Misirin Giza vilayətinin İmbaba bölgəsində baş verən yol qəzasından sonra yanğın baş verib. Hadisə nəticəsində 30 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Cairo 24”ün məlumatına görə, hadisə yerinə 39 təcili tibbi yardım avtomobili cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Ölkənin Səhiyyə Nazirliyi xəstəxanaların hazırlıq səviyyəsinin artırıldığını və yaralılara tibbi yardım göstərilməsinə nəzarət edildiyini açıqlayıb.
Tahir TAĞIYEV