ABŞ PKK terror təşkilatının Suriya qanadı olan PYD və YPG döyüşçülərinin fəaliyyətini açıq şəkildə dəstəkləyir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Nazir qeyd edib ki, ABŞ Suriyada Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmaq əvəzinə, terrorçularla əməkdaşlığı üstün tutur: "Terrorizmlə mübarizə apardığını təsdiq edən bir dövlət (ABŞ - red.) terrorçulara dəstək verməməlidir".
M.Çavuşoğlu bildirib ki, Türkiyə Suriyada terrorçularla mübarizə aparan yeganə ölkədir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ı Suriyada PYD və YPG döyüşçülərinə hərbi dəstək verməkdə ittiham edirdi.