Cümə axşamı günü, 26 noyabr 2026
     

İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

Image


Taleh Şahsuvarlı: “...Açığı növbəti seçkilərdə Özgür Özəli prezidentliyə namizəd kimi görmək ehtimalı artır”

Abutalıb Səmədov: “Müxalifət düşərgəsindən tamamilə yeni bir namizədin meydana çıxması da istisna deyil”

NTV-nin məlumatına görə, Türkiyə Dövlət Şurası İstanbulun keçmiş müxalifət meri Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi qərarını təsdiqləyib. İnzibati məhkəmə siyasətçinin diplomunun ləğvinə qarşı apelyasiya şikayətinə baxıb və heç bir əsas tapmayaraq onu rədd edib. İmamoğlunun hələ də ölkənin Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı var.

Dövlət Şurasının qərarı Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmasına maneə törədir, o seçkiyə buraxılmır, çünki Konstitusiya dövlət başçısının ali təhsil diplomuna sahib olmasını tələb edir. Bu, Türkiyədə 2028-ci il prezident seçkiləri kontekstində güc balansına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Əgər İmamoğlu seçkiyə buraxılmasa Ərdoğanın “yuxusunu qaçıracan” müxalif namizəd kim olacaq?

Əgər Əkrem İmamoğlu məhkəmə qərarları və ya digər hüquqi maneələr səbəbindən Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak edə bilməsə, müxalifətin alternativ namizədi kim ola bilər? Bu halda Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın namizədliyi gündəmə gələ bilərmi? Yoxsa CHP sədri Özgür Özəl özü namizəd olmaq qərarına gələ bilər? Sizcə, müxalifət İmamoğlusuz vahid namizəd ətrafında birləşə biləcəkmi və bu, Türkiyədəki siyasi rəqabətin istiqamətinə necə təsir göstərə bilər?

AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı baki-xeber.com-a bildirdi ki, Türkiyənin daxili siyasi proseslərinə qarışmaq bizim üçün yolverilməzdir. “Bununla belə, dünyanın hər hansı ölkəsində olduğu kimi, Türkiyənin daxilindəki tendensiyaları müşahidə və təhlil etməkdə də bir problem yoxdur. Mənim müşahidələrimə görə, Türkiyədə hələ ki bir qeyri-müəyyənlik var. Bilirsiniz ki, erkən seçkilər keçirilməsə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizəd ola bilməz. Lakin demək olar ki, heç bir sosioloji araşdırma şirkəti indiki qüvvələr nisbətində AKP namizədinin səsverməni udmasını proqnozlaşdırmır. Ərdoğan o halda erkən seçkiyə gedə bilər ki, öz qələbəsinə qəti şəkildə təmin etsin. Hələlik bu cür qəti inam yaradan faktorlar gözə dəymir. Eyni zamanda, müxalifətin istənilən namizədinin də qəti qələbə şansı gözə dəymir. Odur ki, bütün tərəflər qüvvələrini konsalidasiya etməyə çalışırlar. Hakim partiya düşərgəsində Ərdoğanlı və Ərdoğansız seçki üçün ən müxtəlif daxili qruplar müxtəlif ssenarilər hazırlayır. Eləcə də müxalifət düşərgəsində çoxsayda iddiaçı, hətta mümkün ikinci turda 1% faiz səsi siyasi bazarlığa çıxarmağın arzusunda olan partiyalar var. Türkiyədə ana müxalifətin prezidentliyə rəsmi namizədi İstanbul bələdiyyəsinin hazırda həbsdə olan sədri Əkrəm İmamoğludur. Lakin İmamoğlunun ali təhsil diplomu ləğv edildiyindən, o, seçkilərdə iştirak edə bilməz. Hüquqi yollar tam tükənməyib. Məsələn, AİHM bu məsələdə İmamoğlunun lehinə qərar verə bilər. Amma həmin qərar icra olunacaqmı? Bəlli deyil. Əgər İmamoğlunun diplom məsələsində son hüquqi imkanı da tükənsə, Yeni Partiya məcburən yeni namizəd üzərində dayanmalı olacaq. Bir ana müxalifət partiyasının sədri prezidentliyə ən təbii namizəddir. Əgər daha böyük bir koalisiya qurulmayacaqsa və həmin seçki ittifaqının namizədi fərqli bir isim olmayacaqsa, YP sədri Özgür Özəl prezidentliyə müxalifətin mümkün namizədidir. Ancaq indi Türkiyədə vəziyyət elədir ki, Özgür Özəlin seçki zamanı azadlıqda, yoxsa həbsxanada olacağını da proqnozlaşdırmaq mümkün deyil. Hərçənd deputat kimi onun toxunulmazlıq statusu var. Odur ki, mən daha çox sosioloji tabloya baxmağın tərəfdarıyam. Əgər AKP hakimiyyəti müxalifətə, mediaya, seçki sisteminə administrativ təzyiqləri davam etdirməsə və rəqiblərini səsvermə qutusundan kənarda əzməsə, ilk seçkidə YP nin dəstəkləyəcəyi namizəd bir turla qələbəsini təmin etməsə belə, daha çox səs toplayacaq kimi görünür. Çünki həm partiyanın öz elektoral bazası, həm də İyi Partiya, Zəfər Partiyası kimi digər müxalif təşkilatların elektoral bazası genişlənib. Buna paralel olaraq Türkiyədə çox böyük bir protest elektoratı formalaşıb. Bu elektorat ənənəvi partiyalarda təmsil olunmasalar da, müxalifətin əsas namizədinə səs verəcək. Bütün bu amilləri yan-yana qoyanda, açığı növbəti seçkilərdə Özgür Özəli prezidentliyə namizəd kimi görmək ehtimalı artır. MHP lideri Dövlət Bahçeli bəyan etdi ki, Cümhur İttifaqının namizədi Ərdoğan olacaq. Bu, sadə dilə çevirəndə o deməkdir ki, MHP-nin Ərdoğandan başqa AKP düşərgəsindəki digər iddiaçılarla bağlı konkret mövqeyi yoxdur. Həmin düşərgədə isə Rəcəb Tayyib Ərdoğandan başqa Bilal Ərdoğan, Hakan Fidan, Berat Albayrak və Səlcuq Bayraqdarın adı mümkün namizədlər arasında çəkilir. Digər iddiaçılar da var. Məsələn, sabiq prezident Abdullah Gülün adı hər seçkidə yenidən gündəmə gəlir. Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş kifayət qədər populyar fiqurdur. Hansı şərtlərdə hansı mövqe tutacaq, hansı elektoral seqmentə xitab edəcək onu da indiki halda tam hesablamaq mümkün deyil. Mənim yekun qənaətimə görə, siyasi proseslərin təbii axarında Yeni Partiya sol mərkəzdən tədricən və ehmalca sağ mərkəzə yönlənəcək və Özgür Özəl Türkiyədə yeni siyasi dövrün həm əsas, həm də demokratik ismi olacaq. Mən Yeni Partiyanın meydana çıxmasını CXP-nin parçalanması kimi yox, "soyuq müharibə" Türkiyəsində status-kvonun kökündən dəyişməsi kimi oxuyuram. Bu prosesin lideri hazırda Özgür Özəldir”-deyə T.Şahsuvarlı vurğuladı.

“Alyans”SAM-ın sədri Abutalıb Səmədovun sözlərinə görə isə Əkrəm İmamoğlunun müxalifətin vahid namizədi kimi irəli sürülməsindən sonra həbs olunması, şübhəsiz ki, qarşıdan gələn prezident seçkilərində onun iştirakının qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. “Çünki ictimai rəy sorğuları göstərirdi ki, həm Əkrəm İmamoğlu, həm də Mansur Yavaş hakimiyyətin mümkün namizədindən daha yüksək reytinqə malikdirlər. Seçkilər keçiriləcəyi təqdirdə onların qalib gəlmək şansları da kifayət qədər yüksək idi.

Lakin Əkrəm İmamoğlunun seçkilərdən kənarlaşdırılması hakimiyyətin əsas problemini həll etmir. Əsas məsələ ondan ibarətdir ki, Ədalət və İnkişaf Partiyası prezident seçkilərində hansı namizədi irəli sürməsindən asılı olmayaraq, onun qalib gəlmək perspektivi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib.

Türkiyə əhalisi, ilk növbədə, ölkədəki iqtisadi vəziyyətdən ciddi narazıdır. Təəssüf ki, insanların sosial-iqtisadi vəziyyətində arzuolunan yaxşılaşma müşahidə olunmur. Bununla yanaşı, son dövrlərdə üzə çıxan qalmaqallar da hakimiyyətin ictimai nüfuzuna ciddi zərbə vurub. Hakimiyyətin yuxarı dairələrində təmsil olunan bəzi şəxslərin müxtəlif vasitələrlə varlanmağa, böyük maliyyə vəsaitləri əldə etməyə çalışması ilə bağlı iddialar ictimai narazılığı daha da artırıb. Bu proseslər nəticəsində sadə vətəndaşların, xüsusilə də aztəminatlı insanların ciddi zərər gördüyü bildirilir. Türkiyədə geniş rezonans doğuran fond qalmaqalı da hakimiyyətin nüfuzuna mənfi təsir göstərən amillərdən biri oldu.

Beynəlxalq və daxili siyasi şəraitdə Əkrəm İmamoğlunun seçkilərə buraxılmaması hakimiyyətin problemlərini aradan qaldırmayacaq. Çünki müxalifətin alternativ namizədləri də kifayət qədər güclüdür. Məsələn, Mansur Yavaşın ictimai dəstəyi və seçki perspektivləri yüksəkdir. Eyni zamanda, Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəlin də siyasi nüfuzu son aylarda xeyli artıb. Onun müxalifətə rəhbərlik etdiyi dövrdə nümayiş etdirdiyi siyasi davranış, prinsipial mövqeyi və fəallığı cəmiyyətdə ona qarşı rəğbəti gücləndirib. Prezidentliyə namizəd olacağı təqdirdə Özgür Özəlin də ciddi rəqabət aparmaq və qalib gəlmək şansı mövcuddur.

Bundan başqa, müxalifət düşərgəsindən tamamilə yeni bir namizədin meydana çıxması da istisna deyil. Ən mühüm məqam isə budur ki, irəli sürüləcək namizəd yalnız bir partiyanın deyil, bütövlükdə əsas müxalifət qüvvələrinin vahid namizədi kimi çıxış edə bilər. Çünki Ədalət və İnkişaf Partiyasının hakimiyyətinə son qoymaq istəyən siyasi qüvvələrin sayı kifayət qədər çoxdur. Onların vahid namizəd ətrafında birləşməsi müxalifətin seçki imkanlarını daha da genişləndirə bilər.

Təəssüf ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının son dövrlərdə istifadə etdiyi bəzi siyasi metodlar ölkənin demokratik siyasi ənənələri və siyasi rəqabət prinsipləri baxımından ciddi suallar doğurur. Siyasi rəqiblərin müxtəlif vasitələrlə sıradan çıxarılmasına çalışılması, onlara təzyiqlər göstərilməsi, müxalifətə mənsub bələdiyyə başqanlarının və yerli idarəetmə nümayəndələrinin təhdid və təzyiq yolu ilə hakim partiyaya keçməyə məcbur edilməsi ilə bağlı iddialar cəmiyyətdə narahatlıq yaradır.

Bütün bunlar, əlbəttə ki, nəticəsiz qala bilməz. Türkiyə cəmiyyəti baş verənləri görür və siyasi prosesləri diqqətlə izləyir. Rəcəb Tayyib Ərdoğanın hələ də kifayət qədər ciddi elektorat dəstəyinə malik olduğunu inkar etmək olmaz. Ancaq eyni zamanda, cəmiyyətin əhəmiyyətli bir hissəsinin artıq mövcud hakimiyyətdən yorulduğu da açıq şəkildə hiss olunur. Hakimiyyət təmsilçiləri də bu reallığı yaxşı anlayırlar.

Mən hesab edirəm ki, Əkrəm İmamoğlu seçkilərdə iştirak edə bilməsə belə, müxalifətin qalib gəlmək imkanları aradan qalxmayacaq. Əksinə, Mansur Yavaş, Özgür Özəl və ya başqa bir namizəd müxalifətin vahid namizədi kimi ortaya çıxa bilər. Əsas məsələ müxalifət qüvvələrinin parçalanmaması, şəxsi və partiyadaxili maraqları kənara qoyaraq ümumi siyasi məqsəd ətrafında birləşməsidir.

Belə bir birlik formalaşarsa, hakimiyyətin seçkilərdə qalib gəlməsi daha da çətinləşəcək. Çünki Türkiyədə siyasi dəyişiklik istəyən və mövcud hakimiyyətə alternativ axtaran kifayət qədər böyük bir seçici kütləsi var. Bu baxımdan, İmamoğlunun siyasi prosesdən kənarlaşdırılması müxalifətin mübarizəsini dayandırmayacaq. Türkiyədə qarşıdakı prezident seçkilərinin taleyini yalnız bir namizədin iştirakı deyil, bütövlükdə siyasi mühit, xalqın sosial-iqtisadi gözləntiləri və müxalifətin birlik nümayiş etdirmək bacarığı müəyyən edəcək”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ