Ermənistan 2027-ci ildə TRIPP dəmir yolunun tikintisinə başlamağı planlaşdırır.
Xarici işlər nazirinin müavini Vahan Kostanyanın sözlərinə görə, hakimiyyət orqanları ərazini yol üçün hazırlamağa başlayıblar.
"Hazırda ərazinin hazırlanması, müəyyən təmizləmə işlərinin aparılması və minimal mühəndislik işlərinin aparılması üçün işlər görülür ki, dəmir yolunun əsas tikintisi gələn ilin əvvəlində təyin olunmuş ərazidə başlaya bilsin"- o deyib.
Kostanyan qeyd edib ki, tərəflər yalnız yolun ilkin parametrlərini müəyyən etsələr də, mühəndislik planı gələn ilin əvvəlinə qədər hazır olacaq.
"Lazım gəldikdə, tikinti işlərini yerində aparmaq üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə ayrı-ayrı təşkilatları cəlb edəcəyik".
SAMİRƏ