çərşənbə günü, 25 noyabr 2026
     

Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

Image


Ermənistanla Rusiya arasında dəmir yollarının idarə olunması məsələsi iqtisadi mübahisədən çıxaraq siyasi və geosiyasi qarşıdurma predmetinə çevrilir.

2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsinə əsasən, Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti 2038-ci ilədək Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək hüququna malikdir. Lakin İrəvan bu idarəçiliyi yenidən nəzərdən keçirmək, dəmir yollarına nəzarəti geri qaytarmaq və ya üçüncü tərəfə ötürmək istəyir. Moskva isə mövcud hüquqlarını qorumaqda israrlıdır.

Mübahisənin əsas səbəblərindən biri Rusiyanın dəmir yolu infrastrukturuna lazımi investisiyalar yatırmamasıdır. Ermənistan hökuməti şəbəkənin modernləşdirilməsini, texniki imkanlarının artırılmasını və regional nəqliyyat əlaqələrinin inkişafını tələb edir. Rusiya tərəfinin isə bu tələbləri yerinə yetirmək üçün maliyyə imkanları məhduddur.

"Rusiya Dəmir Yolları" şirkətinin ağır maliyyə vəziyyəti də problemin mühüm tərəfidir. Böyük borclar, yükdaşımaların azalması, maliyyə xərclərinin artması və investisiya proqramlarının ixtisarı şirkətin Ermənistan dəmir yollarına əlavə vəsait yatırmaq imkanlarını zəiflədir.

Məsələnin digər tərəfi geosiyasi rəqabətdir. Moskva Ermənistanın dəmir yollarının idarəçiliyini özündən almaq cəhdini Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətinin tərkib hissəsi kimi təqdim edir. İrəvan isə bu addımların siyasi sifarişlə deyil, iqtisadi səmərəlilik və infrastrukturun inkişafı zərurəti ilə bağlı olduğunu bildirir.

Beləliklə, Ermənistan bir tərəfdən Rusiyanın investisiya qoymasını tələb etməklə mövcud müqavilənin şərtlərini dəyişməyə çalışır, digər tərəfdən alternativ investorların cəlb olunması imkanını gündəmə gətirir. Bu mübahisənin nəticəsi təkcə Ermənistan dəmir yollarının gələcək idarəçiliyini deyil, həm də Rusiyanın regiondakı iqtisadi və nəqliyyat təsirinin perspektivini müəyyənləşdirə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn ay Rusiyaya səfəri zamanı Ermənistan dəmir yollarının idarə olunması məsələsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. İrəvan dəmir yolu infrastrukturuna nəzarəti geri qaytarmaq və ya idarəçiliyi üçüncü tərəfə vermək niyyətini gizlətmir, Moskva isə mövcud konsessiya hüquqlarını qorumağa çalışır. Tərəflər arasında iqtisadi maraqların siyasi ziddiyyətlərlə kəsişdiyi bu məsələdə Paşinyanla Putin arasında hansı razılaşmanın əldə olunması mümkündür? Moskva güzəştə gedəcək, yoxsa Ermənistanın dəmir yollarına nəzarəti saxlamaq üçün siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə edəcək?

Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığını azaltmaq istiqamətində atdığı addımlar Moskva ilə İrəvan arasında yeni fikir ayrılıqlarını gündəmə gətirir. Bu məsələdə xüsusi diqqət çəkən məqamlardan biri Ermənistanın dəmir yollarının idarə olunmasıdır. 2008-ci ildən Rusiya Dəmir Yollarının törəmə şirkətinin idarəçiliyində olan Ermənistan dəmir yollarının gələcək taleyi hazırda siyasi və iqtisadi müzakirələrin predmetinə çevrilib. Rusiya tərəfinin üzərinə götürdüyü infrastrukturun yenilənməsi və inkişafı ilə bağlı öhdəlikləri lazımi səviyyədə yerinə yetirə bilməməsi İrəvanın alternativ idarəetmə variantları axtarmasını sürətləndirir. Xüsusilə Ermənistanın Qərbə inteqrasiya kursunu gücləndirməsi və TRIPP layihəsinin reallaşması perspektivi dəmir yolları məsələsinin geosiyasi əhəmiyyətini artırır.

Elşad Həsənov: "Rusiya Ermənistan dəmir yollarının Qazaxıstana verilməsinə razılaşa bilər"

Ömrün yubiley hesabatı

Politoloq Elşad Həsənov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyaya verilməsi zamanı mühüm investisiya öhdəlikləri nəzərdə tutulmuşdu. Rusiya infrastrukturun yenilənməsini, yolların genişləndirilməsini, texniki imkanların yaxşılaşdırılmasını və Avropa-Asiya istiqamətində nəqliyyat əlaqələrinin inkişafını təmin etməli idi. Lakin son illərdə Ukraynada apardığı müharibə Rusiyanın maliyyə və investisiya imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Onun sözlərinə görə, Rusiya üzərinə götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirə bilmədiyindən Ermənistan dəmir yollarının idarəçiliyinin geri qaytarılması və ya üçüncü ölkəyə verilməsi məsələsi aktuallaşıb: "Ermənistanda dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 1328,8 kilometrdir. Əsas dəmir yolu xətlərinin uzunluğu isə təxminən 780 kilometr təşkil edir. Bu şəbəkə ölkənin 10 inzibati ərazi vahidindən 9-nu əhatə edir. Lakin dəmir yollarının texniki imkanları və infrastrukturu müasir tələblərə tam cavab vermir. Bu baxımdan investisiya qoyuluşuna və yenilənməyə ciddi ehtiyac var.

Ermənistan hakimiyyəti son illərdə Rusiyanın ölkədəki təsir imkanlarını azaltmağa çalışır və müəyyən nəticələr də əldə edib. Belə ki, Zvartnots beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılmasına, həmçinin Türkiyə və İranla sərhəd-keçid məntəqələrində rusiyalı sərhədçilərin fəaliyyətinin dayandırılmasına nail olunub. Ancaq Ermənistan hələ də Rusiyanın təsirindən tamamilə qurtula bilməyib. Gümrüdəki 102-ci hərbi baza, dəmir yollarının Rusiya tərəfindən idarə olunması və bir sıra sənaye obyektlərinin rusiyalı investorların nəzarətində qalması Moskvanın əsas təsir rıçaqlarıdır.

Məhz buna görə də dəmir yollarının gələcək taleyi Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Paşinyan hökuməti bu məsələdə yeni qərar verməyə çalışır. Noyabrın 23-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Moskvada Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü də bu baxımdan diqqət çəkir. Görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, hesab edirəm ki, dəmir yollarının idarəçiliyi mövzusu da danışıqların əsas istiqamətlərindən biri olub".

Politoloq hesab edir ki, Ermənistan-Rusiya münasibətlərində dəmir yolu məsələsi yalnız iqtisadi və nəqliyyat problemi deyil, həm də geosiyasi mübarizənin tərkib hissəsidir. Onun fikrincə, Moskva Ermənistan üzərində qalan təsir imkanlarını qorumağa çalışsa da, İrəvanın Qərbə inteqrasiya siyasəti bu münasibətlərdə yeni gərginlik yaradır.

Elşad Həsənov bildirib ki, qarşıdakı dövrdə Paşinyanın Rusiya səfəri zamanı bu məsələlərə daha konkret aydınlıq gələ bilər. Xüsusilə Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması və ya Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləməsi Moskva ilə münasibətlərin gələcəyini müəyyənləşdirən əsas məsələlərdəndir.

"Rusiya artıq Ermənistana iki istiqamətdə paralel siyasət yürütməyin mümkün olmadığını bəyan edir. Uzun müddət Ermənistan həm Avrasiya İqtisadi İttifaqının imkanlarından yararlanıb, həm də Avropa ilə münasibətlərini inkişaf etdirib. Rusiya Ermənistana ucuz enerji resursları təqdim edib, Ermənistan isə bu iqtisadi münasibətlərdən faydalanıb. Eyni zamanda, Rusiyaya elektron vasitələrin satışından da gəlirlər əldə edib. Lakin indiki şəraitdə Moskva İrəvandan konkret seçim etməsini gözləyir.

Digər tərəfdən, Paşinyan hökuməti Avropa ölkələri ilə təmaslarını intensivləşdirib. Ermənistan rəhbərliyinin Avropa İttifaqına inteqrasiya istiqamətində dəstək axtarması bu siyasətin göstəricisidir. Beləliklə, Ermənistan bir tərəfdən Rusiya ilə mövcud iqtisadi və təhlükəsizlik əlaqələrini nəzərə almağa, digər tərəfdən isə Qərbə yaxınlaşmağa çalışır. Bu iki istiqaməti uzun müddət paralel davam etdirmək getdikcə çətinləşir".

Politoloq dəmir yollarının gələcək idarəçiliyi məsələsinin TRIPP layihəsi baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, Ermənistan dəmir yollarının tamamilə Rusiya nəzarətində qalması gələcək regional nəqliyyat layihələrinin reallaşmasında müəyyən çətinliklər yarada bilər. Buna görə də tərəflər arasında yeni idarəetmə mexanizminin razılaşdırılması zəruridir.

"Düşünürəm ki, Rusiya Ermənistan dəmir yollarının birbaşa İrəvanın idarəçiliyinə qaytarılmasına asanlıqla razılaşmayacaq. Lakin üçüncü ölkənin idarəçiliyinə verilməsi variantı müzakirə oluna bilər. Bu baxımdan Qazaxıstanın namizədliyi gündəmə gələ bilər. Belə bir mexanizm Rusiyaya müəyyən təsir imkanlarını qorumaq, Ermənistana isə dəmir yolu infrastrukturunun idarə edilməsində alternativ əldə etmək imkanı verə bilər.

Nəzərə almaq lazımdır ki, Rusiya hazırda Ukrayna müharibəsi səbəbindən ciddi hərbi və iqtisadi çətinliklərlə üzləşir. Bu şəraitdə Ermənistan dəmir yollarının inkişafına əvvəlki səviyyədə maliyyə ayırması çətinləşib. Ona görə də hesab edirəm ki, yaxın dövrdə tərəflər arasında müəyyən razılaşma əldə oluna bilər. Dəmir yollarının üçüncü ölkəyə, xüsusilə Qazaxıstana idarəçiliyə verilməsi ehtimalını istisna etmirəm.

Bütün hallarda Ermənistanın Qərbə inteqrasiya siyasəti davam edir. Rusiya isə özünün siyasi, iqtisadi və hərbi təsir imkanlarını qorumağa çalışır. Qarşıdakı danışıqların nəticəsi həm Ermənistan-Rusiya münasibətlərinin gələcəyinə, həm də Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələrinin inkişafına təsir göstərə bilər", – deyə politoloq qeyd edib.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ