Dərsliklərə daxil edilən bədii mətnlərin şagirdlərin yaş xüsusiyyətlərinə və tədris məqsədlərinə uyğunlaşdırılması metodik zərurətdir və bu proses birbaşa plagiat kimi qiymətləndirilə bilməz.
Иunu riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalistlər üçün keçirilən təlim-müzakirədə deyib. O bildirib ki, dərsliklərdə istifadə olunan mətnlər yalnız bədii məzmun baxımından deyil, pedaqoji və metodik tələblər əsasında da seçilir. Bu zaman mətnlərin şagirdlərin yaş səviyyəsinə, anlama imkanlarına və tədris məqsədlərinə uyğunlaşdırılması nəzərə alınır.
Zaur İsayev qeyd edib ki, müxtəlif mətnlərin əsasında geniş yayılan hadisə və süjetlər dayana bilər. Müəlliflər həmin süjetləri öz yaradıcılıq yanaşmaları ilə işləyərək obrazlar, xarakterlər və əlavə detallar vasitəsilə bədii əsərə çevirirlər. Bu baxımdan mətnlərin dərsliklərdə istifadəsi və tədris məqsədilə uyğunlaşdırılması məsələsinə yalnız plagiat müstəvisindən yanaşmaq düzgün deyil.
ZÜMRÜD