Ukrayna Prezidenti Vladimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun onunla birlikdə Moskvaya gedib Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq təklifini qeyri-ciddi adlandıraraq rədd edib. “Biz müharibə şəraitindəyik. Biz nə Moskvada, nə də Kiyevdə görüşə bilərik. Bunu hamımız çox yaxşı başa düşürük. O, məni də özü ilə aparmağı təklif edir – mən nəyəm, çemodanmı? Sadəcə təyyarəyə qoyub uçacaqmı? Üstəlik, hara – Moskvaya? Nə üçün?" – deyən Zelenski əlavə edib ki, Lukaşenko müharibənin sonunu yaxınlaşdırmır, əksinə, informasiya məkanını zibilləyir.
SAMİRƏ