çərşənbə günü, 25 noyabr 2026
     

Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

Image


Ermənistan hakimiyyəti Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağa iddialarından imtina etməsini qanuni şəkildə təsbit edən yeni konstitusiya layihəsini dərc edib. Müxalifət bunun əleyhinə çıxsa da, hakim partiya yeni konstitusiyanı davamlı sülhün təminatı adlandırır. İndi əsas məsələ müzakirəsi hələ 6 ay davam edəcək yeni konstitusiyanın qəbul olunub-olunmayacağı, qəbul edilərsə, bunun hansı mexanizm əsasında həyata keçirləcəyidir.

Xatırladaq ki, Paşinyan rəhbərlik etdiyi hökumətin hazırladığı konstitusiya layihəsini təqdim edərək bildirdi ki, yeni fundamental sənədin qəbulu ölkəyə sülh, müstəqillik, rifah, azadlıq və demokratiya gətirəcək. Paşinyanın çıxışında sülh sözü düz 18 dəfə təkrarlanır. O, yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyini Ermənistan dövlətçiliyini yenidən qurmağın vaxtının çatdığını deməklə izah edir. Baş nazir bildirib ki, bu, Ermənistanın millətçi təbliğatın ölkənin talan edilməsini və hakimiyyətin qəsb edilməsini haqlı çıxardığı keçmişi geridə qoyaraq, həqiqətən demokratik və suveren bir ölkəyə çevrilməsi üçün lazımdır. Yeni Konstitusiya layihəsində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə olan iddialarından imtina etməsi də hüquqi olaraq təsbit edilib. İndi əsas məsələ yeni Konstitusiya layihəsinin parlamentdə qəbul edilərək referenduma çıxarılmasıdır. Paşinyan hökuməti hazırda, Ermənistan qanunvericiliyinin tələb etdiyi kimi, konstitusiya layihəsini referenduma təqdim etmək üçün qanunverici orqanda yetərsaya malik deyil. Mövcud parlament proseduru ən azı 70 deputatın bunun lehinə səs verməsini tələb edir. Hakim partiyanın cəmi 64 deputat yeri var. Beləliklə, “Vətəndaş Müqaviləsi” Partiyasının ən azı altı müxalifət deputatının dəstəyinə ehtiyacı var. Lakin parlamentdəki hər iki müxalifət fraksiyası yeni konstitusiyanın qəbuluna qarşıdır. Rusiyalı milyarder Samvel Karapetyanın təsis etdiyi bloku təmsil edən ən böyük müxalifət fraksiyası olan “Güclü Ermənistan” artıq dərc olunmuş layihəni rədd edib. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku da oxşar mövqe tutur. Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan bildirir: “Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsinin qəbulu üçün bir sıra tədbirlər görəcək. Təbliğat səviyyəsində layihə “Sülh Konstitusiyası” kimi təqdim olunacaq və onun qəbul edilməsi ölkənin dövlətçiliyinin və gələcəyinin qorunması üçün şərt olacaq. İnzibati səviyyədə hakimiyyət təmsilçiləri seçki siyahılarını yeniləməyə, səs vermək hüququ olan insanların dairəsini məhdudlaşdırmağa və bununla da lazımi həddi təmin etməyə başlayacaqlar. Siyasi səviyyədə müxalifətə qarşı hücumları davam etdirməklə, onu maliyyə mənbələrindən məhrum etməklə və siyasi rəqabət imkanlarını mümkün qədər məhdudlaşdırmaqla müxalifəti legitimliyindən tamamilə məhrum etməyə çalışacaqlar. Nəticədə hakimiyyət parlament müxalifətindən istədiyi 6 səsi almağı düşünür”. Amma təbii ki, hakimiyyət yeni Konstitusiyanın qəbulu üçün özünün B planını da hazırlayıb. Əgər parlamentdə müxalifətdən istənilən sayda səs alınmasa, məhz onda B planı işə düşəcək. Söhbət erkən parlament seçkilərindən gedir.

Müxalifət qanunverici orqanda referenduma səs verməsə, hökumət erkən parlament seçkiləri variantına daha çox diqqət edəcək. Mümkün erkən parlament seçkilərinin anonsu artıq, Paşinyan da daxil olmaqla, müxtəlif hakimiyyət təmsilçiləri tərəfindən elan edilib. Beləliklə, bu, artıq hakim partiyanın hesablamalarında B planı hesab olunur. Ermənistanlı politoloq Aleksandr İskəndəryan bildirir: “Əvvəlcə yeni Konstitusiyanın müzakirəsi aparılmalıdır. Bəzi düzəlişlər lazım ola bilər, sonra isə sadəcə referendum keçirmək üçün parlamentdə səsvermə keçirilməlidir. Hökumətin konstitusion çoxluğu yoxdur, yəni onlar müxalifəti birtəhər razı salmalı və ya ayrı-ayrı deputatları öz tərəflərinə çəkməli olacaqlar. Yalnız bu baş verərsə, səsvermə olacaq və sonra insanların buna necə yanaşdığını görə biləcəyik. İstədiyi nəticəni almasa, Paşinyanın erkən parlament seçkilərinə getməsi də mümkündür. Baş nazir rəsmi olaraq bildirib ki, əgər referendum üçün parlamentdə lazımı səsləri cəlb edə bilməsələr, növbədənkənar seçkilər keçiriləcək”. Bununla yanaşı, müxalif düşərgəni razı salmaq üçün Paşinyan müxalifəti ictimai təzyiqlə də hədələyir. Hətta o, parlament binası qarşısında insanların müxalifətə təzyiq üçün kütləvi aksiyalarındanın keçrilməsini də mümkün hesab edir. Eləcə də Paşinyan sözügedən düşərgəyə digər təkliflər də verir. Qeyd edir ki, xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək. Əgər xalq Konstitusiyaya “hə” desə, Paşinyan növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağını bildirir. Amma müxalifət baş nazirin bu açıqlamasını səmimi qəbul etmir. Onu da qeyd edək ki, Ermənistan parlamenti yeni Konstitusiyanın referenduma çıxarılmasına səs versə belə, digər prosedurlar da həyata keçməlidir. Parlamentdən sonra layihə Konstitusiya Məhkəməsinin hüquqi yoxlamasından keçir. Referendumun hüquqi prosedurları tamamlandıqdan sonra prezident onu təyin edir. Konstitusiyaya əsasən, referendum prezident tərəfindən təyin edildikdən 50–65 gün sonra keçirilir. Layihənin qəbul edilməsi üçün lehinə səs verənlər referendum iştirakçılarının yarıdan çoxu olmalı, eyni zamanda lehinə səslər referendumda iştirak etmək hüququ olan vətəndaşların ən azı 25 faizini təşkil etməlidir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ