Cümə axşamı günü, 26 noyabr 2026
     

Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

Image


ABŞ Konqresinin hər iki palatasından olan 20 nümayəndə prezident Donald Trampa müraciət edərək, Rusiya prezidenti Vladimir Putinə Mayamidə keçiriləcək G20 sammitində iştirak üçün göndərilən dəvətin geri götürülməsini tələb edib.

Konqresmenlər buna səbəb kimi Rusiyanın Ukraynaya qarşı müharibəsini və Moskvanın İrana ABŞ hərbçilərinə qarşı hücumlarda istifadə oluna biləcək peyk görüntüləri və kəşfiyyat məlumatları ötürməsi barədə məlumatları göstəriblər. Bildirilir ki, martın sonunda Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına İranın hücumu nəticəsində 12 amerikalı hərbçi yaralanıb, ABŞ-a məxsus AWACS tipli erkən xəbərdarlıq və idarəetmə təyyarəsi məhv edilib.

Konqresmenlərin fikrincə, belə bir şəraitdə Rusiya ilə iqtisadi əməkdaşlıq və yüksək səviyyəli siyasi dialoq aparılması yolverilməzdir. Onlar hesab edirlər ki, Vaşinqton Moskvanın Ukraynaya qarşı müharibəsinə və ABŞ hərbçilərinin təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərinə görə məsuliyyət daşımasını tələb etməlidir.

Qeyd edək ki, Mayamidə G20 sammiti dekabr ayında keçiriləcək. ABŞ dövlət katibi Marko Rubio sentyabrda Vladimir Putinə sammitdə iştirak üçün dəvət göndərildiyini açıqlayıb. Bununla belə, üç avropalı rəsminin məlumatına görə, Rubio şəxsi söhbətlərində Putinin dəvəti qəbul edəcəyinə şübhə ilə yanaşıb.

ABŞ Konqresinin hər iki palatasından olan 20 konqresmenin Donald Trampa Vladimir Putinə göndərilən G20 sammiti dəvətini geri götürmək çağırışı Vaşinqtonda Rusiya siyasəti ətrafında fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Maraqlıdır, Konqresin bu təzyiqi Trampın qərarına təsir göstərə bilərmi? ABŞ-da prezidentin xarici siyasət qərarları üzərində Konqresin real təsir imkanları nə qədərdir və qanunvericilərin etirazı Trampın Putinlə münasibətlərində geri addım atmasına səbəb ola bilərmi?

"ABŞ Konqresinin hər iki palatasından olan 20 nümayəndənin Donald Trampa Vladimir Putinin G20 sammitinə dəvətini geri götürmək çağırışı, ilk növbədə, Vaşinqtonda Rusiyaya münasibətdə siyasi konsensusun sərtləşən istiqamətini göstərir. Bu müraciət yalnız Ukrayna müharibəsi ilə bağlı etiraz deyil, həm də Rusiyanın ABŞ-ın təhlükəsizlik maraqlarına qarşı fəaliyyət göstərdiyi iddialar fonunda Moskva ilə siyasi dialoqun legitimliyinə dair ciddi siyasi mesajdır.

Burada diqqət çəkən məqam isə çağırışın yalnız Demokratlar tərəfindən deyil, Respublikaçılar və Demokratların birgə iştirakı ilə səsləndirilməsidir. Bu, məsələnin artıq partiyalararası siyasi müzakirə predmetinə çevrildiyini göstərir. Xüsusilə Rusiyanın İranla hərbi-kəşfiyyat əməkdaşlığına dair iddialar, ABŞ hərbçilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar Vaşinqtonda Moskva əleyhinə mövqelərin daha da sərtləşməsinə zəmin yaradır.

Lakin düşünürəm ki, bu müraciəti Trampın Putinlə münasibətlərində mütləq geri addım atacağı kimi qiymətləndirmək doğru olmaz. ABŞ siyasi sistemində xarici siyasətin müəyyənləşdirilməsi və diplomatik təşəbbüslərin həyata keçirilməsi əsasən prezidentin səlahiyyətləri çərçivəsindədir. Konqres isə büdcə, qanunvericilik, sanksiyalar, siyasi nəzarət, dinləmələr və ictimai-siyasi təzyiq vasitəsilə prezidentin qərarlarına ciddi təsir göstərə bilər. Ancaq prezidentin konkret bir lideri G20 sammitinə dəvət edib-etməməsi məsələsində Konqresin birbaşa məcburetmə imkanları məhduddur".

Bəhruz Quliyev: "ABŞ-da Rusiya ilə münasibətlər artıq yalnız prezidentin şəxsi diplomatik yanaşması ilə ölçülmür"

Bəhruz Quliyev: Azərbaycan xalqı öz Ali Baş Komandanına ...

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Bakı-Xəbər" qəzetinə açıqlamasında deyib.

Ekspert qeyd edib ki, bu səbəbdən 20 konqresmenin müraciəti hüquqi baxımdan Trampın qərarını avtomatik dəyişdirən mexanizm deyil, daha çox siyasi təzyiq vasitəsidir. Əgər bu çağırış Konqres daxilində genişlənsə, digər siyasi dairələr, təhlükəsizlik strukturları və ictimai rəy tərəfindən dəstəklənsə, Trampın qərarına təsir etmək potensialı arta bilər.

Amma Trampın siyasi davranış modelini nəzərə alsaq, onun belə təzyiqlərə münasibətdə müstəqil mövqe nümayiş etdirməyə çalışacağını da istisna etmək olmaz. Tramp üçün Putinlə dialoq, bir tərəfdən siyasi risk, digər tərəfdən isə beynəlxalq münasibətlərdə özünün diplomatik təşəbbüskarlığını nümayiş etdirmək vasitəsi ola bilər. O, bəzən məhz ən sərt siyasi opponentlərin etiraz etdiyi addımları diplomatik manevr və danışıq imkanları kimi təqdim etməyə çalışır.

Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, ABŞ-da Rusiya ilə münasibətlər artıq yalnız prezidentin şəxsi diplomatik yanaşması ilə ölçülmür. Bu münasibətlər ölkənin təhlükəsizlik strategiyası, Ukrayna müharibəsi, İran amili və ABŞ-ın qlobal geosiyasi maraqları ilə daha geniş şəkildə əlaqələndirilir.

"Ona görə də hesab edirəm ki, Konqresin bu müraciəti Trampın Putinlə münasibətlərində dərhal dönüş yaradacaq hadisə olmaya bilər, lakin onun Moskva ilə dialoq siyasətinin siyasi qiymətini yüksəldir. Tramp bundan sonra Putinlə hər hansı görüş, sammit və ya siyasi təmas qərarı verərkən yalnız diplomatik məqsədləri deyil, həm də Vaşinqtondakı daxili siyasi reaksiyaları nəzərə almaq məcburiyyətində qalacaq.

Bu isə göstərir ki, ABŞ-Rusiya münasibətlərində prezident diplomatiyası ilə Konqresin siyasi mövqeyi arasında qarşıdurma və balans axtarışı bundan sonra da davam edəcək", - deyə, B.Quliyev əlavə edib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ