Cümə axşamı günü, 08 oktyabr 2026
     

Fələyin seçki küləyi - Yunus Oğuz yazır

Image


Uşaqlıqda sevdiyimiz şeirlər çox olub. Özü də bu şeirlər yalnız erkək uşaqlar arasında söylənilərdi. Ata, ana, bacı-qız yanında belə şeirlər deyilməz, ümumiyyətlə açıq danışılmazdı. O zamanlar qorxu vardı, hürkü vardı. Böyüklərin yanında susmaq vardı. Elə hesab edərdik ki, belə şeirləri böyüklər eşitmiş olsalar hər tikəmizi qulağımız boyda edərlər. İndi hər şey urvatdan düşüb.

Bu şeirlərdən biri də belə idi: Ey fələk! Eylə külək... Bu seçkini (burada improvizə özümündür, yəni sözləri dəyişmişəm) Bir də görək. Bu günlər ölkədə seçki küləyi əsdi getdi, ancaq ürəklərə od saldı getdi. Bu fələyin seçki küləyi nəmənə şeydirsə, hamını yerindən oynatdı, elindən, obasından etdi. Varlanan varlandı, müflisləşən lap pis günə düşdü. Yerindən duran dedi ki, mən deputatxanaya düşmək istəyirəm, millətin vəkili olmaq yox ha... Bir həvəsə düşdülər ki, pah atonnan, gəl görəsən. Dünən yazıq-yazıq boynunu büküb, səni görəndə şax duranlar, seçki gününə qədər adam tanımadılar, böyük bilmədilər, kiçik demədilər. Nə təhər qazlanmışdılarsa, safari (yəni dərə-təpə) yolda olmayan maşınlarının sürətini 180-nə qaldırmışdılar. Nə veclərinə? Daha gözlərinə yol polisi qorxusu görünmürdü. Bildirçinin bəyliyi kimi özlərini ağa kimi aparırdılar. Elə bil gündəlik adamlar bunlar deyildilər. Dozalarını sanki artırmışdılar. Bunlara nə təhər seçki dozası vurmuşdularsa yerə-göyə sığmırdılar, "qan-qan" deyirdilər. Bir yerə on, on beş, hətta iyirmi namizəd olsa da, hamısı xəyalən cibində deputatxana mandatı gəzdirirdi. Həə... bir-iki gün əvvəl duza gedənlər ləhləyə-ləhləyə duzdan qayıdırlar, hamısı da deyir ki, qalib mənəm, seçki saxtalaşdırılıb, hətta qalibin biri deyib ki, mənə artıq səs verdiklərinə görə MSK-nı məhkəməyə verəcəm. Burda deyiblər e, sən saydığını say, gör fələk (burda fələk yerinə seçki komissiyası yazmaq yerinə düşər) nə sayır. Hə duzdan qayıtdınız? Fələyin seçki küləyini üzünüzdə, gözünüzdə hiss etdiniz? Di gedin! Sizdən öncə bələdiyyə seçkisi oldu, hər yerə də muxtar qoyuldu. Bəs nə bilmişdiniz? Heç muxtarlar sizə imkan verərmi o küləyin səmtini dəyişəsiniz? Burada fələk elə muxtarların özləri idi və küləyi də hara istədilər, ora da əsdirdilər. A kişilər, belə seçki olar? O gün bir dairədən namizədlərin siyahısı əlimə düşüb. On namizəddən altısı işsizdi. Qaqa, işsizsən, get özünə iş tap da. Deputat iş yeri deyil, yana-yana, bəziləri üçün qışqıra-qışqıra şişmək, genəlmək, onun- bunun üstünə yerimək yeridi. Bu işsizlərdən deputat olar, sən canın? Sən öz gününə ağlayıb iş tapa bilmirsən, üstündən cin ürkən binəvaların halına necə yanacaqsan? Əgər əlinə girəvə düşəcəksə özünə topdağıtmaz şərait yaradacaqsan. Heç cin hürküdənlər vecinə də olmayacaq. Təklif edirəm ki, gələn seçkilərə qədər seçki qanununa əlavə etsinlər: "Kim işsizdir, namizədliyini verə bilməz". O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kef edəcək. Daha ondan şikayət olmayacaq, işsizlik haqqında sosial müavinətlər dayandırılacaq. Bə nə bilmişdiniz? Bəs deyirdiniz işsizliyin kökünü kəsmişik. Elə isə bunlar hardan çıxdı? Fələyin (muxtarın) seçki küləyini hər dəfə əsdirsəniz, pulsuz-parasız gör neçə yekə problemi həll edib qurtaracaqsınız. Xərclənməyən pulları da muxtarlardan bir neçəsi basıb yeməsə büdcəmiz taxıl torbası kimi dolu qalacaq. İşsizliyi belə həll etdik, indi keçək o biri məsələlərə. Deməli seçki küləyi xalqı necə qızışdırıbsa, od olub hər tərəfi yandırmağa başlayıb. Vallah, nə təhər canfəşanlıq ediblərsə, adları internetdən düşmür. Bir müşahidəçi eləməyib tənbəllik gedib seçici siyahısını məntəqədən götürüb başlayıb ev-ev gəzməyə ki, görüm seçici yerindədi, ya yox. Hər şeyi dəqiqləşdirib. Ərinməyib ölənlərin qəbiristanlıqda şəkillərini də çəkib. Qayıdıb məntəqə müdirinin yanına. Təxminən belə dialoqları olub. Müşahidəçi: - Müəllim, bu seçici ölüb, sən burda bunu diri saxlamısan. Məntəqə müdiri: - Filankəs ölməyib. - Dədəmin goru haqqı, ölüb. - Mən deyirəm ölməyib. - A kişi, bu de...( telefonunu çıxardıb qəbiristanlıqda çəkdiyi şəkli göstərir) məzarını da çəkmişəm. Buna nə deyirsən? Məntəqə müdiri özünü itirmir: - Ay kişi, o sizdə ölüb, bizdə ölməyib. Muxtar deyirsə sağdır, deməli hələ sağdır... Hə yadımdan çıxmamış bir məsələni də yazım. O təzə binalar var ha (novostroyka deyirlər) bax ora saxtakarlıq üçün əsl "yem" yeridir, nöşün ki, orada yaşayanların əksəriyyətini seçki qeydiyyatından keçirmirlər. Bu da sənə topa-topa bülletenlər. Hara qeybə çəkilir, bunu məntəqə sədrləri daha yaxşı bilirlər. Bu fələyin seçki küləyi bir məsələnin üstünü də açıb -ağartdı. MSK neçə illərdir elan edir ki, beş milyon nə qədərsə seçicimiz var. Əhalinin sayı on milyonu keçib e... Bizim isə seçicimiz artmır. Belə çıxır ki, bizim dörd milyon yarımdan çox yaşı səs verməyə çatmayan uşaq və yeniyetmələrimiz var. Nə gözəl, nə pakizə, nə yaxşı? Demək olar ki, ölkənin yarısının səsvermə hüququ yoxdur. Burda günahı MSK-nın üstünə nəbadə atasınız. Bütün günahlar o statistika muxtarındadır. Guya iyirmi üç milyona siyahıyaalma keçirib. O gün yazmışdım, axı. Biri plakatında yazmışdı ki, görün qaqaşın naxayracax? Dili də varmış, dilçəyi də. Potensial rəqibini vurub sıradan çıxartdı. O rəqib bunu çağırıb deyib ki, bəs gəl dur yanımda, sənə filan qədər nəmər verəcəm. O da eləməyəsən tənbəllik,rəqibinin səsini yazıb telefona, ötürüb külli- aləmə. Bu da rüsvayi-cahan olub. Nə isə, bu potensial rəqibin üstündən muxtarların biri yağlı qırmızı xətt çəkib. Bunun yerinə isə təsadüfən namizədliyini verən, yatıb yuxusunda da deputatxana görməyənin birisi seçilib. Bax, fələyin seçki küləyi bunun da üstünə belə əsib. Nə təhər əsibsə, səhər yuxudan durub deputat olub. Bah, arvad-uşaq bunun başına necə dolanıbsa kişinin sevincdən ürəyi gedib. O birisinin üstünə fələk qara yellər əsdirib. Özünə arxayın olan birisi kredit götürdüyü inəkləri satıb, pulu da buraxıb boş-boş işlərə. İndi it də gedib, ip də, yəni inək də yoxdur, deputatlıq da. Bu da eləmə tənbəllik, başlayıb qışqırmağa ki, bəs mənim inəklərimi kim qaytaracaq? Get bunu sənə "namizədliyini ver" deyən muxtar müəllimdən soruş. Bu da belə getdi. Bir işsiz də qoşuldu Əmək Nazirliyinə. Day, başınızı çox ağrıtmayım. Fələyin seçki küləyi o qədər hadisələr yaradıb ki, hər biri hekayə, uzundərə satiradır. Birini də yazım, ta həvəsdi- bəsdi. Kənd rayonlarının birində bir kreativ namizəd varmış. Seçiciləri təcili yardım maşını ilə məntəqəyə daşıyırmış, özü də təcili siqnalını verə-verə. Namizədin əvəzinə hakim muxtarın belinə yağlı töhmət yapışdırıblar. Di get, bu sənə lazım idi? Başqa bir kreativ isə kənddən bir eşşək icarəyə götürür. Potensial rəqibinin adını yazır kağıza, keçirir eşşəyin başına. Gəlir çayxananın qarşısına. Orda da yazılmışdı: "Ya mənə səs verin, ya bu eşşək filankəsə". Camaat eləmir tənbəllik, məzə üçün gedib "eşşəyə" səs verir. Nə isə, fələyin seçki küləyinin bu soyuq havada istisi yavaş-yavaş çəkilməyə başlayır, amma tüstüsünün çəkilməyinə hələ çox var. Tüstüsü çox adamı kor eyləyəcək, axı seçki muxtarları hələ yerindədi. Maraqlı xəbərləri Olaylar.Az Fa



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ