Fransada iki aydan artıqdır davam edən lisey şagirdlərinin etiraz aksiyaları zamanı təxminən 500 şagird və 290 təhsil işçisi yaralanıb.
Bu barədə ölkənin təhsil naziri Eduard Gefre Parisdə Senatın müvafiq komissiyasının iclasında məlumat verib.
Nazirin sözlərinə görə, sentyabrın 17-də başlayan etirazlar çərçivəsində 3 min şagird barəsində intizam araşdırması başladılıb, 400-dən çox şagird isə məktəbdən xaric edilib.
Aksiyalardan ölkədəki liseylərin təxminən üçdə ikisi təsirlənib. Şagirdlər etirazları təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirirlər. Nazir onların əksəriyyətinin qanuni tələblər irəli sürdüyünü bildirib.
Tahir TAĞIYEV