Makedoniya artıq gələn il NATO-nun üzvü ola bilər. Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq bildirib ki, bu, Makedoniya ilə Yunanıstan arasında ölkənin adının dəyişdirilməsi ilə bağlı saziş təsdiq edildikdən sonra mümkün ola bilər: “NATO Makedoniyanı alyansın 30-cü üzvü kimi qarşılamağa hazırdır. Amma bunun yeganə şərti ölkənin adının dəyişməsi ilə bağlı sazişin təsdiq olunmasıdır. Hesab edirəm ki, biz bu prosesi 2019-cu ilin yanvarınadək başa çatdıra bilərik”.