şənbə günü, 10 oktyabr 2026
     

Şövqü Təbrizinin əlyazmasını üzə çıxara bilsək...

Image


Əlyazma xəzinəmiz - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu


Tarixdən-tarixə yadigar qalan milli-mənəvi dəyərlər, mədəniyyət abidələri, kitabələr xalqın dünyagörüşünü, mədəniyyətini, söz-fikir tarixini əks etdirir. Azərbaycan xalqının qədim, zəngin mədəniyyət, ədəbiyyat, söz xəzinəsinin olduğu məlumdur. Bu xəzinəni el yaradıb, el içindən çıxan, xalqa köynək-köynək yaxın olan şairlər, yazarlar, mütəfəkkirlər, fikir adamları ərsəyə gətirib, muncuq kimi düzüb.
Bilirik ki, Azərbaycan ədəbiyyatına, folkloruna aid saysız əlyazmalar mövcuddur, onların bir çoxunun orijinalı xarici muzey, arxiv və kitabxanalardadır. "Kitabi-Dədə Qorqud" abidəsi bu nümunələrin sırasında müstəsna yer tutur. Əlyazmaların bir hissəsi isə Azərbaycandadır. O əlyazmalar çox böyük qayğı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunur, saxlanır, mətnləri üzərində iş aparılır, kitab şəklində çap olunur. Mübaliğəsiz deyərdim ki, Əlyazmalar İnstitutu gerçək bir dəfinədir, burada xalqın fikir, söz dəfinəsi, xəzinəsi qorunur. Onu da bildirək ki, Azərbaycan şairlərinin, mütəfəkkirlərinin, qələm adamlarının əlyazmaları, klassiklərin divanlarının nüsxələri bu xəzinəyə daxildir.
Azərbaycanda qədim əlyazmaların tarixinə gəlincə, alimlər ortaya çox maraqlı araşdırma qoyub. Bir zamanlar şairlərin şeirləri şifahi şəkildə yaddaşlardan-yaddaşlara ötürülürdüsə, yazı meydana gəldikdən sonra onlar yazıya gətirildi.
Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində ilk kitabın XI əsrdə yazıldığı məlumdur. Onların bildirdiyinə görə, orta əsrlərdə Azərbaycan ərazisində türk, ərəb və fars dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın ən məşhur kitablarının ölkəyə gətirilməsi ilə milli kitab mədəniyyətimiz xeyli zənginləşib. Alimlərin üzərində işlədiyi mənbələr bu dövrdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.
Əlyazmaların toplanması nə qədər nəcib işdirsə, onun qorunması da o qədər gərəkli və vacibdir. Məsələ burasındadır ki, sovet hakimiyyəti qurulana qədər əlyazmalar ailələrdə, evlərdə, alim və şairlərin kitabxanasında olardı, lakin sovetləşmədən sonra bu işə maraq çoxaldı və əlyazmaların toplanması gündəmə gəldi. Əlyazmaların toplanma və mühafizəsi tarixinə ekskurs etməzdən əvvəl istəyirəm ki, bəzi məqamları yada salım. Bilirik ki, Azərbaycan ərazisində qədim çağlardan yazı mövcud olub və alim, mütəfəkkir və şairlərin əsərlərinin əlyazmaları mövcud olub. Burada ürək ağrıdan məqamlardan biri odur ki, bu əlyazmaların böyük bir qismi bolşeviklər tərəfindən müsadirə edilərək məhv edilib. Nə qədər alimin əsərinin əlyazması tonqalda yandırılıb. Xeyli sayda əlyazma qorunmaq məqsədilə torpağa basdırılıb, lakin çürüdüyündən ələ gəlməyib. Repressiya illərində tədqiqatçıların min əziyyət hesabına topladığı əlyazmaların böyük bir hissəsinin taleyi hələ də məlum deyil.
İndi isə əlyazmaların toplanma tarixinə nəzər salaq.
Tədqiqatçılar qeyd edir ki, 1924-cü ildə xalqın yazılı irsinin qorunması məqsədilə bir çox ziyalının təşəbbüsü ilə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilir. Bu iş 1929-cu ildən həyata keçirilməyə başlanır. Tədqiqatçılar yazır ki, toplanmış abidələr Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlayıb, sonralar Akademiyanın müxtəlif müəssisələrində saxlanıb. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırıb və Azərbaycan Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan EA Respublika Əlyazmalar Fondu (RƏF) yaradılması haqqında qərar qəbul edib. Keçən əsrin 80-ci illərində artıq RƏF Akademiya sistemində özünə layiqli yer tutan bir institut səviyyəsində fəaliyyət göstərirdi. Bunun nəticəsi olaraq 1986-cı ildə Azərbaycan EA Əlyazmalar İnstitutu yaradılır.
Əlyazmalar İnstitutundan verilən məlumata görə, bu gün Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır və Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir.
Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov (Əlioğlu) "Bakı-Xəbər"-ə açıqlamasında bildirdi ki, hazırda Əlyazmalar İnstitutunun kolleksiyasında ümumi sayı 40 mindən artıq müxtəlif xarakterli materiallar saxlanır: "Bunlardan 12 minə yaxını əlyazma kitabıdır (hər kitabda orta hesabla 4-5 əsər yazıldığını nəzərə alsaq, 40 mindən yuxarı əsərin əlyazmasıdır), qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərini, daşbasma və əski çap kitablarını, əski dövri mətbuat materiallarını, foto və kserosurətləri, mikrofilmləri, həmçinin azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir.
P.Kərimov mənimlə söhbətində qeyd etdi ki, Əlyazmalar İnstitutu bir ay əvvəl olduqca dəyərli bir əlyazma alıb: "Son zamanlar ən dəyərli əlyazmanı bir ay bundan əvvəl Türkiyə Milli Kitabxanasından gətirmişik. Bu, 16 əsrin çox görkəmli şairi Şövqü Təbrizinin Azərbaycan dilində olan əlyazmasıdır. Əlyazmanın həcmi çox böyükdür. Burada şairin 30-dan artıq müxəmməsi, aşıq şeiri üslubunda yazdığı nümunələr və digər janrda qələmə aldığı şeirlər toplanıb. Çox dəyərli əlyazmadır. Hesab edirəm ki, bu əlyazmanı üzə çıxarıb kitab şəklində çap edə bilsək, bu, ədəbiyyatşünaslığımız üçün böyük hadisə olacaq. Şövqü Təbrizi yüz ilə qədər ömür sürüb. Şah Təhmasibin dövründə yaşayıb, Hindistana səfər edib. O, böyük bir külliyyat qoyub gedib. Onun əlyazmasının misli yoxdur".
Bildirim ki, min illik bir dövrü əhatə edən Azərbaycan və digər müsəlman şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin, demək olar, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunur.
Keçən əsrin 50-80-ci illərində Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmaşünaslığının bir sıra sahələrinin əsası qoyulub, bununla da "Kitabi-Dədə Qorqud"un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. bir sıra klassiklərin irsi öyrənilib və əsərləri nəşr olunub.
Qeyd edək ki, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanır və dərc olunur. Hazırda burada türk, cığatay, fars, ərəb və başqa dillərdə 40000-ə yaxın sənəd var. Onlardan 11 000-dən çoxu qədim əlyazma əsərləridir. Bu mətnlər bizə orta əsrlərdə insanların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda məlumat verir.
40 min müxtəlif material toplanan Əlyazmalar İnstitutunun 3 əlyazması UNESCO-nun əlyazmalar irsinə daxil olub.
İnstitutun ən dəyərli sənət incilərindən biri də XII əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şeirlər toplusu olan "Xəmsə"nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülüb. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazmanı yaradarkən əldə etmək mümkün olan ən qədim "Xəmsə"ni alıb və özünün əlyazmasının üzünü ondan köçürüb. Mətn XV əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb. Hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə aid miniatürlər var.
Tədqiqatçıların qeydlərinə görə, Əlyazmalar İnstitutunda Sənainin "Həqiqət Bağı" (1625-ci ildə yazılıb), Əmir Xosrov Dəhləvinin "Səkkiz Behişt" (1579), Nizami Gəncəvinin "Yeddi gözəl" (1636), Urfinin "Divan" (XVII əsr), Hafiz Şirazinin "Divan" (1584), Məktəbinin "Leyli və Məcnun" (XVII əsr), Əmir Şahinin "Nuşafərin və Gövhərtac" (1829), "Divan" (1573), Məhəmməd Füzulinin "Divan" (XVII əsr) əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitab var.
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapıb. Nizaminin "Xəmsə"sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnunun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.
Məlumat üçün qeyd edim ki, İnstitutda olan digər vacib tibbi əlyazma Şəmsəddin ibn Kəmaləddin Kəşaninin "Bədənlərin ruhları" (Ərvah əl-Əcsad) əsəridir. Bu tibbi ensiklopediyanın üzü XVII əsrdə su nişanları olan yüksək keyfiyyətli Avropa kağızına köçürülüb. Kəşani öz kitabında sadədən mürəkkəbə doğru hər bir dərman və xəstəliyin geniş şərhini verir. Kitabı yazmamışdan əvvəl Kəşani qədim və orta əsrlər təbibləri Hippokrat, Qalen, Zəkəriyə Razi, İsmayil Qurqani (Cürcani) və İbn Baytar da daxil olmaqla öz sələflərinin əsərlərini diqqətlə öyrənib. Onun ensiklopediyası çox unikal və nadir əsərdir. Çünki bu əsər haqda məlumat, Əlyazmalar İnstitutundan başqa, dünyanın heç bir kataloq və mənbələrində öz əksini tapmayıb. Tədqiqatçılar qeyd edir ki, Məhəmməd bin Əbubəkr əş-Şəfi tərəfindən XV əsrdə yazılan "İrşadül-Mühtac ilə şərhül-minhac" əsəri hüquqa aiddir. Bu əsərdə Əbubəkr "Minhacüt-tibin" kimi tanınan müsəlman qanunu (fiqh) üzrə ən geniş və məşhur əsərin izahını verir. "Minhacüt-tibin" əsəri XIII əsr tanınmış hüquqşünası olan İmam Mühyəddin Əbu Zəkəriyyə Yəhya bin Şərəf ən-Nəvai əş-Şəfii tərəfindən yazılıb. "Əl-İrşad"ın Bakı əlyazması böyük maraq doğurur. Belə ki, o, müəllifin öz əli ilə köçürülüb. Tədqiqatçılar deyir ki, burada diqqəti cəlb edən digər bir nadir əsər XV əsr astrologiyasına dair türk əlyazması "Kitabüt-Təncim"dir. Onun müəllifi olan azərbaycanlı alim Hoca ibn Adili İbray müxtəlif bürclər, ulduz və planetlərin insan taleyinə təsiri haqda və ulduz falını hazırlamaq və oxumaq barədə məlumat verir.
Əlyazmalar İnstitutunda saxlanan, qorunan, tədqiqata cəlb olunan, kitablaşan əlyazmaların hər biri çox dəyərlidir və onlar qədirşünaslar tərəfindən dəyərləndirilir.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ