Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, alman rəsmi İohann Vadefulun Azərbaycanla sülh sazişinin imzalanması üçün ilkin şərt kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zərurəti barədə fikirləri suveren dövlətin daxili işlərinə qarışmaqdır.
Zaxarovanın sözlərinə görə, Vadefulun Ermənistan və Azərbaycana səfərləri zamanı səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir və Avropa İttifaqının “dağıdıcı fəaliyyət xətti” ilə üst-üstə düşür. O qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqazda narrativləri konstruktiv inkişafa nail olmaq deyil, Rusiyanı sıxışdırıb regiondan çıxarmaq və yeni gərginlik ocaqları yaratmaqdır.
SAMİRƏ