çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycanda bir Sərəncam, millətimizin "Yaşam və davam paketi", "qocalar ölsün" deyən Qərb liberalizminin iflası.... - Aydın QULİYEV yazır

Image


Koronavirusun iqtisadiyyata və məşğulluğa təsirinin mümkün qədər azaldılmasının qarşısını almağa yönəldilmiş Prezident sərəncamı Azərbaycanın qlobal təhlükə əleyhinə orijinal reaksiya modellərindən biridir.

Yəqin ki, virusun yayılmasının qarşısı yavaşıyandan və tam dayandırıldıqdan sonra hər bir ölkənin məlum səylərinə daha dəqiq və təhlilli qiymət veriləcək, koronavirusla mübarizədə hər ölkənin verdiyi töhfələr və gətirdiyi yeniliklər sistemləşdiriləcək. Mümkündür ki, müəyyən qrup ölkələrin virusla mübarizə modeli dünya üçün nümunə kimi qəbul ediləcək və öyrənilməsi tövsiyə ediləcək. Azərbaycanın erkən və ilk günlərdən problemə yanaşma tərzi, həyata keçirdiyi tədbirlər, əldə etdiyi nisbətən ən üstün nəticələr artıq indidən dünya təşkilatlarının diqqətini cəlb edir. Böyük inamla demək olar ki, Azərbaycan "postkorona" dövrünün az sayda model ölkələrinin sırasında özünə yer seçəcək.

  • Yaşlı vətəndaşlarının müalicəsindən, xaricdəki vətəndaşlarını gətirməkdən imtina edən ölkələr..

Azərbaycanın koronavirusla mübarizə tədbirlərini başqa ölkələrdən fərqləndirən nüanslar sözsüz ki, var. Yeri gəldikcə bu fərqliliklər barədə danışılacaq. Hələlik onu deyək ki, digər dövlətlər əsas diqqəti insanların fərd və toplum halında "koronadan" müdafiəsinə yönəldirlər. Doğrudur, hətta bu cəhətdən də dövlətlər eyni səviyyədə deyil. Əksər ölkələr insanların toplum olaraq xəstəlikdən müdafiəsinə üstün şəkildə diqqət ayırır. Konkret desək, ölkələr var ki, toplumu xilas etməyə diqqət verərkən müəyyən yaş qruplarını təmsil edən tək-tək insanları taleyin ixtiyarına buraxır. Avropanın sivil və inkişaf etmiş ölkələrindən biri sayılan İtaliyanın bu kontekstdə verdiyi qərar çox diqqətçəkicidir. İtaliyanın yaşlı insanların müdafiəsindən nümayişkaranə şəkildə imtina etməsi formaca bu ölkənin yükü qaldıra bilmədiyi çarəsizlik durumu kimi görünsə də, əslində tərifli bəzi liberal Qərb dəyərlərinin tüğyan edən ibtidai vəhşilik təsəvvürlərinin altında əzilməsindən başqa bir şey deyil. "Fərdin hüquqları toplumun hüquqlarından üstündür" tezisi altında İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətə "liberal demokratiya" dərsi vermək istəyən Qərb bu dəyərlərə ən öldürücü zərbəni elə məhz özü vurdu. Liberal demokratiya gurultuları adi bir "korona" sınağına dözə bilmədi. Necə yəni, yaşı 60-70-dən yuxarı olanlar insan deyilmi, onların sağlamlıq hüququnun təminatından dövlətin belə vəhşiyanə şəkildə imtinası nə deməkdir?! Bu gün əldə olunan hər şey, o cümlədən bəzi ölkələrin ancaq gənclərin müalicəsinə rəva bildiyi tibbi nailiyyətlər məhz həmin küçələrə atılmış yaşlı nəslin bizlərə miras qoyduğu elm potensialı deyilmi?!

Dünyada həm toplumun, həm də fərdlərin sağlamlıq hüquqlarının müdafiəsindən ümumiyyətlə imtina edən ölkələr də oldu. Xaricdə qalmış vətəndaşlarına "başınızın çarəsini qılın, Sizə kömək edə bilməyəcəyik" deyə bəyanat yayan İsveç kimi ölkənin təcrübəsi ürək parçalayan olsa da, günümüzün reallığıdır. Mehriban xanım Əliyevanın xalqa Novruz təbrikindən bir fikri təkrar etməyə lüzum gördüm. "Koronavirusa qarşı immunitet vaksin tapılandan sonra olacaq. Laqeydliyimizə qarşı immuniteti isə özümüz yaratmalıyıq". Qərbin liberal dəyərlərinin uçub-dağıldığı dövrdə hər kəsi başqalarına, ilk növbədə qocalara münasibətdə qayğı və həssaslığa səsləyən sosiallığın və humanizmin bundan klassik ifadəsini axtarmağa dəyməz...

  • Həm fərdinə, həm toplumuna, həm də xaricdə qalmış vətəndaşlarına sahib çıxan ölkə..

İndi əsas məsələnin məqamlarından birinin üstünə gəldik. Azərbaycan bu aylar ərzində bu ölkələrdən fərqli təcrübə göstərdi. Öz toplumunu xəstəlikdən mühafizə etməkdə acizlik çəkən ölkələrə oxşamadı. Yaşlı vətəndaşlarının ölüm vaxtının yetişdiyini utanmadan nümayiş etdirən anti-humanist ölkələrin təcrübəsini qətiyyən yaxına buraxmadı. Xaricdə qalmış tələbə və turistlərini ölkəyə qaytarmaqdan imtina edənlərə də oxşamadıq. Azərbaycan öz yolu ilə getdi. Heç kimə, heç nəyə laqeydlik göstərmədi. İlk gündən böyük diqqət və məsuliyyət nümayiş etdirdi. Hamının mənafeləri naminə lazım gəldiyi halda hamının hüquq və mənafelərini məhdudlaşdırmaq kimi yolla getməyi də rəva gördü. Əzizlərimizə ürəklərimizin istədiyi tərzdə toy və yas mərasimləri qurmaq imkanlarını məhdudlaşdıranda bunun müstəsna ictimai əhəmiyyətini öncədən anlamayanlar, hətta narazılıq edənlər olsa da, tezliklə hamı hər şeyi başa düşdü, hökumətin zorən getdiyi sosial məhdudlaşdırıcı tədbirlərin alternativsiz olduğunu tam şəkildə qəbul etdi. Kafe, bar, restoran, satış mərkəzləri kimi az-çox şəxsi qazanc mənbələri sayılan "toçkalarda" da işlərin müvəqqəti məhdudlaşdırılması hamının anlayışla qarşıladığı mahiyyətlər oldu. Rayonlarımızdan mərkəzlərə gəliş-gedişin məhdudlaşdırılması sadəcə gəzinti axtaranlara, ora-bura mal daşıyaraq pərakəndə və mövsümi ticarətdən beş-üç manat qazanan vətəndaşlara da azacıq ziyan vurduğu danılmaz həqiqətdir. Yaranmış məcburi fasilə üzündən normal təhsil imkanından məhrum olmuş şagird və tələbələrin də narahatlığı uzun sürmədi. "Evdə oturmaq şəxsən öz canımızı, dövlətimizi və toplumu viruslu ölümdən xilas etməyin ən asan və ən az məsrəfsiz üsuludur" təfəkkürü bütün ölkə üzrə hakim düşüncə tərzi kimi qəbul edildi. Hansı nəticələri əldə etdiyimizi müqayisələrlə görmək olar. Yetər ki, bir gündə 600-900 vətəndaşını torpağa gömərək Ümumdünya Səhiyyə Təşkilatına kədərli statistikalar təqdim edən ölkələrdən fəqli olduğumuzun təsəllisini yaşaya bilək.

  • Azərbaycan həm öz vətəndaşlarını, həm də iqtisadiyyatını "koronadan" müdafiə sistemi qurur...

Şübhəm yoxdur ki, biz bu cəhətdən də dünya modellərindən biri olacağıq. Açıq etiraf edim ki, koronavirusla mübarizə dövründə özü üçün iki böyük hədəfi bir arada qarşısına alan ikinci ölkənin olduğunu bilmirəm. Hələlik bildiyim tək Azərbaycandır ki, insanların və iqtisadiyyatın virusdan mühafizə sisteminin qurulmasını bir arada aparır. Bu günlərdə Prezident bir sərəncam imzaladı - İqtisadiyyatın, mikrosabitliyin, məşğulluğun və sahibkarlığın virus təsirlərindən müdafiə tədbirləri barədədir. Yəqin ki, oxucularım bu sərəncamın məzmunu və nəzərdə tutduğu tədbirlərlə tanışdır. Bu üzdən sərəncamı detal və maddələri ilə araşdırmayacağam. Bunlarsız da bəllidir ki, sözügedən sərəncam çox maraqlı konfiqurasiyanı xatırladan dövlət siyasətinin təzahürüdür. Sərəncam onu deyir ki, təkcə insanların virusdan mühafizəsi hələ işin hamısı deyil. Təbii ki, virusun tam cilovlandığı gün olacaq. Nə zaman olacağı bəlli deyil. Bəlkə aylar çəkdi? Bu aylar ərzində tək insanların sağlamlığı qayğısına qalmaq bizə yetərli olacaqmı? İqtisadiyyat, sənaye, istehsal sahələri batıb getsə, bu bizim korona bəlasından qurtulmağın ardınca yeni iqtisadi bəlalara düçar olmağımıza gətirib çıxarmazmı? Demək, qarşıdakı vəzifə virusla səmərəli mübarizənin əsas maliyyə mənbəyi sayılan iqtisadiyyatı tarım vəziyyətdə saxlamaq, iqtisadiyyatı öz itkilərinin yerini fasiləsiz dolduran reaktiv enerji mənbəyi ilə təchiz etməkdir. Sərəncamın uğurlu icrası üçün şərtlər sözsüz ki, çoxdur.  Ancaq həlledici məsuliyyət müvafiq işçi qruplarının əsas təşkilatçı qüvvələri olaraq İqtisadiyyat, Əmək..., Maliyyə nazirliklərinin və Mərkəzi Bankın üzərindədir. Bu dövlət qurumlarının yeni dövrün "fədakar dövlət qurumları" olmaq şansları var. Onların bu şansı doğrulda bilməsindən hamının taleyi asılıdır. Kimlərsə Mikayıl Cabbarovun, Sahil Babayevin, Elman Rüstəmovun, ya Samir Şərifovun Sərəncamın tələbləri baxımından iflasa uğraya bilməsinə şəxsi məmnunluq mənbəyi kimi baxırsa, dibi görünməyən dərinliklər qədər yanılır. Allah eləməsin, bu halda heç kimin öz şəxsi məmnunluğunun ləzzətini yaşamaq şansı olmayacaq. Virusdan hamılıqla məhv olma anında hansı zövqdən söhbət gedə bilər?! Odur ki, sərəncamın tam icrasına bütün cəmiyyətimizin xilas və ya ən azı daha kiçik itki ilə bəladan qurtuluş "paketi" kimi baxmalıyıq. Adlarını çəkdiyim dövlət qurumlarının rəhbərləri Sərəncamın uğurlu icrasına görə, qoy Prezidentdən həqiqi "sağ ol, təşəkkür" jesti qazansın. Ancaq ən böyük qazanc bizlərin qazancı olacaq - Hamılıqla sağ-salamat qalmaq, yaşamaqda davam etmək... Mən Prezidentin axırıncı sərəncamına "Millətimizin yaşam və davam paketi" kimi baxıram...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ