Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ümumi türk dili əlifbası müzakirələri yenidən qızışıb...

Image


Bir kökdən, eyni mədəniyyətdən rişələnən türk xalqları bu gün yenidən birləşməyə başlayıblar. Uzun illər bir-birindən ayrı salınan türkdilli xalqlar artıq öz ortaq tarixini, dilini, əlifbasını formalaşdırmaqdadırlar. 70 il SSRİ tərkibində olmuş türkdilli respublikaların ortaq dilinin və əlifbasının yaradılması aktuallaşıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mətbuata açıqlamasında bildirib ki, hazırda dünya türkoloqları ortaq türk əlifbasında 34 hərfin olmasını təklif edirlər.

M.Nağısoylunun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən tədbirdə Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov tərəfindən hazırlanmış latın qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün ortaq əlifba kimi qəbul olunub: “Amma bu əlifba sonra tətbiq edilməyib. Həmin əlifbada ən çox Azərbaycan dilinin əlifbasındakı hərflər əsas götürülüb. Çünki Azərbaycan dilində 32 hərf var, digər türkdilli ölkələrdə isə hərflərin sayı azdır. Məsələn, Azərbaycan dilində olan "ə", "x" hərfi və səsi o biri əlifbalarda yoxdur. İndi isə əlifbanın 34 hərfdən ibarət olması təklif edilir. Orada da qıpçaq qrupu dillərinin xüsusiyyəti nəzərə alınır. Əlifbada xüsusilə də "sağır nun" hərfinin olması təklif edilir. Özbəklər də, türkmənlər də "nq" səsini işlədirlər, yəni onlar "mənə" deyil, manqa deyirlər, bu "n"nın üstündə dalğalı işarə qoyulur. Klassik mətnlərdə də bu hərf var”.

  • “...türk dövlətləri yeni anlayıblar ki, ortaq əlifba kimi...”

Filologiya elmləri doktoru, professor, tanınmış türkoloq-alim, Azərbaycanın sabiq təhsil naziri F.Cəlilov “Bakı-Xəbər”ə bildirdi ki, vaxtilə onun təklifilə ortaq türk əlifbası türkdilli respublikalar tərəfindən qəbul edilib. “O əlifbanı mən yaratmamışam. Həmin əlifba 1939-cu ilə kimi Azərbaycanda işlənirdi. Mən, sadəcə olaraq, 1992-ci ildə İstanbulda türk ölkələrinin ortaq türk əlifbası simpoziumunda həmin əlifbanın ortaq türk əlifbası kimi qəbul edilməsini təklif etdim. Bu simpoziumda türkdilli ölkələrdən gələn alimlər iştirak edirdilər. Bu simpoziumda 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul olundu. Bu əlifbada elə hərflər var ki, bizim dildə onun səsi yoxdur. Biz o səsləri işlətmədiyimiz üçün onları Azərbaycanda işlənən əlifbaya salmadıq. Məsələn, biz dağ deyirik, qıpçaq qoluna aid türklər tau deyir. Deyək ki, qazaxlarda hər hansı səs yoxdursa, amma əlifbada var, o da onu işlətmir. Bu mənada, hər bir türk xalqının konkret olaraq 28, 29, 30, 31, 32 say həcmində əlifbası olur. Amma bunların hamısı ortaq türk əlifbasının hərfləridir. Ona görə ki, türk xalqları bir-birinin yazılarını oxuyub başa düşsünlər. Bu mənada, o vaxt həmin dövrdə o əlifba qəbul edildi. 1991-ci ilin payızında mən həmin əlifbanı bizim parlamentdən keçirdim. O gün-bu gün, biz artıq ortaq əlifbanı işlədirik”.

Ortaq türk əlifbasının bütün türk dövlətləri tərəfindən geniş tətbiq edilməsinə gəlincə, F.Cəlilov qeyd etdi ki, 28 ildir bu, Azərbaycanda tətbiq olunur və onun işləkliyi təmin edilir. Digər türk respublikalarına gəlincə, F.Cəlilovun sözlərinə görə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tatarıstan da bu əlifbaya keçib. “34 hərfdən ibarət həmin əlifbaya tatarlar da keçdi, düzdür, bir müddət onlara bu əlifbadan istifadə etmək qadağan edildi. Azərbaycandan fərqli olaraq, ortaq türk əlifbasına keçən türk respublikalarının bəzilərində həmin əlifbaya müəyyən dəyişikliklər edilib. Bu dəyişiklikləri edən türk dövlətləri yeni anlayıblar ki, ortaq əlifba kimi Azərbaycanda tətbiq olunan əlifbanı götürməlidirlər. Biz o vaxt Türkiyənin əlifbasını da ortaq əlifbaya daxil etdik ki, fərq yaranmasın. Türkiyə alimləri də o vaxt dedilər ki, biz də bura 3-4 hərf əlavə edəcəyik ki, həmin ortaq əlifba olsun. Ancaq onlar indiyə qədər bunu edə bilməyiblər”.

F.Cəlilov mövcud ortaq türk əlifbasının bütün türk respublikalarında işləkliyinin tam təmin edilməsinin vacib olduğunu dedi. O hesab edir ki, ortaq əlifba, ortaq dil və ortaq tarixin formalaşdırılması əlaqələrimizi daha da dərinləşdirir. “Bilirsiniz, ortaq türk əlifbasının tətbiq edilməsi türk ölkələrinin birliyi yolunda atılan ilk addımdır. Bu birliyi ifadə edən müxtəlif məsələlər var və ilk pillədə əlifba dayanır. İkinci pillə təhsildir, 3-cü pillə parlamentlər arasındakı əlaqədir, 4-cü iqtisadi əlaqələrdir və s. Bunlara nail olmaqla ortaq türk birliyinə addımlamış oluruq. Amma ilk addım əlifba ilə bağldıır.

1992-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə təhsil nazirlərinin zirvə toplantısı keçirilirdi. Orada biz türk ölkələri olaraq ortaq dərsliklər yaratmağı, hazırlamağı qərara almışdıq. Yəni eyni dərslik bütün türk ölkələrində tədris edilsin. Mən Bakıya qayıtdıqdan sonra ortaq türk coğrafiyasının proqramını və dərsliyini hazırladıq. Bildiyim qədər, indiyə qədər də o tədris olunur. Amma bu təkcə bizdə tətbiq olundu, başqa türk ölkəlrində bu olmadı. Sonra mən işdən ayrıldım və o iş yarımçıq qaldı. İndi isə eşitdiyimə görə, ortaq türk tarixi yaradılır”.

Azərbaycanın həmişə türkoloji düşüncənin beşiyi başında dayandığını qeyd edən F.Cəlilovun sözlərinə görə, ortaq türk əlifbasının da bütün türk respublikalarında tətbiqi ideyası Azərbaycanda səsləndirilib: “İlk Türkoloji Qurultay da 1926-cı ildə Bakıda keçirilib. Hələ Birinci Türkoloji Qurultayda qərar qəbul edilmişdi ki, bütün türk respublikaları ortaq əlifbaya keçsin. O vaxt komissiya yaradıldı və layihə hazırlandı, bütün türk dövlətləri ortaq əlifbaya keçdi. 1939-cu ilə qədər bu əlifbadan istifadə edildi. Sonra Stalinin göstərişi ilə Azərbaycanda və digər türk respublikalarında kiril əlifbasına keçildi”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ