Cümə axşamı günü, 26 noyabr 2026
     

"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Image


Amerikalı milyarder Todd Bouli Rusiyanın " LUKoil" neft şirkəti ilə onun xarici aktivlərinin alınmasına dair saziş imzaladığını açıqlayıb. "Reuters" yazır ki, aktivləri Bouli ilə yanaşı, ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da yer aldığı konsorsium əldə edəcək. Donald Trampın ilk prezidentliyi dövründə yaradılan bu qurum ABŞ hökumətinin nəzarətindədir. Konsorsiuma həmçinin ABŞ-nin "Xtellus Partners" bankı və BƏƏ-də yerləşən "Catena Investment Holding" şirkəti daxildir.

Bouli və DFC təmsilçiləri agentliyə bildiriblər ki, razılaşmaya görə, " LUKoil"un xarici aktivləri şirkətin 10 milyard dollarlıq səhmləri ilə dəyişdiriləcək. ABŞ Maliyyə Nazirliyi razılaşmanı təsdiqləyərsə, Vaşinqton gələcək mənfəətdən pay alacaq. Amma Bouli konsorsiumun ayrı-ayrı üzvlərinin kapitalda nə qədər paya sahib olacağını açıqlamayıb. Onun sözlərinə görə, sövdələşmənin başa çatması bir ilədək çəkə bilər. " LUKoil" 2025-ci ilin oktyabrında ABŞ-nin sanksiyalarına məruz qaldıqdan sonra xarici aktivlərini satmaq niyyətini açıqlamışdı. Şirkətin Avropada üç neft emalı zavodu, Qazaxıstan və Azərbaycan da daxil olmaqla 11 ölkədəki neft yataqlarında payları var. Onun beynəlxalq portfelinin dəyəri təxminən 16 milyard dollar qiymətləndirilir. Bundan başqa, şirkət dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahibdir. " LUKoil-Azərbaycan" QSC hazırda Azərbaycanda təxminən 500 əməkdaşının çalışdığını bildirir. Şirkətin ölkədəki satış şəbəkəsi 87 yanacaqdoldurma məntəqəsindən və bir neft bazasından ibarətdir. Ümimiyyətlə, Rusiyanın neft nəhəngi “LUKoil”un beynəlxalq aktivlərinin ABŞ investorlarının rəhbərlik etdiyi konsorsiuma satılması ilə bağlı razılaşma imzalaması dünya enerji bazarında mühüm hadisəyə çevrilib. İndiyədək Rusiya kapitalının mühüm iştirakçılarından biri olduğu Azərbaycan enerji sektorunda yeni mülkiyyət və idarəetmə mərhələsinin başlanması ehtimalı yaranır. Lakin burada mühüm bir məqam var: imzalanmış razılaşma hələ yekun satış demək deyil. Əməliyyatın baş tutması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) ayrıca icazəsi tələb olunur. Konsorsiumun ABŞ hökumətinin iştirakı ilə formalaşdırılması isə Vaşinqtonun bu aktivlərə sadəcə kommersiya obyekti kimi deyil, həm də strateji enerji infrastrukturu kimi yanaşdığını göstərir. Məsələnin siyasi mahiyyəti də məhz buradadır. ABŞ Rusiyanın enerji şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar vasitəsilə Moskvanın beynəlxalq maliyyə və enerji bazarlarında təsir imkanlarını məhdudlaşdırmağa çalışır. “LUKoil”un xarici aktivlərinin satılması bu strategiyanın mühüm istiqamətlərindən biridir. Başqa sözlə, söhbət təkcə bir şirkətin səhmdar strukturunun dəyişməsindən getmir. Söhbət Rusiyanın illər ərzində formalaşdırdığı beynəlxalq enerji mövqelərinin yenidən bölüşdürülməsindən gedir.

Qeyd edildiyi kimi, Azərbaycan bu prosesin diqqətçəkən iştirakçılarından biridir. “LUKoil” ölkəmizin neft-qaz sektorunda uzun illərdir fəaliyyət göstərir və xüsusilə Xəzər dənizindəki iri layihələrdə pay sahibidir. Şirkətin ən mühüm iştirak istiqamətlərindən biri “Şahdəniz” qaz-kondensat yatağıdır. “LUKoil” burada təxminən 19,99 faiz paya malikdir. Bundan başqa, şirkətin “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunda da 10 faizlik iştirak payı var. Bu layihələr Azərbaycanın enerji ixracının, dövlət gəlirlərinin və beynəlxalq enerji təhlükəsizliyindəki mövqeyinin əsas dayaqlarındandır. Xüsusilə “Şahdəniz” yatağı Avropanın enerji təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. “Azəri-Çıraq-Günəşli” isə uzun illərdir ölkənin neft hasilatının əsas mənbələrindən biri olaraq qalır. Bu mənada “LUKoil”un beynəlxalq aktivlərinin yeni sahibinin müəyyənləşməsi Azərbaycanda da diqqətlə izlənilməli prosesdir. Çünki şirkətin paylarının hansı investorun nəzarətinə keçməsi gələcək investisiya qərarlarına, korporativ idarəetməyə və beynəlxalq tərəfdaşlıq münasibətlərinə təsir göstərir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: “LUKoil”un beynəlxalq portfelinin ABŞ investorlarının rəhbərlik etdiyi konsorsiuma satılması Azərbaycanın enerji layihələrinin avtomatik olaraq ABŞ dövlətinin birbaşa mülkiyyətinə keçməsi demək deyil. ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının konsorsiumda iştirak etməsi Vaşinqtona müəyyən səhmdarlıq və idarəetmə imkanları qazandırsa da, konkret layihələr üzrə hüquqi və kommersiya münasibətləri ayrıca tənzimlənəcək. ABŞ-ın bu əməliyyatda iştirakı daha geniş geosiyasi mənzərədə qiymətləndirilməlidir. Xəzər hövzəsi Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiyanın dünya bazarlarına çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan isə bu geosiyasi və iqtisadi marşrutların kəsişməsində yerləşir. Todd Boulinin rəhbərlik etdiyi konsorsiumun nümayəndələri də sövdələşmənin əhəmiyyətini yalnız neft-qaz biznesi ilə məhdudlaşdırmır. Onların yanaşmasına görə, əldə ediləcək aktivlər Mərkəzi Asiyanı Avropa ilə birləşdirən, Rusiyanın cənubundan və İranın şimalından keçən Orta Dəhliz coğrafiyasında strateji mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın enerji infrastrukturunda mövcud iştirak paylarının yeni investorların portfelinə daxil olması Vaşinqtonun regiondakı iqtisadi mövqelərini genişləndirəcək. Todd Boulinin rəhbərlik etdiyi konsorsiumun sövdələşmədə iştirakı da təsadüfi deyil. ABŞ hökumətinin bu qurumu vasitəsilə gələcək mənfəətdən pay əldə etməsi və idarəetmə orqanında təmsil olunması nəzərdə tutulur. Beləliklə, Vaşinqton özəl kapitalın iştirakı ilə strateji aktivlər üzərində müəyyən təsir imkanları qazanmağa çalışır. Bu, ABŞ-ın enerji siyasətində diqqətçəkən yanaşmadır: dövlət birbaşa bütün aktivləri satın almaq əvəzinə, özəl investorlarla tərəfdaşlıq edərək strateji əhəmiyyətli sahələrdə iştirakını gücləndirir. Azərbaycan üçün əsas məsələ yeni sahibin hansı ölkəni təmsil etməsindən daha çox, mövcud layihələrin sabitliyinin və milli maraqların qorunmasıdır. “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” kimi layihələr mürəkkəb beynəlxalq konsorsiumlar əsasında fəaliyyət göstərir. Bu layihələrdə iştirakçıların dəyişməsi hüquqi prosedurlar, tərəfdaşların razılığı və müvafiq müqavilə şərtləri çərçivəsində həyata keçirilməlidir. Digər tərəfdən, ABŞ kapitalının bu layihələrdə iştirakının genişlənməsi Azərbaycan-Amerika enerji əməkdaşlığına əlavə imkanlar yaradır. Yeni investorların texnologiya, maliyyə və beynəlxalq bazarlara çıxış imkanları mövcud layihələrin inkişafına töhfə verə bilər. Bununla yanaşı, yeni sahibin kommersiya prioritetlərinin dəyişməsi, investisiya proqramlarının yenidən nəzərdən keçirilməsi və korporativ idarəetmədə fərqli yanaşmaların tətbiqi də mümkündür. BP-nin operatorluğu altında fəaliyyət göstərən “Şahdəniz” layihəsində əməliyyatların davamlılığı xüsusi əhəmiyyət daşıyır. BP daha əvvəl sanksiyalar şəraitində “LUKoil”la əməkdaşlığın davam etdirilməsi üçün SOCAR, ABŞ və Avropa tərəfdaşları ilə uyğunlaşdırılmış mexanizmin hazırlandığını açıqlamışdı. Bu təcrübə göstərir ki, beynəlxalq sanksiyalar şəraitində belə enerji layihələrinin fəaliyyətini qorumaq üçün mürəkkəb hüquqi və maliyyə mexanizmləri tətbiq olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ