Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın nüvə silahlarının respublikadan çıxarılmasının mümkünlüyünü etiraf edib.
“Danışıqlar zamanı hər şey mümkündür. Mən bu cür variantları istisna etmirəm. Əsas məsələ sülhdür. Hansı növ silahların olması və onları kimin haradan çıxaracağı-bu, sülhün əsas səbəbi ola bilər. Buna görə də mən istənilən həlli dəstəkləyirəm”, - deyə Lukaşenko BelTA xəbər agentliyinin Fransanın “Le Point” jurnalına verdiyi müsahibədə bildirib.
“Amma əsas məsələ odur ki, bu, Ukraynada nizamlanmaya töhfə versin ki, insanlar ölməsin və Avropada sabitlik olsun. Biz Avropanın coğrafi mərkəzi olduğumuz üçün sülhdə son dərəcə maraqlıyıq”, - deyə Lukaşenko bildirib.
İradə SARIYEVA