ABŞ COVİD-19 koronavirusla mübarizə məqsədilə Azərbayacana $1,7 milyon məbləğində maliyyə yardımı ayırır. Baakki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilir.
“Bu vəsait texniki ekspert dəstəyinin göstərilməsi və digər tədbirlərə sərf olunacaq”, - diplomatik missiya qeyd edir.
Son 20 ildə ABŞ Azərbaycana $890 milyon ümumi məbləğdə, həmçinin səhiyyə sahəsinə 41 milyon dollar məbləğində taxniki yardım göstərib.