Cümə axşamı günü, 08 oktyabr 2026
     

Bərpa edilmiş tarixi abidələrdə mütəxəssisləri narazı salan məqamlar - iradlar nə qədər əsaslıdır…

Image


Azərbaycanda mövcud olan tarixi abidələr tariximizin qədimliyinin və zənginliyinin göstəricisidir. Ölkəmizdə tarixin müxtəlif dövrlərinə aid abidələrin sayı həddən artıq çoxdur. Amma təəssüf ki, bu abidələrin heç də hamısı qeydiyyata alınmayıb. Başlıca problem isə qeydiyyata alınan və restavrasiya edilən abidələrimizlə bağlıdır.

Son dövrlər ölkəmizdə abidələrin bərpası həyata keçirilir. Çox təəssüflər olsun ki, bir çox halda qədim və orta əsr abidələri restavrasiya edildikdən sonra onun “avrotəmir” edildiyinin şahidi oluruq. Uzağa getməyək, gözümüzün qarşısında Şirvanşahlar Sarayı “avrotəmir” edilib, yəni burada həmin dövrə aid materiallar işlənməyib. Bu abidədə də qədimlik yox, müasirlik, orta əsr dünyasının ab-havası deyil, bugünkü atmosfer, ruh özünü göstərir.    

Bir çox mütəxəssis hesab edir ki, Azərbaycanda restavrasiya edilən abidələrin əksəriyyəti bərpa standartlarına uyğun gəlmir. Əlbəttə, bu da səbəbsiz deyil. Bir sıra arxeoloq və tarixçilər hesab edirlər ki, bu gün ölkəmizdə restavrasiya edilən abidələrin böyük əksəriyyətinə naşı yanaşma var.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli də mətbuata bildirib ki, restavrasiya olunmuş abidələrin vəziyyəti çox pisdir. O iddia edib ki, adını restavrasiya qoyub abidənin tarixini siliblər.

Qeyd edilənə görə, restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və sairin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qoyaraq yenilənməsidir.

Ekspert vurğulayıb ki, ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub.

A.Məmmədli qeyd edib ki, Qax rayonunun İlisu kəndində yerləşən, bir növ, İlisunun simvolu olan Sumuq qalada aparılan restavrasiya işləri qənaətbəxş deyil. XVIII əsrə aid olan qalada Azərbaycanda, eləcə də keçmiş Sovet respublikalarında məşhur olan, Yuli Qusmanın rejissoru olduğu "Qorxma, mən səninləyəm" filmi çəkilib. Bu gün filmdə gördüyümüz o abidədən əsər-əlamət qalmayıb desək, yanılmarıq.

A.Məmmədli "yayda Türkiyədən qonağım gəlmişdi. İlisuya heyran qaldı. Oranın təbiətinə, orada yerləşən abidələrə... Baxmayaraq ki, həmin abidələrin çoxu bu dəqiqə baxımsız durumdadır. Amma mən onu İlisunun rəmzi sayılan Sumuq qalaya apara bilmədim, utandım, bir növ, xəcalət çəkdim. Bu gün o abidəyə baxa bilmirəm. Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib” - deyə bildirib.

Bundan başqa, ekspert qeyd edib ki, restavrasiya güdazına gedənlər sırasına Naxçıvanda yerləşən Əlincə qalasını, paytaxt Bakıda və digər bölgələrimizdə yerləşən bir çox abidəni də daxil etmək olar. "Necə düşünürsünüz, bunun qarşısını necə ala bilərik" sualına tarixçinin cavabı belə olub: "Biz bir vətəndaş mövqeyi ortaya qoymalıyıq. KİV, tarixçilər və vətənini sevən insanlar bu işdə həmrəy olmalıyıq ki, bu işə yad olan insanlar cəlb olunmasınlar. Başda dövlət və Mədəniyyət Nazirliyi bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Əks halda, digər abidələrimiz də restavrasiyanın qurbanına çevriləcək. Balakəndə V əsrdə tikilmiş, Qafqazın ən böyük səddi olan 120 km uzunluqdakı abidənin bərpası ilə bağlı Mədəniyyət naziri ilə 2 dəfə görüşdüm. Memarlar gəlib, abidəyə baxış keçirdilər. Amma restavrasiya məsələsi üç ildir dayanıb. Heç bir metr yeri də restavrasiya olunmadı. Mən belə başa düşürəm ki, həmin abidəyə də tarixdən anlayışı olmayanları göndərəcəklər, elə bərpa olunacaqsa, heç olmasın. Heç olmasa, olduğu kimi qalsın”.

Ekspert təklif edib ki, Azərbaycanda tarixi abidələr restavrasiya edilərkən onlara xüsusi münasibət olmalıdır. Bu həm də ölkəmizdə turizm sektorunun inkişafına təkan olar.  

  • Telman Kərimli: “Nazirliyin icazəsi olmadan həyata keçirilən bərpa işləri zamanı nöqsanlar ola bilər və bununla bağlı məlumat olursa, dərhal bu işin qarşısı alınır”

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də bu sahədə ciddi problemlər var. “Həqiqətən də tarixi abidələrin bərpası sahəsində problemlər var. Bunlar özünü bir sıra məqamlarda göstərir. Birincisi, kadr çatışmazlığında. Daha doğrusu, kadrların hazırlığında problem müşahidə edilir. Memarlıq abidələrinin bərpası ilə bağlı ixtisaslı mütəxəssislər azdır. Demək olar ki, onlar əsasən uyğun ixtisasa deyil, oxşar ixtisaslara sahibdirlər, onların çoxu ya davam etdirmirlər, ya da işləməyə yer tapa bilmirlər. Yəni abidələrin bərpası məsələsi adi inşaat məsələlərindən fərqlənməlidir. Tarixi, memarlıq abidələrinin bərpası işini əsasən adi inşaatla bağlı adamlar gördüyü üçün, bu cür problemlər yaşanır”.

Abidələrin restavrasiyasında müasir inşaat materiallarından istifadə edilməsinə də münasibət bildirən F.Xəlilli qeyd etdi ki, vaxtilə tarixi abidələrin tikintisində istifadə edilən materialları indi tapmaq çətindir, həmin materiallar burada yoxdur: “Biz bir neçə dəfə ən məşhur şirkətlərin istehsal etdiyi və abidələrin bərpasında istifadə edilən məhsullara internetdə baxmışıq. Həmin şirkətlərin buradakı distribütorlarına müraciət edirik, “yoxdur” deyirlər. İndi ən çox istifadə edilən qrasella İtaliyada istehsal olunan məhluldur, bərpa işində istifadə olunur. Amma tarixi abidələrin bərpasında istifadə edilən məhsullar Azərbaycanda yoxdur, gətirilmir. Biz gətirdikdə isə gömrükdə maneələr olur. Baxmayaraq ki, onlara biz bu materialları tədris məqsədilə gətirdiyimizi deyirik, vergi ilə də bağlı problem çıxdı. Xaricdən ucuz qiymətə aldığımız məhsul burada çox baha qiymətə başa gəldi və sonradan biz o məhsulu gətirmədik. Tarixi abidələrin bərpası məsələsində kadr, material problemi var, eyni zamanda da insanların özünün bu prosesi anlamasında problem az deyil. Tarixi memarlıq abidələrinə münasibətdə istər inşaat işləri görən şirkətlər, istərsə də orada işləyənlər daha çox qayğıkeş olmalıdırlar. Amma onlar barmaqarası yanaşırlar. Abidənin bərpasında sementdən istifadə edirlər. Daha demirlər ki, onun tərkibində duz var, sabah bu, təbiətdəki suyu canına çəkib binanı aşındırıb məhv edəcək. Bu məsələlərə diqqət edənlər yoxdur. Ona görə də bu sahədə problemlər var. Dövlət Xidmətinin də o qədər çox kadrı, əməkdaşı yoxdur ki, hər yerə nəzarət edə bilsin. Bu işə mütləq ictimai nəzarət və ictimai qınaq olmalıdır. İnsanlar hansısa bərpaçı şirkətin işində nöqsan görsə, mütləq o barədə aidiyyəti quruma müraciət etməlidirlər” - deyə F.Xəlilli bildirdi.

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun təmsilçisi, memarlıq üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis Telman Kərimli isə “Bakı-Xəbər”ə bildirdi ki, təmsil etdiyi təşkilatın xətti ilə bərpa edilən abidələrlə bağlı heç bir problem yaşanmır, əsas problem Dövlət Xidmətindən və “Azərbərpa”dan xəbərsiz həyata keçirilən restavrasiya işləri zamanı baş verə bilir: “Əslində, bərpa edilən obyektlərdə ilkin olaraq tədqiqat işləri aparılır, onun əsasında da layihə sənədləri hazırlanır. Amma araşdırma, tədqiqat işləri aparılmadan, layihələndirilmədən bərpa işləri aparılırsa, sözsüz ki, orada nöqsanlar olur. Tədqiqat işləri aparıldıqdan sonra tərtib edilən layihə əsasında bərpa işləri aparılırsa, nazirliyin Dövlət Xidmətində təsdiqlənirsə, biz çalışırıq ki, heç bir nöqsan olmasın. Belə hallar çox vaxt rayonlarda olur. Hansısa bir fiziki şəxs, yaxud təşkilat tərəfindən bizdən xəbərsiz bərpa işləri aparılarkən nöqsan müşahidə edildikdə bu halın qarşısını təxirə salmadan alırıq”.

Nazirliyin nəzdindəki Dövlət Xidmətindən xəbərsiz yerlərdə bərpa işləri necə aparıla bilər?

T.Kərimli qeyd etdi ki, bu çox zaman təsadüfən baş verir, yəni bərpa işini aparan adam, təşkilat bunun tarixi abidə olmasından xəbərsiz olur: “Tutalım, bir məsciddə bərpa işləri aparırlar, amma həmin məscidin tarixi abidə olduğunu bilmirlər. Məlumat bizə çatanda gedib görürük ki, burada xeyli iş görülüb, onun qarşısını alırıq. Yaxud da hansısa sahibkar bir ərazini özəlləşdirib, buradakı abidə də onun şəxsi mülkiyyətinə daxil olub. Tədqiqat işləri aparılmadan, layihə tərtib edilmədən bizdən xəbərsiz orada bərpa işləri aparılır. Biz hadisə yerinə gedib onlara qaydaları izah edirik. Belə hallar olur. Biz isə həmişə onlardan tələb edirik ki, layihə olsun və bərpa işləri layihə əsasında aparılsın. Bərpa işləri də mütəxəssislər tərəfindən aparılmalıdır. Nazirliyin icazəsi olmadan həyata keçirilən bərpa işləri zamanı nöqsanlar ola bilər və bununla bağlı məlumat olursa, dərhal bu işin qarşısı alınır” - deyə T.Kərimli bildirdi.  

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ