buraxılan təxribatçı xəbərlər yalnız görülən müsbət işlərə kölgə salmaq məqsədi daşıyır.

 

Məhəmmədəli QƏRİBLİ

Bəzi media orqanları və sosial şəbəkə fəallarından yüksək karantin şəraitlərini gözdən salmağa yönəlik təxribatçı yalanlar... Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycan dövləti silsilə tədbirlər görür. Onlardan ən başlıcası ölkəyə xaricdən gələn vətəndaşlarımızın müvəqqəti olaraq karantin rejimində saxlanılmasıdır. Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkə fəalları məqsədli şəkildə həmin karantinlərdə saxlanılanlarla bağlı yanlış məlumatlar dövriyəyə buraxırlar. Həmin məlumatlarda qeyd olunur ki, güya vətəndaşlara yemək vaxtı-vaxtında verilmir. Hətta bəziləri bir qədər də uzağa gedərək, ordakı şəraiti konslagerlərlə müqayisə etmək kimi yanlış təsəvvürlər formalaşdırmağa can atırlar. Məsələn, bir misala diqqət edək. Türkiyədən vətənə qayıdan tələbələrin bir çoxu Naxçıvanda “Duzdağ” kimi tanınan və şöhrəti bütün dünyaya yayılan Fizioterapiya Mərkəzinə yerləşdirilib. Təəssüf ki, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri oranı mağara kimi təqdim etməyə çalışdılar. Belə misalları çox çəkmək olar. Respublikamızın şimal sərhədlərinə yaxın ərazilərdə karantinə yerləşdirilən vətəndaşlarımızala bağlı da anoloji məzmunlu xəbərlər paylaşılır. Bu istiqamətdə daha çox xaricdən idarə olunan KİV və sosial şəbəkələrdəki səhifələrin fəallığı nəzərə çarpır. İndi gəlin vətəndaşlarımıza yaradılan karantin şəraiti ilə bağlı Prezidentin söylədikləri fikirlərə nəzər salaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı zamanı çıxışında bildirib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq: “Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır. Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”. Göründüyü kimi, ölkə başçısı vətəndaşlarımızın 4-5 ulduzlu otellərdə karantində saxlanıldığını deyir. Hətta konkret olaraq otellərin adı da çəkilir. Orda saxlanılan vətəndaşlarımızın bütün xərclərinin dövlətimiz tərəfindən ödənildiyi bildirilir. Belə olan halda bir nəticəyə gəlmək mümkündür. Karantin şəraiti ilə bağlı dövriyəyə buraxılan təxribatçı xəbərələr görülən müsbət işlərə kölgə salmaq məqsədini daşıyır. Məhəmmədəli QƏRİBLİ

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ