Ermənistan hökuməti TRIPP layihəsinin inkişafı ilə məşğul olacaq “TRIPP Development Company” qapalı səhmdar cəmiyyəti ilə bağlanacaq sazişi təsdiqləyib.
Qərar noyabrın 26-da Ermənistan hökumətinin iclasında qəbul olunub. Sənədin bir həftə ərzində imzalanması planlaşdırılır. Saziş səhmdarların hüquqlarının həyata keçirilməsi və səhmlərlə bağlı səlahiyyətlərin reallaşdırılması qaydalarını müəyyən edəcək.
Razılaşmaya əsasən, şirkətdə Ermənistanın payı 26 faiz, ABŞ-ın payı isə 74 faiz təşkil edəcək. Direktorlar şurası beş nəfərdən ibarət olacaq. Onlardan üçünü ABŞ, ikisini isə Ermənistan təyin edəcək.
Sazişi Ermənistan hökuməti adından ərazi idarəetməsi və infrastruktur naziri imzalayacaq.
Sənəddə tərəflərin qarşılıqlı razılığı olmadan qərar qəbul edilə biləcək 16 məsələ qrupu da müəyyənləşdirilib. Bunlara siyasi əhəmiyyət daşıyan qərarlar, üçüncü tərəflərin layihəyə cəlb olunması, investorların seçilməsi, konsessiya müqavilələrinin şərtlərinin müəyyən edilməsi və digər məsələlər daxildir.
Tahir TAĞIYEV