ABŞ Prezidenti Donald Trampın NATO Baş katibi Mark Rutte ilə birgə bəyanatı iki versiyada yayımlanıb.
"European Pravda"nın Trampın "Truth Social"dakı paylaşımına istinadən xəbərinə görə, Trampın yaydığı bəyanatda qeyd olunur ki, ABŞ Prezidenti və NATO Baş katibi Rusiyanın və Ukraynanın müharibənin digər ölkələrə yayılmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməsinin vacibliyini, həmçinin münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi zərurətini müzakirə ediblər.
NATO-nun mətbuat xidmətinin yaydığı bəyanat versiyasında isə bu xəbərdarlıqlar yalnız Rusiyaya ünvanlanıb. NATO tərəfindən dərc olunan versiyada deyilir: "Biz, həmçinin, Rusiyanın – istər qəsdən, istərsə də qəsdən olmayaraq – müharibənin miqyasını genişləndirə biləcək hərəkətlərdən çəkinməsinin, eləcə də münaqişənin tezliklə sülh yolu ilə həll edilməsinin vacibliyini müzakirə etdik".
SAMİRƏ