Suriyada Bəşər Əsəd rejiminin əsas müttəfiqlərindən biri olan İran, rejimin İdlibə mümkün əməliyyatlarına qoşulmayacağını bəyan edib. Baki-xeber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram bu bəyanatı Soçidə Ərdoğan-Putin görüşündən əvvəl verib.
İran XİN sözçüsü İdliblə bağlı heç bir əməliyyatda iştirak etmək istəmədiklərini deyib. İranın yalnız məsləhət üçün Suriyada olduğunu vurğulayan B.Qasimi Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəni qısa müddətdə terrorçulardan təmizləməsini istədiklərini deyib: “İdlibdə humanitar məsələlərlə bağlı təşəbbüslər var və biz bunların müvəffəqiyyət olmasını görmək istəyirik".
O, İranın Suriya ordusunun keçirəcəyi mümkün İdlib əməliyyatında iştirak etməyəcəyini söyləyib.
İdlib, Suriyadakı 7 illik vətəndaş müharibəsindən sonra müxalifətin əlində qalan son böyük şəhərdir. Müharibənin əsas düyün nöqtələrindən biri olan şəhər, bir müddətdir Əsəd rejiminin mühasirəsindədir.
İranın Suriyada təxminən 100 min silahlı qüvvəyə malik olduğu təxmin edilir.