ABŞ Dövlət Departamenti Ukraynanın F-16 qırıcı təyyarələri üçün ehtiyat avadanlıqların və texniki xidmət dəstəyinin mümkün satışını təsdiqləyib. Sövdələşmənin ümumi dəyəri 621,9 milyon dollar təşkil edir.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, satınalma “JUMPSTART” proqramı çərçivəsində həyata keçiriləcək.
Layihənin maliyyələşdirilməsini Belçika, Danimarka, Niderland və Norveç təmin edəcək. Beləliklə, müqavilə üzrə xərclər ABŞ büdcəsindən qarşılanmayacaq.
Avadanlıqların və xidmətlərin əsas təchizatçıları ABŞ hökumətinin keçirəcəyi açıq rəqabətli tender əsasında seçiləcək. Proses federal satınalma qaydalarına uyğun aparılacaq.
Bildirilib ki, razılaşmanın icrası üçün Ukraynaya əlavə ABŞ hökuməti nümayəndələrinin və ya podratçı şirkət əməkdaşlarının göndərilməsinə ehtiyac olmayacaq.
Tahir TAĞIYEV