çərşənbə günü, 07 oktyabr 2026
     

Ülviyyə Əliyeva Əliqismət Lalayevi ittiham etdi, cavabını isə belə aldı...

Image


Yerli teatrların çoxundan yaradıcılıq qoxusu yox, qalmaqal sədası gəlir. Uzun illər maliyyə böhranı içində olan teatrlara son illər dövlət tərəfindən çox ciddi dəstək göstərilir, tamaşalara pul ayrılır, teatrların hər ehtiyacı ödənilir.

Bundan başqa, teatrların aktyorlarına, rejissorlarına Prezident mükafatları, fəxri adlar, mənzillər verilir. Amma yenə də narazılıq var, amma yenə də dava-qırğın yaşanır. Aktyorlar çoxu teatr rəhbərlərinin ayrıseçkilik etməsindən, hər il Prezident mükafatna eyni adamların adlarının təqdim edilməsindən, direktorlara yaxınlığı ilə seçilənlərin fərqləndirilməsindən narazı olduqlarını dilə gətirirlər. Teatrlar isə narazıları, bir qayda olaraq, “yalan danışmaqda” ittiham edirlər. Bir sözlə, qarşılıqlı ittihamlar teatrlarımızda artıq kök salıb. Biz bunu neçə teatrın həyatında görmüşük.

Tamaşaçıların “Keyxanım” kimi tanıdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva da narazılıar sırasına qoşulub. Ü.Əliyeva teatrın rəhbərliyini bir sıra məsələlərdə ittiham edib. Akrtrisa mətbuata açıqlamasında bildirib ki, teatrın direktoru Əliqismət  Lalayev onunla ədavət aparır, illərdir fəxri ad və Prezident mükafatı almasına imkan vermir:“Mənimlə nəyi bölüşə bilmədiyini bilmirəm. Balığı sudan çıxarıb havasını kəsərsən a, o da elə davranır. Hətta bir dəfə mənə qarşı çox böyük haqsızlıq etmişdi. Teatrdan küsüb getmişdim, amma sənətdən uzaqlaşmamışdım. O ərəfələrdə “Üç bacı” serialı çəkilirdi, “Çal-çağır” da var idi. İki ildən sonra Əliqismət Lalayev çağırdı ki, gəl, sənə fəxri ad da, mükafat da verəcəyik. İki il də keçdi, mənə Xalq artisti Afaq Bəşirqızının “Mən dəyərəm min cavana” tamaşasındakı “Güldəstə” obrazını həvalə etdilər. İki-üç il də keçdi, gəlib dedim ki, bəs nə oldu? Qayıdıb dedi ki, sən hələ gözlə, səndən əvvəl gələnlər var. Dedim ki, yaxşı, mən həmişə böyük-kiçik yerini gözləmişəm. Sonra gördüm ki, hətta dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar. Nə qədər ki o insan oradadır, belə də olacaq, adım siyahıya heç vaxt düşməyəcək. Səbəbini bilmirəm”.

Ü.Əliyeva deyib ki, 25 ildir teatrda çalışır və oradakı çatışmazlıqları, nöqsanları yaxşı bilir. “Sağ olsun Prezidentimiz, teatra akademik statusunu verdi. Amma çox təəssüf ki, operetta teatrı olsaq da, operettadan başqa nə istəyirsiniz, oynayırıq. Əslində bütün aktyorlar gileylidir, sadəcə olaraq onların danışmağa cəsarəti yoxdur. Buna çox təəssüf edirəm. Biz yaradıcı insanıq. Direktorlar gəlib-gedir, amma biz qalırıq. Biz bu teatrın varisləriyik. Hər il tamaşalarımıza dövlət büdcəsindən maliyyə ayrılır. 60, 90, hətta 100 minlik dövlət sifarişli tamaşalarımız olur. Niyə mən “Beş manatlıq gəlin” tamaşasındakı paltarı “Bəxtiyar”da geyinməliyəm?! Fərqli-fərqli tamaşalardır. Teatrın iki metrə parçası yoxdur ki, aktrisanın əyninə başqa bir paltar tiksin?! Tamaşaçı eyni paltarı geyindiyimi hiss etməsin deyə, başqa aktrisanın evindən gətirdiyi jaketi geyinib çıxıram səhnəyə.

Bəlkə də Əliqismət Lalayev ona görə məni sevmir ki, həmişə sənətlə bağlı onunla mübahisə edirəm. “Psix” kimi tamaşalar teatrımızın spekisifikasına uyğun gəlmir. O “Psix”ə ayırdığınız pula ən azından “Talelər qovuşanda” tamaşasını qoyardınız. Rauf Hacıyevin musiqiləridir, bərpa edərdiniz o tamaşanı. “Kimyagər”, “Psix” kimə lazımdır axı?! Tamaşaçını niyə qaçırdırıq? Bəli, dramatik əsər olsun. Hər bir teatrın repertuarında 44 günlük Vətən müharibəsi ilə bağlı tamaşa olmalıdır. Bu bizim vətəndaşlıq borcumuzdur. Biz Musiqili Teatrıq, operetta oynamalıyıq. Musiqili teatr ixtisasını bitirən tələbələri götürmürlər ki, guya səsləri yoxdur, oxuya bilmirlər. Onlar dörd il vokal dərsləri alır axı. Özüm də o ixtisası bitirmişəm. Konservatoriyadan gətirirlər, oradan gələn uşaqların isə aktyorluq bacarığı yoxdur, hamısı ifaçıdır. Dövlət sifarişli ingilis dilində “Anamın kitabı” tamaşası qoyuldu. İngilis əlifbasını bilməyən aktyorlar guya 11 ay kurs keçdilər. 11 aya kim dil öyrənə bilir? İngilis dilini bilən tamaşaçılar baxıb gülürdülər. Belə bir vəziyyətdəyik”.

Ü.Əliyeva  “Səhvim o olub ki, bu yerlərə halal zəhmətim, təmiz adımla gəlmişəm, yaltaqlığım olmayıb, söz gəzdirməmişəm. Başqa nə səhvim ola bilər ki? Ömür boyu başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Bu açıqlamarı vermək mənim üçün xəcalətdir. Tamaşaçı bunu görməməlidir. Mən dilənçi deyiləm. Söhbət mükafatdan getmir. Söhbət ondan gedir ki, niyə həmişə hər şeydən kənarda qalmalıyam?! Bu mənim doğma teatrımdır. Mən üç direktor görmüşəm. Sən də, Əliqismət Lalayev, gedəcəksən, amma yaradıcı insanlar qalacaq. Bu səsi də, istedadı da mənə Allah verib. Bu istedadın qarşısını niyə alırsan? Nə vaxtadək haqsızlığa görə aktyorların ürəyi partlayıb öləcək? Heç biri də danışmayıb, abır-həya ediblər. Teatrın Bədii Şurası da yoxdur ki, gedib dərdimizi deyək. Hər şeyə direktor qərar verir”-deyə bildirib.

Ü.Əliyevanın ittihamları kifayət qədər ciddi ittihamlardır və əlbəttə, buna teatr rəhbərliyinin mövqe bildirməsi, hər detala aydınlıq gətirməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan Dövlət  Akademik Musiqili Teatrının direktoru Ə.Lalayev məsələyə bu cür münasibət bildirib:“Son üç ildə teatrda heç kim fəxri ad almayıb. Prezident mükafatı isə iş təcrübəsi ilə əlaqədar verilir. Alanlar da elə 20-25 ildir işləyir. Ona da növbə çatacaq, o da alacaq. Teatrda 70 aktyor var, cəmi 9-u Prezident mükafatı alıb”. 

Bildirək ki, Ü.Əliyeva teatrın repertuar məsələsinə də toxunub, teatrda öz profiinə uyğun olmayan tamaşalar qoyulduğunu, bundan başqa eyni kostyumu başqa tamaşaya da geyinməli olduqlarını deyib.

  • Fəridə Rüstəmova: “Bu qədər müddət keçməsinə baxmayaraq, Ülviyyə xanımın çalışdığı  teatrı hələ də operetta teatrı hesab etməsi təəssüf doğurur”

Sorğumuza cavab olaraq Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova “Bakı-Xəbər”ə “Suallarınızdan biri geyimlə  bağlıdır.  Mənim bildiyim, teatrda yeni tamaşa hazırlanarkən is prosesinə uyğun olaraq paltarlar tikilir. Amma yenə də sualınıza ən doğru cavabı tamaşanın rejissoru verə bilər. Çünki geyimlər tamaşanın quruluşçu rejissoru ilə rəssamının qərarı əsasında hazırlanır.

"Teatrın profilinə uyğun repertuarın olmaması" iradına gəlincə, buna belə cavab verərdim.

2013-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının adından Komediya sozu çixarilib və Azərbaycan Dövlət Akademik Musiqli Teatrı adlandırılıb. Bu da kollektivə geniş yaradıcılıq imkanları verib və artıq 10 ildir ki, teatrın repertuarında operetta janrı daxil, bütün musiqili əsərlərə geniş yer verilir. Teatrın repertuarını yaxından izləyənlər bilir ki, hazırda teatrımızda müzikl, musiqili dram, hətta  balet janrında tamaşalar var. Bu qədər müddət keçməsinə baxmayaraq, Ülviyyə xanımın çalışdığı  teatrı hələ də operetta teatrı hesab etməsi təəssüf doğurur”-deyə bildirdi.

  • Cavid İmamverdiyev: “Ülviyyə xanım demişdi ki, bizdə musiqili komediya getmir, amma mən teatra gələndən iki musiqili komediya səhnələşdirmişəm”

Ü.Əliyevanın “…Hər il tamaşalarımıza dövlət büdcəsindən maliyyə ayrılır. 60, 90, hətta 100 minlik dövlət sifarişli tamaşalarımız olur. Niyə mən “Beş manatlıq gəlin” tamaşasındakı paltarı “Bəxtiyar”da geyinməliyəm?! Fərqli-fərqli tamaşalardır. Teatrın iki metrə parçası yoxdur ki, aktrisanın əyninə başqa bir paltar tiksin?! Tamaşaçı eyni paltarı geyindiyimi hiss etməsin deyə, başqa aktrisanın evindən gətirdiyi jaketi geyinib çıxıram səhnəyə” fikrinə isə “Bəxtiyar” tamaşanın quruluşçu rejissoru və teatrın baş rejissoru Cavid İmamverdiyev münasibət bildirib.  Cavid İsmayılov “Bakı-Xəbər”ə “Ülviyyə çox gözəl aktrisadır. Hər bir aktrisa, ümumiyyətlə sənət adamlarının sözlərində həqiqət də, həqiqət olmayan məsələlər də var. Çünki aktyor böyük bir uşaqdır. Onlar daim fikirləşirlər ki, nə isə onlara çatmır. Belə olur ki, tamaşa üçün paltar tikilir, ya tikilmir. Mən özüm dedim ki, “Bəxtiyar” tamaşası üçün  hansısa kostyumlar təzədən tikilməsin. Nə üçün? Tamaşanın rəssamı Elşən Sərxanoğlu bir neçə kostyum çəkmişdi. Rəssamın çəkdiyi bu kostyumu bizim “kostyumerni”də gördüm və düşündüm ki, artıq bizdə belə kostyum var, yenisinin tikilməsinə ehtiyac yoxdur...Böyük xor üçün  20-30 kostyum tikilmişdi. Bu qənaət deyildi, rejissor kimi mənim  öz fikri idi ki, bu kostyum geyim otağında var və ondan istifadə edilsin. O kostyum vardısa onu yenidən tikməyə ehtyac yox idi. Bu kostyum məsələsi bəlkə də anlaşılmazlıqdan irəli gəlib. Ülviyyə çox gözəl aktrisadır. Aktyorlar istəyirlər çoxlu rollar oyansınlar. Hər rejissor öz fikri ilə gəlir. Mən operetta janrında iki tamaşa qoymuşam. Halbuki, Ülviyyə xanım demişdi ki, bizdə musiqili komediya getmir, amma mən teatra gələndən iki musiqili komediya səhnələşdirmişəm. Onlardan biri “Bəxtiyar”dır və orada Ülviyyə xanım üçün rol gördüm, ona rol verdim. Çox gözəl aktyorlarımız var. Onlar hər tamaşada oynamaq istəyirlər, amma bu mümkün deyil”-deyə bildirdi.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ