Cümə axşamı günü, 08 oktyabr 2026
     

İtaliyada Azərbaycan günləri - ermənilərin mənimsəmək istədikləri mədəni irs nümunələrimizi dünyaya təqdim etmək üçün fürsət…

Image


2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan olunması doğrudan da əlamətdar bir hadisədir. Azərbaycan mədəniyyətinin, humanitar-kultroloji düşüncəsinin, sərvətlərinin, xalqımıza məxsus maddi və qeyri-maddi mədəni irsin dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri olan İtaliyada təbliği olduqca mühümdür. 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi bu baxımdan qarşımızda çoxlu yollar, istiqamətlər açır.

Onu da vurğulayaq ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə mətbuata bəyanatlarla çıxış edib. "Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan İli” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq" deyə İtaliya Prezidenti qeyd edib.

“Azərbaycan İli” çərçivəsində İtaliyada Azərbaycan mədəniyyətinin tanıdılması üçün silsilə tədbirlərin keçiriləcəyi, sərgilərin təşkil ediləcəyi, habelə ədəbiyyat, musiqi, kino həftələrinin baş tutacağı məlumdur. Bunlar öz yerində. Bizi əsas məşğul edən məsələ bir başqadır. Bilirik ki, ermənilər Azərbaycana aid maddi və qeyri-maddi irs nümunələri mənimsəyərək öz adlarına təqdim edirlər. Ermənilərin mənimsədiyi Azərbaycana məxsus maddi və qeyri-maddi irs nümunələrinin dünyada təbliği baxımından “Azərbaycan İli” çox böyük əhəmiyyət daşıyır. Ermənilərin həm işğal altında saxladıqları Dağlıq Qarabağ və ətraf rayonlardan yağmaladığı, Qərbi Azərbaycandan soydaşlarımızı deportasiya etdikdən sonra onlardan oğurladığı maddi-mədəni irs nümunələrini, eləcə də digər vasitələrlə ələ keçirdikləri mədəni sərvətlərimizi öz adlarına, “erməni maddi-mədəni irs nümunələri” kimi təqdim etdiyini ifşa etmək üçün “Azərbaycan İli” çərçivəsində hansı işləri görmək olar?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun musiqi folkloru şöbəsinin elmi işçisi Fəridə Mirişova baki-xeber.com-a bildirdi ki, bunun üçün çox işlər görə bilərik. F.Mirişovanın vurğuladığına görə, 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi bizim əlimizə kifayət qədər fürsətlər verir ki, ermənilərin bizim mədəniyyətimizə, maddi-mədəni irsimizə qarşı oğurluqlarını beynəlxalq aləmdə ifşa edək. Bunun üçün əlimizdə kifayət qədər əsaslar olduğunu deyən F.Mirişovanın sözlərinə görə, biz həmin maddi və qeyri-maddi irs nümunələri ilə bağlı ayrıca pavliyonlar, stendlər yaratmalıyıq, burada həmin irs nümunələrinin tarixi, bizə aid olduğunu sübut edən çoxlu faktlar yerləşdirməliyik. F.Mirişova onu da qeyd etdi ki, ermənilər folklor irsimizdən tutmuş muğam, xalq mahnılarımıza, aşıq sənətimizə, xalçalarımıza, mətbəximizə, abidələrimizə qarşı çox çirkin siyasət yürüdür və bu siyasətin qarşısının alınması üçün İtaliyada çoxlu işlər görülməlidir.

“Ermənilərin Azərbaycan xalqına aid maddi və qeyri-maddi mədəni irs nümunələrini oğurlaması, bu oğurluğun miqyasını günü-gündən genişləndirməsi faktdır. Bütün dünya bunu bilir, beynəlxalq təşkilatlar bu faktlardan xəbərdardır, amma müəyyən səbəblərdən buna heç bir reaksiya vermirlər. 2020-ci ilin İtaliyada “Azərbaycan İli” elan edilməsi çox mühüm bir hadisə olmaqla yanaşı, həm də bizim qarşımızda Azərbaycan mədəniyyətini, eləcə də ermənilər tərəfindən oğurlanan, talanan, mənimsənilən və öz adlarına təqdim edilən maddi və qeyri-maddi mədəni irs nümunələrinin təbliği üçün yeni yollar, imkanlar açır. Ermənilər tərəfindən işğal altında saxlanan Qarabağda bizim saysız maddi və qeyri-maddi irs nümunələrimiz, abidələrimiz qalıb. Bu gün o maddi və qeyri-maddi mədəni irsə əlimiz çatmır, ermənilər onların başına min oyun gətirib. Təklif edərdim ki, İtaliyada “Azərbaycan İli” çərçivəsində erməni təcavüzünə məruz qalan maddi və qeyri-maddi irs nümunələrimizin tarixinə aid posterlər hazırlansın və  onların sərgiləri keçirilsin. Bu sərgilərin keçirilməsi vacibdir. Digər tərəfdən, əsrlərdən bəri ermənilər tərəfindən mənimsənilən milli musiqimizlə bağlı xüsusi layihələr hazırlamaq, təqdimatlar keçirmək olar ki, bu ermənilərin deyil, bizim musiqimizdir, amma ermənilər onları oğurlayıb. Bununla bağlı kitablar, xüsusi buraxılışlar hazılayıb təqdim etmək mümkündür. Mətbəximiz də erməni təcavüzünə mərzu qalıb. Bilirik ki, ermənilər bizim mətbəxi də mənimsəyib və bütün dünyada Azərbaycan yeməklərini, xörəklərini öz adlarına təqdim edirlər. Mətbəxtimizlə bağlı sərgilər təşkil etmək, onun tarixinə aid kitabların təqdimatını keçirmək olar. “Azərbaycan İli” çərçivəsində ermənilər tərəfindən oğurlanan maddi və qeyri-maddi irs nümunələrimizin sərgilərinin, təqdimatlarının keçirilməsi, onların tarixinin geniş təbliğ olunması həm italiyalılar, həm də onun qonaqları üçün ermənilərin iç üzünün açılması baxımından yeni informasiyalar verər” - deyə bildirən F.Mirişova hesab edir ki, Azərbaycanda yaşayan qeyri-xalqların da mədəniyyətinə aid sərgilər açmaq olar.

“Bilirsiz, Azərbaycan çoxmillətli bir ölkədir və burada yaşayan azsaylı xalqların hamısı öz mədəni irslərini qoruyurlar. Azərbaycan xalqı, dövləti azsaylı xalqların mədəni irsinin qorunmasında maraqlıdır. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı başqa xalqların mədəni irsinə qarşı heç bir iddia irəli sürmür. Bu da bir nümunədir və hesab edirəm ki, o da İtaliyada təbliğ olunmalıdır” - deyə F.Mirişova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ