Cümə axşamı günü, 26 noyabr 2026
     

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Image


ABŞ dövlət katibinin müavini Kristofer Landaunun Tacikistan və Türkiyədən sonra regiona səfərinin son dayanacağı Türkmənistan oldu. Burada enerji və nəqliyyat marşrutları ABŞ gündəmində əsas mövzular sırasında yer aldı. Dövlət Departamenti konkret şəkildə TRIPP layihəsinə Mərkəzi Asiya ölkələrini də cəlb etməkdə maraqlı olduğunu və bunun əməkdaşlıq prioriteti olduğunu bəyan etdi. Bu, Aşqabad üçün yeni bazarlar vəd edir, Azərbaycanın isə tranzit əhəmiyyətini Qərb dünyası üçün daha da artırır. Sözügedən kontekstdə ABŞ ötən əsrin 90-cı illərindən bəri gündəmdə olan Transxəzər qaz boru kəmərinin inşasının da tezləşməsinə çalışır.

Vaşinqton TRIPP layihəsini Cənubi Qafqazda və Orta Asiyada eyni vaxtda təşviq edir. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp TRIPP-in praktiki mərhələsinin başlandığını elan ediblər. Paşinyan Qərbi Zəngəzurda tikinti üçün hazırlıq işlərinin başlandığını bildirib. ABŞ prezidenti mallar, enerji resursları və insanlar üçün yeni marşrutlar və TRIPP İnkişaf Şirkətinin fəaliyyətə başlaması barədə danışıb. Marşrut Azərbaycanın əsas hissəsini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulub. Lakin onun Vaşinqton üçün əhəmiyyəti Bakı ilə İrəvan arasındakı münasibətlərdən kənara çıxır. ABŞ TRIPP-i Transxəzər ticarət marşrutunda birləşdirici halqa adlandırır və bu da Mərkəzi Asiya ilə Avropa arasında ünsiyyət üçün yeni imkanlar açır. Xəzərin şərq sahilinə maraq da məhz buna görədir: sadəcə yol çəkmək kifayət deyil; onu yüklərlə də doldurmaq lazımdır. Türkmənistan üçün yeni bazarlara çıxmaq məsələsi artıq çoxdan mühüm əhəmiyyət kəsb edir. Çin bu ölkə qazının əsas alıcısı olaraq qalır. “Lakin yeni marşrutlar Aşqabada qiymətlər və təchizat şərtləri üzrə danışıqlarda daha çox sərbəstlik verəcək. Məhz belə bir vaxtda ABŞ dövlət katibinin müavini Kristofer Landau Aşqabada gəldi. Amerika tərəfi türkmən qazının Xəzərin dibi ilə Azərbaycana çatdırılmasında, buradan TRIPP layihəsi çərçivəsində Qərbə nəqlində indi xüsusilə maraqlıdır. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov qeyd edir: “Mərkəzi Asiya karbohidrogen resurslarının Avropaya tədarükü asan məsələ deyil. Azərbaycandan qaz və neft artıq Avropaya axır. Lakin Qərb ölkələri Türkmənistandan mümkün tədarüklərdə maraqlıdırlar. ABŞ-ın Türkmənistan qazını Avropa bazarlarına çatdırmaq üçün Transxəzər qaz kəməri layihəsinə verdiyi dəstək yenidən aktuallaşır. Bu fonda yeni icrasına başlanan TRIPP layihəsi həm də transkontinental boru kəmərlərinin çəkilişini nəzərdə tutur. Bunun üçün Türkmənistan qazı ilk növbədə Xəzərin dibi ilə Azərbaycana çatdırlmalıdır”. Transxəzər qaz boru kəmərinin tikintisi ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Amma TRIPP, Transxəzər daşımaları və Xəzər dənizinin dibi boyunca boru kəməri bir-birini tamamlayan böyük layihələr hesab olunur. Hələlik isə Türkmənistan qazının yeni alıcılara çatması üçün ayrıca qərarlar qəbul edilməlidir. Bundan başqa, Transxəzər qaz boru kəmərini kimin tikəcəyi, kimin maliyyə ayıracağı, alışlara kimin zəmanət verəcəyi kimi məsələlər də öz həllini tapmalıdır. Amma əsas məsələ budur ki, ABŞ və Avropa Transxəzər qaz boru kəmərinin tikintisinə yenidən xüsusi maraq göstərirlər. Bu, Avropanın Rusiya qazından gələn il ərzində tamamilə imtina etməyə hazırlaşması kontekstində olduqca aktuallaıq qazanıb. Bundan öncə də ABŞ dövlət katibi Marko Rubio Transxəzər boru kəməri layihəsinə ölkəsinin güclü dəstəyini ifadə edib. Türkmənistan xarici işlər naziri Rəşid Meredov da bildirib ki, rəsmi Aşqabadın enerji gündəliyindəki əsas məsələlərdən biri Avropa İttifaqı ölkələrinə təbii qazın tədarüküdür. ABŞ-ın Hudson İnstitutunun eksperti Lyuk Koffi qeyd edir: “Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyə və Avropaya çıxarılması Orta Dəhlizin enerji komponentini gücləndirərdi. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqaza marağının artması investorlara siyasi təminat verə bilər. Tramp administrasiyası Mərkəzi Asiyanın enerji əlaqələrini ABŞ-nin bir çox digər administrasiyalarından daha güclü şəkildə inkişaf etdirib. Amma onların Türkmənistanın xüsusilə istədiyi təhlükəsizliyi təmin etməyə hazır olub-olmadıqları başqa bir sualdır. Əgər belə olsa, düşünürəm ki, Transxəzər boru kəmərimiz olar”.

O da faktdır ki, ABŞ-İran müharibəsi ənənəvi enerji təchizatı marşrutlarını pozduğu və Qərbin Rusiyanın tranzit şəbəkələrindən asılılığı azaltmağa çalışdığı bir vaxtda Transxəzər dəhlizləri yenidən beynəlxalq diplomatiya və investisiyaların diqqət mərkəzinə çevrilib. Bu fonda Transxəzər boru kəməri layihəsinə marağın artması da təbiidir. Bu kəmər reallaşarsa, ilk növbədə Türkmənistan təbii qazını Azərbaycan, Türkiyə ərazisindən Yunanıstan, İtaliya və daha geniş Avropa İttifaqı bazarı ilə birləşdirən meqaboru kəməri şəbəkəsi olan Cənub Qaz Dəhlizinə çatdıracaq. Bundan başqa, türkmən qazının bir hissəsi TRIPP layihəsi üzərindən də Qərbə daşınacaq. Artıq bu fonda Ermənistan da Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını dərinləşdirməyə can atır. Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan qeyd edir: “TRIPP layihəsinin səmərəli fəaliyyəti üçün Ermənistanın təkcə Azərbaycanla deyil, həm də Mərkəzi Asiya ölkələri və Avropa İttifaqındakı tərəfdaşları ilə əməkdaşlıq etməsi zəruridir. Bu infrastrukturların Ermənistan ərazisinə bilavasitə qonşumuzun ərazisindən daxil olacağını və yenidən onun ərazisindən çıxacağını nəzərə alsaq, ilk növbədə məhz Azərbaycan tərəfi ilə əməkdaşlıq etməliyik”. 1999-cu ildə ABŞ, “Bechtel” və “General Electric” şirkətləri tərəfindən hazırlanmış layihəyə əsasən, Transxəzər boru kəməri ildə 32 milyard kubmetr qaz nəql etmək gücündə olacaq. Dünyada dördüncü ən böyük təbii qaz ehtiyatlarına malik olan Türkmənistan üçün Transxəzər kəməri Avropa bazarlarına ən əlverişli çıxış layihəsidir. Qərb enerji dairələrində uzun müddətdir ki, Transxəzər kəmərinin tikintisi üçün əlverişli geopolitik şəraitin yarandığı qeyd olunur. Son həftələrdə Türkmənistanın energetika sektorunun rəhbərləri də dalbadal Qərbə böyük həcmdə təbii qaz nəql etməkdə maraqlı olduqlarını bildiriblər. “Türkmənqaz” konserninin idarə heyətinin sədri Maksat Babayev Aşqabadda keçirilən beynəlxalq enerji forumunun yekunlarına dair mətbuat konfransında Türkmənistanın Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya qaz tədarük etməyə hazır olduğunu diqqətə çatdırıb. Babayev Aşqabadın Xəzərdən keçəcək kəmərlə bağlı Bakı ilə danışıqları davam etdirdiyini, qazı öz sərhədində satmağa hazır olduğunu vurğulayıb. Layihənin xammalla təmin edilməsi üçün 27,4 trilyon kubmetr ehtiyatı olan “Qalkınış” yatağının növbəti fazasının işlənilməsi nəzərdə tutulur. Hazırda Çinin CNPC şirkəti 5,1 milyard dollarlıq layihə çərçivəsində yeni quyular qazır. Lakin əsas alıcı olan Çin əlavə 10 milyard kubmetrlik qazı alacağını rəsmən təsdiqləməyib. Ekspertlər hesab edir ki, Çin bu həcmləri almazsa, 5,1 milyard dollarlıq investisiya özünü doğrultmaya bilər. Türkmənistan konkret alternatvlərə də baxır: birincisi, illik 33 milyard kubmetr gücü olan TAPİ kəməri ilə Cənubi Asiyaya çıxış; ikincisi isə Transxəzər kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışdır. Bakı indiyədək Transxəzər qaz kəməri layihəsinə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirirdi. Azərbaycan tranzit rolunu oynadığı üçün layihənin təşəbbüskarı kimi müəyyən riskləri üzərinə götürmək istəmirdi. Lakin Aşqabadın Transxəzər kəməri ilə bağlı daha konkret mövqe tutması Azərbaycanın da bu layihənin müzakirəsində aktiv iştirakına təkan verə bilər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ