Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Orxan Musayev Vergilər Nazirliyinin beynəlxalq əlaqələrinin xəritəsini açıqladı

Image


Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayevin müsahibəsini kiçik ixtisarla təqdim edirik.
- Orxan müəllim, 2015-ci ilin ötən dövründə Vergilər Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə əlaqədar olaraq Vergilər Nazirliyi tərəfindən qəbul edilən 2013-2020-ci illər üçün Strateji Planda beynəlxalq və regional təşkilatlar, eləcə də digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər zaman olduğu kimi, 2015-ci ildə də əsas prioritetlərdən biridir. Azərbaycan Respublikası Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində həm bir sıra mötəbər regional və beynəlxalq təşkilatlarla, həm də xarici ölkələrin vergi orqanları ilə əməkdaşlığı genişləndirir. Nazirliyin nümayəndələri Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) və digər regional və beynəlxalq təşkilatların tədbirlərində mütəmadi iştirak edir. Beynəlxalq təşkilatlarla mövcud əməkdaşlığın ikitərəfli formatda davam etdirilməsi məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı ilə danışıqlar aparılıb. Sözsüz ki, ölkəmizdə tez-tez beynəlxalq tədbirlərin keçirilməsi bu münasibətlərin daha da genişlənməsinə şərait yaradır. 2012-ci ildən etibarən vergi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində keçirilən vergi forumları beynəlxalq vergi münasibətlərinə dair əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir platformaya çevrilib. Cari ilin 9-10 fevral tarixlərində keçirilən 4-cü Vergi Forumunda İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatından, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzindən (CIAT), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzindən (International Tax and Investment Center - ITIC) nümayəndələr, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan və Litvanın vergi administrasiyalarından ali qonaqlar iştirak edib.
- Vergi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın səviyyəsini necə qiymətləndirərdiniz?
- Vergilər Nazirliyinin çoxşaxəli əməkdaşlıq spektrinə həm vergi orqanları, həm də qeydiyyat orqanları daxildir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, belə demək mümkünsə, bizim ən mühüm tərəfdaşlarımızdandır. OECD-nin Katibliyinin tərkibinə daxil olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi (Center for Tax Policy and Administration CTPA) ilə əməkdaşlığın inkişaf etdirilməsi Vergilər Nazirliyi üçün prioritet istiqamətlərdən biridir.
OECD-nin Ankara şəhərində yerləşən Çoxmilli Vergi Mərkəzində, eləcə də Vyana və Budapeştdəki Vergi mərkəzlərində 2015-ci ilin I yarımilində 6 müxtəlif mövzuya dair keçirilən seminarlarda Vergilər Nazirliyinin 7 əməkdaşı iştirak edib. Bununla yanaşı, nazirliyin nümayəndələri OECD-nin Baş qərargahının yerləşdiyi Paris şəhərində keçirilən qlobal forumların, eləcə də vergi siyasəti və statistikası üzrə işçi qrupun iclaslarında iştirak edir.
MDB ölkələri ilə beynəlxalq vergi münasibətləri, əsasən, Birlik iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və Vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurası ilə genişləndirilir.
Korporativ Qeydiyyatçılar Forumu (Corporate Registers Forum - CRF) və Avropa Kommersiya Qeydiyyatçılarının Forumu (European Commerce Registers Forum - ECRF) kimi qeydiyyat orqanları ilə əməkdaşlıq beynəlxalq vergi münasibətlərinin əsas prioritetlərindən biridir. Vergilər Nazirliyinin əməkdaşı cari ilin 3-5 iyun tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilən Avropa Kommersiya Qeydiyyatçıları Forumunun Baş Assambleyası və 18-ci illik konfransında iştirak edib.
Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) ilə də əməkdaşlıq münasibətləri genişləndirilir. CIAT-ın icraçı katibi Marsio Verdi cari ilin 9-10 fevral tarixlərində Bakıda keçirilən IV Vergi Forumunda iştirak edib. Məhz qeyd edilən təşkilatla Vergilər Nazirliyinin münasibətlərinin yüksək səviyyədə olduğunun təzahürü kimi, bu ilin 28 sentyabr-1 oktyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək texniki konfransa Vergilər Nazirliyinin nümayəndəsi də dəvət olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə də əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Keçən ilin 6-7 noyabr tarixlərində Bakı şəhərində ECO-nun vergi orqanlarının nümayəndələri üçün "Vergi ödəyicilərinə xidmət" mövzusunda seminarı təşkil olunub. Seminarda 7 üzv ölkənin vergi administrasiyasının nümayəndələri iştirak edib, mövzu ilə bağlı müxtəlif təqdimatlar olub, müzakirələr aparılıb.
24 sentyabr 2014-cü ildə İspaniyanın Maliyyə Nazirliyi və Fransanın Baş Vergi Direktoratının tərəfdaşı olduğu "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinə başlanıb. Layihənin birinci komponenti insan resurslarının inkişafı ilə bağlı uzunmüddətli strategiyanın hazırlanmasını, ikinci komponenti insan resurslarının idarə edilməsi üzrə nazirliyin mövcud normativ bazasının yeniləşdirilməsini, üçüncü komponenti isə tədris-təlim sisteminin modernləşdirilməsini nəzərdə tutur. Tvinninq layihəsinin işçi planına uyğun olaraq işçi seminarlarda iştirak etmək məqsədilə Fransa və İspaniyanın vergi orqanları nümayəndələri müntəzəm qaydada Azərbaycana səfər edir. Eləcə də Vergilər Nazirliyinin əməkdaşları layihə çərçivəsində təcrübə mübadiləsi məqsədilə həmin ölkələrə ezam olunur.
Bundan əlavə, Avropa İttifaqının TAIEX yardım alətindən istifadənin genişləndirilməsi məqsədilə 2015-ci ilin 13-15 aprel tarixlərində Vergilər Nazirliyində "Elektron ticarətin vergiyə cəlb edilməsi" və 5-7 may tarixlərində "Nağdsız ödənişlərin stimullaşdırılması" üzrə TAIEX ekspert missiyası təşkil edilib.
- Vergilər Nazirliyi vergitutma sahəsində təcrübə mübadiləsinə böyük önəm verir. Qabaqcıl təcrübələrə malik olan dövlətlərin vergi orqanları əməkdaşları da ölkəmizə tez-tez səfərlər edir. Belə səfərlər zamanı onlar Azərbaycanın vergi sistemində daha çox hansı məsələlərlə maraqlanırlar?
- Qeyd etdiyim kimi, təcrübə mübadiləsi davamlı inkişaf üçün çox önəmlidir. Biz modernləşmə xəttini əsas götürərək məqsədyönlü islahatlar aparmaq məqsədilə ən qabaqcıl beynəlxalq təcrübəni təhlil etməklə bərabər, onun tətbiqi imkanlarını da araşdırırıq. Bu məqsədlə Vergilər Nazirliyi nümayəndələrinin qabaqcıl xarici ölkələrin vergi administrasiyalarına səfərləri təşkil olunur. Çin Xalq Respublikasının Maliyyə Nazirliyi, Sinqapur Daxili Gəlirlər Xidməti ilə aparılan uğurlu əməkdaşlığın nəticəsi olaraq, Vergilər Nazirliyinin nümayəndələri beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həmin ölkələrə ezam olunublar.
Qeyd etmək lazımdır ki, üzv olduğumuz təşkilatlar çərçivəsində keçirilən seminarlarda, forumlarda xarici vergi administrasiyalarının nümayəndələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə əlaqədar fəaliyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər, xüsusən də elektron xidmətlərlə daha çox maraqlanırlar. Xarici həmkarlarımız Vergilər Nazirliyinin mütərəqqi texnologiyalar tətbiq edən, vergi ödəyiciləri ilə əməkdaşlıq formatında münasibətlərin qurulmasına, vergi mədəniyyətinin formalaşdırılmasına innovativ yanaşan bir qurum olduğundan xəbərdardırlar. Ölkəmizə səfər etməkdə məqsədləri də qeyd edilən sahələrdə təcrübə mübadiləsi aparmaqdır. Keçən ilin 8-10 dekabr tarixlərində Moldova Baş Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti Bakıya gəlmişdi. Səfərdə məqsəd vergi nəzarəti sahəsində qanunvericilik, vergi nəzarətində avtomatlaşdırılmış vergi informasiya sistemi, vergitutma sahəsində risq meyarlarının müəyyən edilməsi və istifadəsi, eləcə də nəzarət-kassa aparatlarının tətbiqi məsələləri üzrə təcrübə mübadiləsi aparmaq idi.
Son 6 ay ərzində Vergilər Nazirliyi Avropa Komissiyasının TAIEX proqramının dəstəyilə "Elektron ticarətin vergiyə cəlb olunması" və "Nağdsız ödənişlərin stimullaşdırılması" mövzularında beynəlxalq ekspertin cəlb olunması ilə interaktiv seminarlar təşkil edib və hər mövzu üzrə praktiki tövsiyələri əks etdirən hesabatlar hazırlayıb. Avropa Komissiyasının dəstəyilə eyni mövzular üzrə biliklərin təkmilləşdirilməsi məqsədilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasına nazirlik əməkdaşlarının işçi səfəri gözlənir.
Eyni zamanda, növbəti aylarda TAIEX yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən qəbul olunmuş "Elektron Qaimələrin Tətbiqi" və "Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (yaşayış və qeyri-yaşayış sahələrinin) təqdim edilməsinin vergiyə cəlb edilməsi xüsusiyyətləri" mövzularında ekspert missiyası layihələrinin keçirilməsi gözlənir.
Vergilər Nazirliyinin "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Planı"nın əsas məqsədlərindən birinin beynəlxalq təcrübəni təhlil edərək vergi qanunvericiliyinin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması olduğunu, eyni zamanda Aİ ilə texniki əməkdaşlıq aləti üzrə əməkdaşlığın prioritet istiqamətlərdən birinə çevrildiyini nəzərə alaraq, 2016-cı il üçün Fəaliyyət Proqramında vergi sisteminin inkişafı və təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri kimi göstərilməsi təklif olunub.
Qeyd edim ki, İsveçrənin İqtisadi məsələlər üzrə Katibliyi ilə Vergilər Nazirliyi arasında qarşılıqlı layihələrdə iştirak üzrə razılıq əldə olunub. Bundan başqa, Vergilər Nazirliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu ilə əməkdaşlığın nəticəsi olaraq, həmin Departament tərəfindən maliyyələşdirilən Peşəkar İxtisasartırma Proqramında Vergilər Nazirliyinin əməkdaşının iştirakı təmin edilib. Məlumat üçün qeyd edim ki, CEF (Centre of Excellence Finance) - Maliyyədə Mükəmməllik Mərkəzi ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilməkdədir. Bununla yanaşı, idarə tərəfindən nazirliyin müvafiq strukturlarının sorğuları əsasında və "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Planı"da nəzərdə tutulan mövzularla bağlı beynəlxalq təcrübə öyrənilərək müvafiq icmallar hazırlanır.
- İkiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması istiqamətində cari ildə hansı müqavilələr imzalanıb və ya imzalanması nəzərdə tutulur?
- İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir. Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə ayrıseçkiliyə yol verilməyəcəyinə təminat verir, dövlətlər üçün isə ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.
Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı müqavilələr şəbəkəsi genişlənməkdədir və Vergilər Nazirliyinin mövcud müqavilələr çərçivəsində digər dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı uğurla davam etdirilir. Hazırda 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalanıb və onların 45-i qüvvəyə minib. Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. Bunlardan əlavə, Malta, İsrail, Slovakiya, İsveç, İrlandiya, Sinqapur, Danimarka, Hindistan, San-Marino və Mərakeşlə bu cür müqavilələrin layihələri, eləcə də Qazaxıstanla 1996-cı ildə imzalanmış müqaviləyə əlavə və dəyişikliklərin edilməsi üzrə Protokolun layihəsi üzrə razılıq əldə edilib. Adıçəkilən dövlətlərdən əlavə, daha yeddi dövlətlə müvafiq layihələr üzərində işlər davam etdirilir və 15-dən çox ölkə ilə danışıqlara başlanması üçün model layihələr mübadilə edilib.
Onu da qeyd etmək lazımdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrdən başqa, vergi məlumatlarının mübadiləsi haqqında müqavilələr də mövcuddur. Məlumat mübadiləsi haqqında müxtəlif dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrdən başqa, Azərbaycan Respublikası 2003-cü ildən Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" birgə Konvensiyasına qoşulub, 2014-cü ilin may ayında isə həmin Konvensiyaya dəyişikliklər edilməsi haqqında Protokolu imzalayıb. Hazırda Vergilər Nazirliyi Azərbaycan Respublikasının tərəf olduğu məlumat mübadiləsi haqqında ikitərəfli və çoxtərəfli müqavilələr əsasında 101 dövlətlə vergi məlumatlarını mübadilə etmək imkanına malikdir.
Bundan əlavə, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında maliyyə məlumatlarının qarşılıqlı mübadiləsinə imkan verəcək Vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası Sazişin imzalanmaya hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ