şənbə günü, 10 oktyabr 2026
     

Kamandar Eyvazlı - 55

Image


55 yaşlı tanınan şair-jurnalist Kamandar Eyvazlı özünəməxsus nəfəsi olan, öz cığırı, yol-ərkanı bəlli qələm adamlarındandır. Ömrünün çox böyük hissəsini yazıya, sözə xərcləyən, bununla da təsəlli tapan və oxucularının könlünü dilləndirən şair hər il yeni şeirlərini "Bakı-Xəbər"ə təqdim edir. Bu dəfə də Kamandar Eyvazlı yeni söz sovqatı ilə redaksiyamızın qapısını döydü. K.Eyvazlının 55 illik yubileyi münasibətilə qəzetimizin bu sayında onun yeni şeirlərini təqdim edirik.  
İradə SARIYEVA

Olum
(Eloğlum, dəyərli insan 
Namiq İsmayılova)
Yaman vaxtda gərək oldun,
Gərəyinə qurban olum.
Kömək oldun, dirək oldun,
Dirəyinə qurban olum.

Nə dərdimi sual eylə,
Nə halımı xəyal eylə.
Çörək verdin, halal eylə,
Çörəyinə qurban olum.

Taleyi kəm, bəxti qara,
Şair hara, sevinc hara?
Qucaq açdın Kamandara,
Ürəyinə qurban olum.

Hayıf
İl gəlib calandı ilə, bilmədim,
Bir dəfə yanına gələ bilmədim.
Əhvalın necədi, bilə bilmədim,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Aradan gör neçə fəsillər ötdü,
Həm yaxşı, həm də ki, pis illər ötdü.
Nəsillər dəyişdi, nəsillər ötdü,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Oxşarın, bənzərin, tayın harda var?
Günəşin, ulduzun, ayın harda var?
Payızın harda var, yayın harda var?
Hayıf sizə dağlar, min dəfə hayıf.

Göyündə dumanı, çəni görürəm,
Yerində bitməyən dəni görürəm.
Gecələr yuxuda səni görürəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Sənsiz ocağımın odu azalıb,
Doğması dağılıb, yadı azalıb.
Ağzımın ləzzəti, dadı azalıb,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Bir də o bağçanı-bağı deyirəm,
Gəzəydim hər axşam çağı deyirəm.
Adını çağırıb ağı deyirəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Ayağım tutulub, yolum bağlıdı,
Sağım yaralanıb, solum bağlıdı.
Burdan sənə tərəf yolum bağlıdı,
Hayıf sizə dağlar, min dəfə hayıf.

İndi dərələrdən selin yığılmır,
Cəm olub bir yerə, elin yığılmır.
Çiçəyin dərilmir, gülün yığılmır,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Nə yükdü çiynimə götürdüm, billəm,
Gələndə mən nəyi gətirdim, billəm.
Sizinlə nəyi də itirdim, billəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Kamandar gedəmmir o dağa, hayıf,
Dözür bu həsrətə, bu dağa, hayıf.
Müqəddəs saydığım torpağa hayıf,
Hayıf sizə dağlar, min dəfə hayıf.

Yaşındayam
Bir ömürdü, yol gedirəm,
Atım yoxdu, maşındayam.
Hərdən dərin dərələrdə,
Hərdən dağlar başındayam.

Hər qarışda qalır izim,
Hər yoxuşda mənim sözüm.
Axtarsanız kəndimizin
Torpağında-daşındayam.

Damcı-damcı axılaram,
Yerə düşüb yox olaram.
Bir yel əssə yıxılaram,
Dərin yarğan qaşındayam.

Ay Kamandar, getdi günlər,
Neçə gecə, neçə səhər.
Gələn ilə döz bir təhər,
Ata-baba yaşındayam.

Yorulmuşam
Yazı-yayı keçib gəldim,
Qarlı qışda yorulmuşam.
Yoxuş qalxdım, zirvə gördüm,
Yastı döşdə yorulmuşam.

Yolum haqqın yolu oldu,
Sağı oldu, solu oldu.
Nə gördümsə dolu oldu,
Yalan işdə yorulmuşam.

Məndən soruş həsrət nədi,
Sevgi nədi, nifrət nədi.
Uzun ömrə heyrət nədi,
Mən bu yaşda yorulmuşam.

Torpaq əkdim, yorulmadım,
Zülüm çəkdim, yorulmadım.
Qala tikdim, yorulmadım,
Qalıb boşda yorulmuşam.

Qismət budu, verən verib,
Kim becərib, kim də dərib.
Mən şəhərdə ömür sürüb
Dağda-daşda yorulmuşam.

Ürəyimdə yanır ocaq,
Gözümdə var qaynar bulaq.
Çəkdirdiyim son şəklə bax,
Bu duruşda yorulmuşam.

Ayı-günü izləyirdim,
Kamandara döz deyirdim.
Səksən beşi gözləyirdim,
Əlli beşdə yorulmuşam.

Gözəl
Boyuna sözüm yox, yerişin əla,
Gəlişin, gedişin, görüşün əla,
Baxışın əladı, duruşun əla.
Bu nə teldi, bu nə sığal, bu nə əl,
Gözəlim, gözəlsən, gözəldən gözəl!

Mən sənə parlayan ay deyəmmirəm,
Mən sənə çağlayan çay deyəmmirəm.
Tanrının verdiyi pay deyəmmirəm,
Gəlmisən ömrümə sən ondan əvvəl-
Gözəlim, gözəlsən, gözəldən gözəl!

De, hansı eldənsən, elinə qurban,
Baxıb bəslədiyin gülünə qurban,
O şirin ləhcənə, dilinə qurban.
Hardaydın, çıxmırdın qarşıma əzəl-
Gözəlim, gözəlsən, gözəldən gözəl!

Düşdün Kamandarın elə vaxtına,
Neyləyim, əl çatmır bəylik taxtına,
Olsun qismətinə, olsun baxtına.
Bir kiçik hədiyyə bu şeir, qəzəl,
Gözəlim, gözəlsən, gözəldən gözəl!

Ay ellər
Ötüşən hər ayda, gündə dəyişdim,
Sıxlaşan dumanda, çəndə dəyişdim.
Məni qınamayın, mən də dəyişdim,
Görün indi nə haldayam, ay ellər!

Bu vaxtımda çatan hanı haraya,
Bu ağlımla mən gedirəm haraya?
Kimlər saldı bu həsrəti araya,
Görün indi nə haldayam, ay ellər!

Mənim daha günəşim yox, ayım yox,
Payızım yox, baharım yox, yayım yox,
Çəmənim yox, çiçəyim yox, çayım yox,
Görün indi nə haldayam, ay ellər!

Axşam-səhər yaş kəsilmir gözümdən,
Ürək gülmür, qəlb açılmır sözümdən.
Baş açmıram hərdən özüm-özümdən,
Görün indi nə haldayam, ay ellər!

Ayrılanım, gedənim var nə qədər,
Qırılanım, itənim var nə qədər,
Qeybətimi edənim var nə qədər,
Görün indi nə haldayam, ey ellər!

Kamandaram, səsə-ünə alışdım,
Açılmayan min düyünə alışdım.
Yetim ömrə, kasıb günə alışdım,
Görün indi nə haldayam, ay ellər!

Deyirəm
(Məhəbbət Kazımovun xatirəsinə)
Gecə ürəyimdə, gündüz dilimdə,
Laçın söyləyirəm, Laçın deyirəm.
Bəzən silah olur qələm əlimdə,
Qaçın qabağımdan, qaçın, deyirəm.

Nə oldu, istəkdən-sevgidən oldu,
Qapqara saçlarım dümağ dən oldu.
İl ötdü, ay getdi, ömür tən oldu,
Ey ayım-günəşim, saçın, deyirəm.

Görün o dağlarda nələr qalıbdı,
Kim ağlar, kim də ki, gülər qalıbdı.
Nə vaxtdı Kamandar mələr qalıbdı,
Açın o yolları, açın, deyirəm,
Gecə də, gündüz də Laçın deyirəm.

Dondum
Bu nə tale, nə qismətdi,
Qışda yanıb, yayda dondum.
Dərya məni üşütmədi,
Çimdim, dayaz çayda dondum.

Onda bildim kədər nədi,
Ömrü vermək hədər nədi,
Qismət nədi, qədər nədi,
Vaxtsız düşən vayda dondum.

Dağ çəkildi ürəyimə,
Ox vuruldu kürəyimə.
Bayis oldu çörəyimə,
Neçə insan, sayda dondum.

Ay Kamandar, çox ağlama,
Aya, ilə bel bağlama.
Yeri gəlib de, saxlama,
El qaldıran vayda dondum.

Görəsən
(Hörmətli müəllimim 
Məsim Qasım oğluna)
Əlac gəzdim, tapammadım dərdimə,
Dərman varmı bizim eldə görəsən?
Bölüşməyə kədəri mən, dərdi mən,
Loğman varmı bizim eldə görəsən?

Vaxtlı-vaxtsız heç bilmirəm biz niyə
Düçar olduq bir bu qədər itkiyə?
Heç olmasa innən sonra dözməyə
Güman varmı bizim eldə görəsən?

Kamandarı tanımırsan elə də,
Dərdi onu salıb dildən dilə də.
Ölüm saçan, qan ağlayan hələ də
Tufan varmı bizim eldə görəsən?

Sehr
Saz sinədə, göz bəbəkdə ağladı,
Bu aləmin sirri nəydi, sehri nə?
Aram-aram elə coşdu, çağladı,
Məni saldı barmaqların sehrinə.

Ayrılığı qana-qana çaldı o,
Olanları ana-ana çaldı o,
Alovlandı, yana-yana çaldı o,
Dözəmməyib bu dünyanın qəhrinə.

Ay Kamandar, hekayətdi, gördün ki,
Yuxu deyil, həqiqətdi, gördün ki,
Ədalət də Ədalətdi, gördün ki,
Yaman düşdün bu ovqatın təhrinə.

Kəndimin
Belə söyləyirlər gəlib-gedənlər
Azalıb şirini-balı kəndimin.
Bulaqlar üstündə əvvəlki kimi
Açılmır süfrəsi, xalı kəndimin.

Ağaclar boy atmır barı düşəndən,
Yarı quruyannan, yarı düşəndən,
Şaxtası, çovğunu, qarı düşəndən
Çoxalıb saçının çalı kəndimin.

Şair Kamandarın özü də deyir,
Söhbəti də deyir, sözü də deyir,
Yanan ocaqların közü də deyir
Yamanca dəyişib halı kəndimin.

Ötən günlər sorağında 
Qarşımda şəkil var, sənə oxşayır,
Başımda duman var, çənə oxşayır,
Saçına ağ düşüb, dənə oxşayır,
Tanıya bilmirəm həmin gözləri,
Mən necə qaytarım ötən günləri?

Yadına düşürmü, biz görüşərdik?
Verib bir-birinə söz, görüşərdik,
Vaxtına-vədinə düz, görüşərdik,
Bölüb saatları-dəqiqələri,
Mən necə qaytarım ötən günləri?

Səni qısqanardım deyib-güləndə,
Dərsə mənsiz gedib, mənsiz gələndə.
Sən sağa baxanda, sola dönəndə
Cırıb dağıdardım kitab-dəftəri,
Mən necə qaytarım ötən günləri?

Biri elm öyrənib, dərs oxuyardı,
Biri dostlarıyla birgə olardı.
Mənim bir adətim, bir işim vardı-
Gəzərdim arxanca bütün şəhəri,
Mən necə qaytarım ötən günləri?

Budur, həmin guşə, həminki təhər,
Səni gözləmişəm burda hər səhər.
Mindiyin avtobus gələnə qədər
Sayardım yığdığım son qəpikləri,
Mən necə qaytarım ötən günləri?

Bu duyğu payızın əsən yelimi?
Bu həsrət dağların axan selimi?
Ən əziz xatirə kitabı kimi
Açıb vərəqlədim keçən illəri,
Mən necə qaytarım ötən illəri?

Bu şəkil necə də oxşayır sənə,
Bu duman necə də oxşayır çənə...
Bir zaman gözəl tək əzizdin mənə,
Bu günsə ana tək... el bəxtəvəri,
Mən necə qaytarım ötən günləri?

Mənimdi
Göz açıb yummamış əllini keçdim,
Alnıma yazılan bu yaş mənimdi.
Özüm istədiyim bir yolu seçdim,
Bu ağıl, bu kamal, bu baş mənimdi.

Yanan ocaqlara pərvanə oldum,
Eşqdən alovlanıb divanə oldum,
Mən necə dağılıb biranə oldum,
Bu nəmli göz üstə bu qaş mənimdi.

Kamandarla hər bir adam danışar,
Küsən varsa gələr, görər, danışar.
O çay daşı məzarıma yaraşar,
O daşa dəyməyin, o daş mənimdi.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ