Amerika erməniləri Bakıdan gətirilən və "Azərbaycan İrəvanı" mövzusuna həsr olunmuş kitabların təqdimatı ilə bağlı Konqres Kitabxanasından izahat tələb ediblər. Amerikanın Erməni Milli Komitəsi (ANCA), ABŞ Konqres Kitabxanasının dövlət tərəfindən maliyyələşdirilən və Ermənistanın paytaxtı İrəvanın Azərbaycan ərazisi olduğunu iddia edən iki kitabın təqdimatına rəsmi dəstək verməsinə etiraz edib. Tədbir oktyabrın 16-da baş tutub. Qeyd edək ki, azərbaycanlı professor Fəridə Səfiyevanın İrəvan tarixinə dair iki kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib və beş ayrı biblioqrafik qeyddə yer alıb. “İrəvan: tarixi sənədlərin dili ilə” adlı kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə nəşr olunub. Dörd dildə işıq üzü görən “İrəvan: tarixin sədaları və itirilmiş irs” adlı nəşr isə Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib.
SAMİRƏ