Azərbaycan dilində təhsil alan rus qızı – ATMU-nun tələbəsi Vasyutina Ruslana Aleksandrovna
Azərbaycan Respyblikasının 1995-ci ildə qəbul olunmuş Konstitutsiyasında Azərbaycançılıq ideologiyası dövlətin ideologiyası kimi təsbit olunub.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasəti haqqında demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Azərbaycançılıq ideologiyasının aşağıdakı əsas prinsipləri özündə əks etdirir:
Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Azərbaycançılıq ideologiyası etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinə bağlılığı, dövlət dilinə, milli-mənəvi dəyərlərə və tarixi irsə hörməti, eləcə də bütün vətəndaşların hüquq bərabərliyini və milli həmrəyliyini nəzərdə tutan ümumvətəndaşlıq məfkurəsidir. Azərbaycançılıq etnik kimlik deyil, ümumvətəndaşlıq və dövlətçilik məfkurəsidir. 2026-cı ildə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da azərbaycançılıq məfkurəsi əsasında milli kimliyin və mədəniyyət siyasətinin formalaşdırılması məsələsi ayrıca vurğulanır.
Azərbaycançılıq ideologiyasının əsasını təşkil edən elementlərdən biri də dövlət dili olan Azərbaycan dilidir. Azərbaycan Respublikasının dövlət dili dünyada 50 milyondan artıq azərbaycanlını birləşdirən milli dəyərdir. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının vətəndaşları olan digər millət və xalqlara məxsus insanların dövlət dilində danışanların sayı gündən-günə artır. Bunlardan hətta dövlət dilində verlişlər aparan jurnalistlərə, milli komandamızda təmsil olunan idmançılara və digər ixtisas sahiblərinə rast gəlmək olur. Yusək nəticələr göstərən Azərbaycan idmançılarının əksəriyyəti etnik mənsubiyyətindən asılı olmayaraq dövlət himnini fəxrlə oxuyurlar.
KİV-də 2025-ci ilə aid yayımlanan “2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq” başlıqlı yazıda qeyd olunurdu ki, “bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq... hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. Bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.” (Gundelik.az 2 iyul 2025)
Lakin obyektiv və subyektiv səbəblərdən bu proses bir qədər səngidi. Lakin gələcəkdə yenidən bu prosesin davam etdirilməsi ehtimalı böyükdür. Bütün bunlar gələcəkdə dövlət dilində təhsil almağa meylin artmasına, bununla da azərbaycancılıq ideologiyasının daha geniş yayılmasına səbəb ola bilər.
Azərbaycan dilində təhsilə qayğı, digər millət və xalqlara məxsus Respublika vətəndaşlarının, o cümlədən vətəndaşlarımız olan rus gənclərinin dövlət dilində təhsil almalarının təşviq edilməsi Azərbaycançılıq ideologiyasının daha da inkişafına xidmət edir. Azərbaycan vətəndaşları olan millət və xalqların nümayəndələri öz milli kimliyini qorumaqla yanaşı, Azərbaycan dilində təhsil ala və Azərbaycan cəmiyyətinin ayrılmaz üzvü kimi dövlətin inkişafına öz töhfələrini verə bilərlər. Bu baxımdan “Azərbaycan dilində təhsil alan rus qızı” mövzusu Azərbaycançılıq ideologiyasının praktik təzahürünü araşdırmaq baxımından maraqlı nümunədir. Mövzu ilə əlaqədar suni – intelek məqaləyə aşağıdaki adları təklif etdi:
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) TİT 2301 qrupunun tələbəsi Vasyutina Ruslana Aleksandrovnanın “Turizm işinin təşkil” ixtisası üzrə Azərbaycan dilində təhsil alaraq yüksək nəticələr göstərməsi fikrimizcə Azərbaycançılıq ideologiyasının böyük uğuru hesab oluna bilər.
Vasyutina Ruslana Aleksandrovnanın 2023-cü ildə universitetə qəbul olunub, hazırda 3-cü kursda təhsilini davam etdirir. Maraqlı faktlardan biri odur ki, bu vətənpərvər tələbə digər fənləri yaxşı oxumaqla yanaş “Azərbaycan tarixi” fənnindən ən yüksək nəticə göstərib. R. Vasyutinanın müəllimi oaraq bunu xüsus vurğulamağı zəruri hesab edirik. Çünki “Azərbaycan tarixi”nə məhəbbət vətənə, dövlətə məhəbbətdən yaranır.
Vasyutina Ruslana Aleksandrovnanın təhsil aldığı “Turizm işinin təşkil” ixtisası üzrə (6008008) hər il əyani şəkildə Azərbaycan dilində 100, rus dilində 50, ingilis dilində 50 nəfər təhsil alır. 2026-2027-ci ildə Azərbaycan qrupunda tələbələrin sayı 20 nəfər artaraq 120 nəfərə çatıb. Rus və ingilis dillərində təhsil alanların əksəriyyəti azərbaycanlılar olsa da, onlardan fərqli olaraq rus qızı Vasyutina Ruslana Aleksandrovna Azərbaycan dilində tədrisə üstünlük verib. Bu hələlik universitetdə yeganə faktdır. Bu cür faktlar digər universitetlərdə də olması mümkündür.
Fikrimizcə, bu cür faktların aşkara çıxararaq təbliğ edilməsinə ciddi ehtiyac var. Jurnalislərin bu cür tələbələrdən müsahibələr götürərək yayması bu prosesi daha gücləndirər. Gələcəkdə bu cür halların artması Azərbaycançılıq ideologiyasının daha da inkişafına, dövlətin daha da möhkəmləməsinə kömək edə bilər.
Məhərrəm Zülfüqarlı t.e.d., professor