ABŞ-ın xüsusi nümayəndələri Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə birgə biznes layihələrindən istifadə planlarını arxa plana keçirib, danışıqlarda diqqəti ərazi və təhlükəsizlik məsələlərinə yönəldiblər.
Rəsmi Kreml “Financial Times” qəzetinin Amerikalı danışıqçıların Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün Rusiya ilə birgə biznes layihələrindən imtina etməsi barədə xəbərini şərh etmir.
"Mən qəzet məqalələrinin həll danışıqlarının məzmunu ilə bağlı şərh vermək istəməzdim. Biz dəfələrlə bu məzmunu ictimaiyyətə açıqlamaq niyyətində olmadığımızı bildirmişik", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
İradə SARIYEVA