Cümə günü, 27 noyabr 2026
     

Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Image


Xaqani Cəfərli: "Türkiyənin PJAK-a qarşı İranda hərbi əməliyyat keçirməsi, demək olar ki, mümkün deyil"

Türkiyənin PKK ilə mübarizəni regional təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi indi İran istiqamətində də yeni müzakirələrə yol açır. PKK-nın İraqın şimalındakı mövqelərini tərk etməsi və Ankaranın bu prosesi PJAK-a da şamil etmək niyyəti Türkiyənin kürd silahlı qruplaşmalarına qarşı mübarizəni daha geniş coğrafiyaya yaymaq istədiyini göstərir.

Lakin İran istiqaməti İraq və Suriyadan ciddi şəkildə fərqlənir. Çünki söhbət suveren dövlətin ərazisinə mümkün hərbi müdaxilədən, həmçinin İranın daxili siyasi proseslərinə təsir göstərə biləcək addımdan gedir.

Məsələnin başqa bir mühüm tərəfi ABŞ-ın mövqeyidir. Vaşinqtonun İrandakı kürd silahlı qruplaşmalarını Tehran rejiminə qarşı mümkün təzyiq vasitəsi kimi nəzərdən keçirməsi barədə məlumatlar mövcuddur. Belə vəziyyətdə Türkiyənin PJAK-a qarşı hərbi əməliyyat keçirməsi ABŞ-ın İranla bağlı planları ilə ziddiyyət yarada bilər. Digər tərəfdən, Ankara PKK və onunla əlaqəli strukturları öz milli təhlükəsizliyinə təhdid hesab edir və bu məsələdə güzəştə getmək niyyətində görünmür.

Türkiyə, Suriyada və İraqda olduğu kimi, PKK-nın qolu hesab edilən PJAK-a qarşı mübarizə aparmaq adı altında İran ərazisinə hərbi müdaxilə edə bilərmi? Ankaranın İran ərazisində antiterror əməliyyatı keçirmək və hətta ordu yeritmək imkanları nə dərəcədə realdır? Belə bir addım İran-Türkiyə münasibətlərini hansı həddə qədər gərginləşdirə bilər? Digər tərəfdən, ABŞ-ın əvvəllər İran kürdlərini Tehran hakimiyyətinə qarşı fəallaşdırmağa çalışdığı barədə məlumatları nəzərə alsaq, Türkiyənin PJAK-a qarşı əməliyyatları Vaşinqtonun maraqları ilə toqquşmazmı? Tramp administrasiyası Ankaranın belə bir müdaxiləsinə necə reaksiya verə bilər və bu vəziyyət ABŞ-Türkiyə münasibətlərində yeni ziddiyyət yarada bilərmi?

Türkiyənin "Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində PKK-nın silahsızlaşdırılması və təşkilatın siyasi prosesə inteqrasiyası istiqamətində atılan addımlar regionda yeni siyasi və təhlükəsizlik reallıqları formalaşdırır. Lakin prosesin başlanması hələ onun uğurla başa çatacağına zəmanət vermir. Çünki PKK-nın silahlı strukturlarının gələcək taleyi təkcə Ankaranın qərarlarından deyil, həm də Suriya, İraq və İranda cərəyan edən proseslərdən, eləcə də ABŞ-ın regional siyasətindən asılıdır. Xüsusilə İran ərazisində fəaliyyət göstərən kürd silahlı qruplaşmaları ilə bağlı mümkün ssenarilər Türkiyə üçün həm hərbi, həm də siyasi risklər yaradır.

Politoloq Xaqani Cəfərli Türkiyədə PKK-ya qarşı yeni mübarizə dalğası ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Türkiyə iqtidarının "Terrorsuz Türkiyə" adlandırdığı siyasət PKK və onun törəmə təşkilatlarının silahsızlaşdırılmasını, silahlı mübarizədən imtina etməsini və siyasi prosesə inteqrasiyasını nəzərdə tutur.

Onun sözlərinə görə, MHP lideri Dövlət Bahçelinin təşəbbüsü və PKK-nın qurucu lideri Abdullah Öcalanın dəstəyi ilə başlanan proses artıq müəyyən mərhələ keçib. PKK-nın bəzi silahlı bölmələri silahlarını məhv edərək düşərgələrini tərk ediblər. Bununla belə, baş verənləri təşkilatın tamamilə özünü buraxması və silahlı fəaliyyətinə son qoyması kimi qiymətləndirmək düzgün olmazdı. PKK-nın faktiki rəhbərlərindən biri olan Murat Karayılanın açıqlamaları da prosesin Ankaranın təqdim etdiyi mənzərədən daha mürəkkəb olduğunu göstərir.

Politoloq hesab edir ki, "Terrorsuz Türkiyə" təşəbbüsünün uğuru əhəmiyyətli dərəcədə Suriya, İraq və İranda baş verən hadisələrlə bağlıdır. Suriyada kürd silahlı qüvvələrinin yeni formalaşan hakimiyyət sisteminə inteqrasiyası, İraqda peşmərgə qüvvələrinin silahsızlaşdırılması ilə bağlı müzakirələr və İranın PJAK-a qarşı həyata keçirdiyi hərbi tədbirlər bütövlükdə kürd silahlı faktorunun zəifləməsinə gətirib çıxarıb. Ancaq bütün bunlara baxmayaraq, PKK və onun müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə təşkilatları hələ də mövcudluqlarını qoruyurlar.

Xaqani Cəfərlinin fikrincə, Türkiyənin, Suriyada və İraqda olduğu kimi, İranda da PJAK-a qarşı birbaşa hərbi əməliyyat keçirməsi real görünmür. Çünki rəsmi Tehran öz ərazisində başqa dövlətin hərbi müdaxiləsinə son dərəcə həssas yanaşır. Bunun regional qarşıdurmaya çevrilməsi ehtimalı da az deyil. Belə bir vəziyyətin mümkün nəticələrini Pakistan və İran arasında bəluç silahlı qruplaşmaları ilə bağlı yaşanan gərginlikdə də görmək mümkündür. Pakistanın İran ərazisindəki bəluç mövqelərinə zərbələr endirməsindən sonra Tehran da Pakistan ərazisindəki hədəfləri raket atəşinə tutmuşdu.

Politoloq vurğulayıb ki, Türkiyənin PJAK-a qarşı hərbi əməliyyatlara başlaması "Terrorsuz Türkiyə" prosesinin özünə də ciddi zərbə vura bilər. Digər tərəfdən, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı kürd təşkilatlarından yenidən geosiyasi vasitə kimi istifadə edilməsi məsələsini gündəmə gətirə bilər. Vaşinqtonun belə bir ssenaridə kürd silahlı qüvvələrinə ehtiyac duyması Türkiyənin maraqları ilə ziddiyyət təşkil edir.

Bu baxımdan, Türkiyənin ABŞ-ın mövqeyinin əksinə gedərək PJAK-a qarşı İranda hərbi əməliyyat keçirməsi ciddi siyasi və təhlükəsizlik riskləri yaradar. Belə bir addım Ankara ilə Vaşinqton arasında münasibətləri gərginləşdirməklə yanaşı, regionda gözlənilməz nəticələrə səbəb ola bilər.

Xaqani Cəfərli hesab edir ki, xüsusilə Türkiyənin bank-maliyyə sisteminin həssas olduğu bir dövrdə avantürist xarakterli xarici siyasət addımları ölkə üçün təhlükəli nəticələr doğura bilər. Onun fikrincə, ABŞ Konqresinə keçiriləcək seçkilərdən sonra demokratların üstünlük qazanması ehtimalı da nəzərə alınmalı, Ankara beynəlxalq münasibətlərdə daha ehtiyatlı və təmkinli siyasət yürütməlidir.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ