Bazar ertəsi günü, 02 noyabr 2026
     

Yeni Qarabağ savaşı körükləndikcə Ermənistanın məhvi sürətlənir - Paşinyanın diqqəti cəbhəyə yönəltmək cəhdləri artıq işə yaramır

Image


Koronavirus təhdidinin böyüməsi fonunda təcridi daha da dərinləşən Ermənistanda vəziyyət getdikcə mürəkkəbləşir. Ölkədə sosial-iqtisadi durum sürətlə pisləşir, insanların Nikol Paşinyan iqtidarından narazılığı artır. Belə vəziyyətdə daxili narazılığı qismən olsa da səngitmək üçün Paşinyan hakimiyyəti sələflərinin ənənəvi taktikasından istifadəyə daha çox meyllənir. Söhbət cəbhədə vəziyyətin gərginləşməsindən gedir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində son dövrlərdə atəşkəs rejimini yenidən tez-tez pozur. Eləcə də son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində də gərginlik müşahidə edilir. Düşmən tərəf atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar törədir. Azərbaycan əsgəri də hər dəfə düşmənə layiqli cavab verir. Ekspertlər hesab edir ki, Paşinyan iqtidarının cəbhədə vəziyyəti gərginləşdirməklə daxili gərginliyi səngitmək cəhdləri onun özünə baha başa gələcək. İlk növbədə o baxımdan ki, bu hal daha çox erməni hərbçisinin məhvinə səbəb olur və bu da yeni narazılığa təkan verir. Qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə də məsələyə eyni prizmadan yanaşır. O vurğulayır ki, son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqincə cavabını alıb. Ə.Qəni-zadə qeyd edib ki, hadisələr Azərbaycan ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir: “Heç kimə sirr deyil ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir. Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görürük ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir. Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə, deməliyəm ki, hərbi hissələrdə nizamnamədənkənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir.

Onu da əlavə etmək lazımdır ki, bu ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma təhlükəsi artmaqdadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirir, eyni zamanda, N.Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Hakimiyyət bu imtahandan çıxa bilməsə, erməni əhalisini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil. Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib və bu “ballastdan” azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq”.

Digər ehtiyatda olan polkovnik Şair Ramaldanov da cəbhə təxribatlarının düşmən üçün arzuedilməz nəticələrə gətirib çıxardığı qənaətindədir:"Azərbaycan ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir". O bildirib ki, erməni xalqı və erməni əsgəri baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib: "Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır. Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir".
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır:"Nizamnamədənkənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir. Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.
Düşmənin son təxribat cəhdi vasitəsilə atəşkəs rejimini pozmasının arxasında bir sıra səbəblər dayanır. Birinci səbəb yuxarıda qeyd etdiyim məsələlərdir. İkinci səbəb isə, Ermənistan ordusunda koronavirus infeksiyasından ölənləri ictimaiyyətdən gizlətmək niyyətidir. Buna nə qədər cəhd göstərsələr də xeyri olmayacaq. Son diversiya aktlarına cəhd bir də onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyi orduda real vəziyyətdən bixəbərdir və mövcud şəraitə nəzarət edə bilmir. Son günlər düşmən ordusunun rəhbərliyinin guya hərbi hissələrdə olması, vəziyyəti yoxlaması, eyni zamanda dünyanı bürüyən koronavirusla mübarizə tədbirləri həyata keçirməsi barədə erməni mətbuatında yer alan məlumatlar gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Ermənistan ordusunun yüksək vəzifəli şəxsləri belə ucuz yollarla xalqın diqqətini işğalçı orduda hökm sürən nöqsanlardan, problemlərdən yayındırmağa çalışar. Belə olmasaydı, onların heç olmasa baş verən hadisədən və ortalıqda qalan əsgərlərinin cəsədlərindən xəbərləri olardı və bunu etiraf etməyə cürətləri çatardı". O vurğulayıb ki, Azərbaycan ordusunun bölmələri bütün cəbhə boyu daim döyüş hazırlığı vəziyyətindədir, əməliyyat şəraitinə tam nəzarət edir və hər hansı bir təxribata həmin anda dəqiq cavab verməyə hazırdır: "Münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir”.

Bütün bunlar cəbhə təxribatının sadəcə ermənilərin özlərinə baha başa gəldiyini aydın nümayiş etdirir. Digər ekspertlər də bu qənaətdədir ki, yaranmış vəziyyətdə hansısa dəyişiklik olmasa, Azərbaycan düşmənə hərbi gücünü nümayiş etdirməli olacaq. İndi maraq doğuran məqam bundan ibarətdir ki, Ermənistanın təxribatları davam etdiyi şəraitdə Azərbaycan nədən düşməndən hərbi cəhətdən də kifayət qədər üstün olduğu halda genişmiqyaslı əməliyyatlara start vermir.  Ekspertlər hesab edir ki, Azərbaycan, əslində danışıqlar prosesinin növbəti mərhələsini gözləyir. Bu mərhələdə də istənilən nəticə əldə olunmazsa, Bakı hərbi müstəvidə İrəvana yenidən dərs keçməli olacaq. Ekspertlər hesab edir ki, bu dəfə savaş başlanacağı təqdirdə onu kimsə dayandıra bilməyəcək və bu, Azərbaycanın qələbəsindək davam edəcək. Sadəcə, danışıqların növbəti mərhələsi müəyyən olunub nəticələr bilindikdən sonra Azərbaycan atacağı addımları qəti olaraq müəyyən edəcək. Indilikdə isə erməni tərəfini narahat edən əsas məqamlardan biri budur ki, pozulan atəşkəs Ermənistan ordusunun daha çox itki verməsi ilə nəticələnir. Eyni zamanda, bu proseslər o zaman cərəyan edir ki, ötən dövrlərə nisbətən erməni ordusu getdikcə daha zəif hala gəlir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts da bunu təsdiqləyir:“Aydındır ki, indiki şəraitdə Qarabağda hərbi əməliyyatların bərpası Ermənistan üçün yaxşı heç nə vəd etmir. Hakimiyyət mütləq şəkildə bunu nəzərə almalıdır”. Hər halda, hakimiyyətin indiki taktikasının düşmən ölkəyə heç nə verməməsini artıq Ermənistanda da yaxşı sezirlər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ