çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanın toy adətləri - Qərbi Zəngəzur da daxil...

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında Qərbi Zəngəzur da daxil olmaqla Qərbi Azərbaycanın toy adətlərindən danışmaq istəyirik. Milli etnoqrafiymızda toyun xüsusi yeri var və xalq olaraq toy adət-ənənələrini minilliklərdən bəri yaşadırıq. Azərbaycan toyunun müxtəlif bölgələr üzrə özünəməxsusluqları var və hər bölgədə başqa bölgələrdən fərqli adətlər, ayinlər mövcuddur.

16 mahaldan ibarət olan Qərbi Azərbaycanın hər mahalının özünə məxsus toy adətlərinin olduğu məlumdur.

Armud agacı haça haxışta,
Əlim dolaşdı saça haxışta,
Qardaşıma qurban olum haxışta,
O gedir qaça-qaça haxışta.

Başdan deyək ki, haxıştasız Azərbaycan toylarını təsəvvür etmək olmaz. Qədimlərdən bu bir adət idi ki, indi də bütün bölgələrdə yaşayır.

Adı bəlli Qərbi Azərbaycan ellərində çox maraqlı toy adətləri olub ki, o toylar tarixdə iz salıb, hələ də yaddaşlardan silinməyib. Çox təəssüflər olsun ki, Qərbi azərbycanlıların deportasiyasından sonra ənənəvi toy adətlərinə də müəyyən dəyişikliklər edildi.

Vaxtilə mərhum professor Buludxan Xəlilov müsahibələrindən birində Qərbi Azərbaycanın toy adətlərinə diqqət çəkərək qeyd edirdi ki, toyda görülən bütün işlər ağsaqqal, ağbirçək xeyir-duası ilə baş tutmalı idi. “Toy onda gözəl olur ki, dədə-baba ocağında öz adət-ənənələriylə təşkil olunsun. İrəvan və onun ətraf bölgələrindəki toy adət-ənənələrinin bərpa olunması özümüzə qarşı dəyərin bərpa olunması deməkdir. Qərbi Azərbaycanda özünəməxsus elçilik adət-ənənələri var idi. Ana-atamız kimisə məsləhət görürdüsə deyirdi ki, get o adamın qapısından bir qara daş gətir həyətimizə qoy görək, bunun düşərliliyi olacaq ya yox.

Müqayisə üçün deyə bilərəm ki, türk xalqları içində nanayları oxuyan xalqlar çox azdır. Azərbaycan regionunun Ağbaba bölgəsində xınayaxdıda ən xarakterik mərasimlərdən biri nanayların oxunması idi. İndiki toylarda gəlini çırağın başına fırladırlar. Amma Qərbi Azərbaycan toylarında gəlini ya ocağın, ya da təndirin başına döndərirdilər. Bu, gəlinin öz evindən, ocağından xeyir-dua alması və köçdüyü ocağa aparması demək idi. Toyun əvvəlindən axırına qədər gəlinin üzü duvaq ilə örtülü olurdu. Heç kim gəlinin üzünü görməzdi. Ata evindən köçərkən gəlin özü ilə çörək, sandıq, eyni zamanda bir qazan halva aparardı. Bu, şirinlik əlaməti idi. İndi bu adət-ənənələr bir qədər dəyişib. Bundan əlavə, qız ata evindən gedəndə onun əlinə pul qoyub bağlayardılar. Yəni qız özü ilə getdiyi ocağa ruzi-bərəkət aparsın.

Gəlin gedəndə zurnaçılar ağlamalı hava çalardılar ki, ana balasından ayrıldığı üçün kövrəlsin. Nə qədər mənəm-mənəm deyən ana da olsa, o havanın təsirindən kövrəlirdi.

Keçmişdə oğlan evi bəzən gəlini uzaq yerdən gətirərdi. Həmin dövrlərdə də at nəqliyyat vasitəsi kimi aparıcı rol oynayırdı. Ona görə də Qərbi Azərbaycanda da gəlini atla gətirərmişlər.

Gərək bu adət-ənənələrin hamısını olmasa da, bir çoxunu qoruyub saxlayaq. Bu adət-ənənələr özünəməxsusluğunu itirməsin. Tariximizin, keçmişimizin yaşaması üçün bölgəmizə məxsus adətlərimizi yaşatmalıyıq”. Mərhum professorun bu fikirləri Qərbi Azərbaycanın toy adətlərindən bir örnəkdir.

Ay Xınalı, Xınalı, Xınalı,
Səni ya bəy alı, ya xan alı, Xınalı 
Arpa gölü sərindir, suları çox dərindir,
Ya gözlərin şəvədir, ya şəvə gözlərindir.  
Ay Xınalı, Xınalı, Xınalı,
Səni ya bəy alı, ya xan alı, Xınalı

Tanınmış jurnlist-yazıçı Miraslan Bəkirli isə yazır ki, Qərbi Azərbaycan toylarında gəlinin, bəyin, sağdıç və solduçun geyimi xüsusi olardı. “Hətta gəlini aparan at belə bəzənər, boynuna ağ yaylıq bağlanardı. Bizim toylarımızda qadınların geyimi də fərqli olardı. Xanımlarımız həmişə yaşmaq çəkərdilər ağız nahiyyələrinə. Gəlinin üzü həmişə örtülü olardı, duvağı salınardı başına. Heç kəs gəlinin üzünü görə bilməzdi.  Elə ki, gəlin evdən çıxarılırdı həmin vaxt molla gəlib kəbini kəsməli idi. Elə ki molla evdən çıxdı artıq toyçular başlayırdı həzin musiqi çalmağa ki, gəlinin anası kövrəlib ağlasın bu da bir adət idi. Bu yaxşı mənada idi ki, ana qızını xoşbəxtliyə doğru yola salır. Gəlini atla aparmaq da qədim adətdən idi. Qız evindən oğlan evinə gedəndə də sürəkçilər olardı at sürərdilər. Burada da bir deyim vardı atını kim sürüb tez getsə idi ona pul verilirdi. Onda kəndin uşaqları qaçıb dağlara çıxırdı ki, görsün kimin atı daha tez gedib çatacaq. Ən əsası da ki, nişanlı qızlar dağa çıxardı ki, görsün at sürəkçiləri içərisində onun nişanlısı sürüb keçə biləcəkmi?   

Gəlin bəy evinə gəldikdən sonra oturması üçün mütləq qayınatası gəlib deməli idi ki, ay gəlin otur sənə bir inək bağışlayacam. Sonra gəlin oturarmış. Kəndlərimizdə əsas da Göyçədə toy olacağı günü təyin ediləndən sonra zurnaçılar kəndin başından başlayacaydı toy mahnılarını çalmağa qonum-qonşu, qohumu da yığacaqdı qabağına ta ki kəndin axırına kimi çalıb oynayacaqdılar. Bu zaman toyçulara pay tutular, pul verilərdi. Bütün el-oba şənlənərdi. Toylarımızın gözü idi aşıqların gəlişi. Elə ki, aşıq toya gəldi qız-gəlin, qoca-cavan o toyun ətrafına dövrə vurub baxardılar. Toylarda aşıqların xeyir-dua verməsi, ustadnamələr oxuması vacib idi. Ona görə Qərbi Azərbaycanda toylar aşıqsız ola bilməzdi. Ən maraqlısı da o olurdu ki, aşıqla camaat arasında dastanlar deyilirdi. Elə olurdu bu dastanlar 4-5 gün çəkirdi. Toy sahibi bu dastanın başa vurulması üçün toy məclisini davam etdirirdi. Məclisin sonu yemək süfrəsi açılırdı. Toy məclisində hər kəsin özünə məxsus oyun havası, oyun növü vardı. Demək olar ki, toyumuzun əsasını da yallı rəqsi təşkil edirdi.  İlk yallını toyu edən evin ağsaqqalı başladardı sonra oğul-qız, gəlin, cavan-uşaq qoşulardı bu oyuna. Bizdə yallı qol-boyun olaraq oynanılar. Yallı rəqsini edən hər kəs öz səmimiliyini, sevincini bidirmiş olardı. Toylarımızın bir adəti də bəyin oğurlanması idi. Bu vaxt sağdıç və solduça əsas diqqət düşürdü. Qohumlar çalışırdı ki, hər ikisinin başını qatıb, bəyi oğurlasınlar. Əgər bəy oğurlansaydı, sağdıç və solduçun üzərinə nəmər düşürdü. Sabah bəyi oğurlayanlara quzu kəsib qonaqlıq verməli idi”-deyə M.Bəkirli vurğulayıb.

Millət vəkili, tanınmış şair Musa Urudun Zəngəzurun toy adətləri ilə bağlı məqaləsi həqiqətən də bu istiqamətdə təqdim edilən dəyərli bir mətndir. “… Zəngəzurda toylar adətən ilin yay aylarında olardı. Bunun başlıca iki səbəbi var idi:

- Birincisi, dağlıq yerin iqliminə, təbiətinə görə - ilin ən gözəl, ən bərəkətli, meyvə-tərəvəzin bol və ucuz olduğu fəsli sayıldığından toyları adətən yay aylarında, xüsusən iyunun ortalarından avqustun ortalarına qədər keçirirdilər.

- İkincisi, camaatın Bakıda, Sumqayıtda, Naxçıvanda, Gəncədə və Azərbaycanın digər yerlərində yaşayan xeyli övladları, qohumları var idi ki, bu “mövsüm” zəngəzurlular da adətən yay aylarında məzuniyyət götürərdilər və dincəlmək üçün Soçiyə, Kislovodskiyə, Karlovı-Varıya deyil, Zəngəzura, doğma yurdlarına gələrdilər. Bu səbəbdən də yayda Zəngəzur toyları təkcə bir mərasim deyil, çal-çağırlı, əyləncəli kütləvi mədəniyyət hadisəsi kimi qiymətli və maraqlı idi.

Kəndlərdə hər yay 5- 8, bəzi illərdə isə 10-dan yuxarı toy olardı. Toylar yazın əvvəlindən planlaşdırılar, toy sahibləri öz aralarında hər həftə biri olmaq şərti ilə növbəliliyi razılaşdırardılar.

Toya kənd camaatının hamısı başdan-başa dəvət olunardı. Hətta toy yiyəsinin kiminləsə küsülülüyü, düşmənçiliyi var idisə də, buna baxmayaraq, həmin adam da toya dəvət edilərdi. Dəvəti qəbul edib-etməmək isə qarşı tərəfin öz işi idi. Yəni, toya çağırmamaq toya gəlməməkdən daha böyük qəbahət sayılardı.

Toy 2-3 gün davam edərdi (adətən, cümə, şənbə və bazar günləri). Toydan bir-iki gün qabaq toy çörəyi bişirmə mərasimi olardı.

Zəngəzurda ailələr əsasən gənclərin qarşılıqlı sevgisi əsasında, qismən isə valideynlərin arzusu nəzərə alınmaqla qurulurdu. Oğlan qızın razılığını aldıqdan sonra öz “dərdini” ya özü birbaşa, ya da dostları vasitəsi ilə anasına çatdırardı (atalar ailənin “ağır artilleriyası” sayılırdı və yalnız vəziyyət ciddi şəkil aldıqdan sonra işə qarışardılar). Oğlanın anası, yaxud bacısı qız evinə “divardibi söhbəti”nə gedərdi. Oğlan tərəfin təklifi qız adamlarına çatdırıldıqdan bir neçə gün sonra oğlanın anası gələcək gəlinin ata evinə, qız anasının “ağzını aramağa” yollanardı. Razılıq varsa, növbəti mərhələ-elçilik başlanardı.

Elçiliyə oğlanın atası və anası, əmi-dayısı və digər ağsaqqallar gedərdilər (10 nəfərə qədər). Təxminən o qədər də adam qız tərəfdən yığışardı.

Əvvəllər elçiliyə bir yaylıq aparardılar, əgər razılıq əldə edilərdisə, oğlanın anası yaylığı gələcək gəlinin başına örtərdi. Son illərdə də yaylıq, yaxud bir nazik üzük aparardılar.

Elçilikdə adətən obrazlı, bənzətmələrlə, yarızarafat-yarıciddi söhbət aparılardı. Çox güman ki, razılıq əldə olunmayacağı halda pərtlik yaranmasın deyə söhbətin tonu əvvəlcədən bu cür seçilirdi.

Hər şey çaydan başlayardı. Ev yiyəsi süfrəyə çay gətirər, qonaqlar əllərini çaya uzatmazdılar. “Çayımıza – çörəyimizə nə gəlib, gəlinimizə məəttəlik” və s. bu yöndə söhbətlər məclisi şirinləşdirərdi.

Qız tərəfin ağsaqqalı “Allah xeyir versin, ağzınızı şirin eləyin” dedikdən sonra şirin çay içilərdi. Çay süfrəsindən sonra stola yemək-içmək gətirilərdi.

Elçiliyin bütün xərclərini qız evi çəkərdi. Elçilikdən sonra nişan mərasimi gəlirdi.

Nişanın xərclərini oğlan evi, bir qayda olaraq natura şəklində çəkirdi. Qızıl nişan üzüyü, qıza lazım olacaq nə qədər geyim və bəzək əşyaları var idisə, nişanda oğlan evi xüsusi dəm-dəsgahla qız evinə aparardı. Bircə ayaqqabı aparmazdı. Ayaqqabı sıxıntı, darısqallıq rəmzi sayıldığı üçün. Nişana qonaqları qız evi dəvət edərdi. Qonaq deyəndə, əslində kəndin bütün qız-gəlini nişanın iştirakçısı olardı. Hər adam bir xonça gətirərdi. Xonçanın içinə şirniyyat, parça, gəlin üçün paltar, ətir qoyulardı. Nişan musiqinin müşayiəti ilə keçirilərdi. Musiqiçiləri dəvət etməyə imkan olmadıqda maqnitafon və patefon da yarayardı.

Nişanda oğlan öz yaxın dostları ilə birgə iştirak edərdi. Üzüyü qızın barmağına oğlan evindən olan qadınlardan biri taxardı.

Nişandan bir müddət sonra oğlan bir, ya iki yaxın dostu ilə birlikdə əvvəlcədən xəbərdarlıq edərək qız evinə tanışlığa gedərdi”.

M.Urud qeyd edir ki, toy ərəfəsində söz kəsdi və paltar biçdi mərasimləri olardı, sonra toy  çörəyi bişirilərdi, toy çadırı qurulardı, toy xınası haxırlanar və toyun birinci axşamı həm də xına yaxdı ilə əlamətdar olardı. Bəyin oğurlanması, gəlinin gətirilməsi, toy ziyafəti, xonça axşamı və başqa adətlər Qərbi Zəngəzur toyunun əsas elementlərindən olub.

Heç şühbəmiz yoxdur ki, Qərbi Azərbaycan, Qərbi Zəngəzur elləri yenidən yurdlarına dönəcəklər və burada ənənəvi toy adətlərini yenidən canlandıracaqlar, ellərimizdə toy çadırları qurulacaq, qara zurnanın səsi dağları-daşları oynadacaq, aşıqların sazı ürəklərimizə nur çiləyəcək…

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ