Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.
Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyevin açıqlamasına görə, Rusiya tərəfi Ukraynaya 250 ukraynalı hərbçinin meyitini təhvil verib. Əvəzində isə Rusiya 22 rusiyalı hərbçinin meyitini geri alıb.
Mübadilənin hansı şəraitdə və harada həyata keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.
Tahir TAĞIYEV