çərşənbə günü, 07 oktyabr 2026
     

Azı 50 il əvvəl məşhur Cənubi Azərbaycan şairinin Heydər Əliyev barədə unikal şeiri...

Image


“Türkün dili tək sevgili dil olmaz” rubrikasında dövlət və xalq olaraq 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin Cənubi Azərbaycan ədəbiyyatına, cənublu şair və yazıçılara, o şairlərin, yazıçıların, ziyalıların ulu öndərə bəslədikləri münasibətdən danışmaq istəyirik.

1969-cu ildən başlayaraq uzun bir dövr ərzində bütöv Azərbaycan ədəbiyyatı, Azərbaycan yazarları H.Əliyevin diqqət mərkəzində olub. 

Professor Musa Qasımlı bu barədə yazır ki, H.Əliyev əsərləri həm cənubda, həm də şimalda tanınan, lakin Azərbaycan SSR-də yaşamağa məcbur olan cənublu alim, şair, yazıçı və publisistlərə qayğı göstərirdi. “Onların əsərləri nəşr edilir, mənzil şəraitləri yaxşılaşdırılır, yubileyləri qeyd olunur, müxtəlif mükafatlara layiq görülürdülər və s. Məsələn, Cənubi Azərbaycanın Mərənd mahalının Zunuz kəndində anadan olmuş dilçi alim Muxtar Hüseynzadənin 80 illiyi 1980-ci ildə qeyd edildi. Bu toplantının keçirilməsi həm ana dilinə, həm də cənublu alimlərə qayğının nümunəsi idi.

Bakıda Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyət üçün normal iş şəraiti yaradılmışdı. Azərbaycan rəhbəri bu təşkilatın müraciətlərinə diqqətlə yanaşaraq istəklərini yerinə yetirirdi. Cəmiyyətin 1971-ci il 20 aprel tarixli müraciətinə əsasən, tanınmış şair Balaş Azəroğlunun anadan olmasının 50 illiyi təntənəli şəkildə qeyd edildi. Bu toplantı təkcə Balaş Azəroğluya deyil, bütün cənublu yazıçı və şairlərə qayğının, diqqətin nümunəsi idi. Azərbaycan yazıçılarının 1971-ci ilin iyun ayında keçirilən V qurultayının materiallarında yazılırdı: "Ölkəmizdə İran Azərbaycanından bir qrup yazıçı yaşayıb-yaradır". Qurultayda cənublu yazıçı və şairlərin adından çıxış edən Balaş Azəroğlu cənublu qələm sahiblərinə Azərbaycanın şimalında göstərilən diqqət və qayğıya görə Azərbaycan rəhbərinə dərin minnətdarlığını bildirdi. Qurultayda Heydər Əliyevin parlaq nitqi təkcə ədəbiyyatı və ədəbi yaradıcılıqda gedən prosesləri dərindən bilməsi ilə deyil, eyni zamanda xalqla yaradıcı adamların arasında səmərəli, səmimi əlaqələrin qurulması yolları barədə aydın milli proqramının olması ilə səciyyələnirdi. Heydər Əliyev deyirdi: "Yazıçı xalq üçün yaradır... kütlələrlə, oxucularla yaxınlıq ona xüsusilə coşqun ilham verir". O, bütün yazıçıları, o cümlədən cənubluları xalqla daha yaxın olmağa və xalqın həyatından yazmağa səsləyirdi”.

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri Elnarə Akimova isə məqalələrindən birində Heydər Əliyevə yazılan ilk şeirdən söhbət açıb.

  • “Hamıdan dinlərkən vəsfini Sənin...”

“...Heydər Əliyevin SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışan zaman Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə məlumat o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 1944-1945-ci illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqrafları tərəfindən qeyd olunur. Maraqlıdır ki, Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçöplu Səhənd yazmışdır. Marağalı şair Bulud Qaraçorlu Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeir məktub formasında yazılıb:

Hər ağır dəhşətə mən dözə-dözə,
Məsləkdaş, vətəndaş deyibən gəldim.
Ürək sandığını açmaqçın Sizə
Səfər yarağımı geyibən gəldim.
İstərdim Bakıda SƏN də olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyf ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Fərhad təkin,
Ancaq ki, su gəlib arxa dolmadı.
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışam Sənlə
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.

1970-ci illərin ortalarında yazılan bu məktub-şeir Cənublu şairin Heydər Əliyevin şəxsində öz məsləkdaşını görməsi ilə əlaqədar idi. Ən azı məlum idi ki, Heydər Əliyev sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını Cənubda yaşayan azərbaycanlıların milli kimlik şüurunu oyatmaq, Cənubi Azərbaycanın problemlərinə nüfuz etmək, ana dildə dərsliklər nəşr etmək, Azərbaycan dilində qəzetlər çap etmək, milli dildə şeirlər və əsərlər yazan yerli ziyalıları dəstəkləmək və s. məsələlər təşkil edirdi.

Filologiya üzrə fəlsəfə doktoru Azər Turan “Heydər Əliyev barədə yazılmış ilk mətn - Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin “Elimin dayağı, yurdumun fəxri” şeiri” məqaləsində yazır: “Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə “qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri”. 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı.

“Elimin dayağı, yurdumun fəxri” şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!”.

Səhənd Heydər Əliyevin yanına ağrılarından bəhs etmək, danışmaq, dərdləşmək üçün gəlirdi. “Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq”, - yazırdı. Heydər Əliyev görünür, o zaman yalnız bu taydakı azərbaycanlıların deyil, o taydakı həmvətənlərimizin də pasibanı, himayəçisi, ümid yeri idi. Və təkcə ümid yerimi? Yeri gələndə mücadilə etməkdən çəkinməyən qorxmaz, fədakar vətən övladı!”

  • Əliyevin cənublu şairlərə sonsuz sevgisi…

Alimin qeyd etdiyinə görə, A.Turanın sözügedən məqaləsində Heydər Əliyevin xidmətləri sırasında cənubdan olan digər şair Məhəmməd Biriya ilə bağlı çox nadir və maraqlı olan fakta da vurğu edilir: “Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyətini nəzərdə tuturam: “Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi”. Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan – Saransk həbsxanasından “Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm” deyən yazıq Biriyanı vətənə gətirmişdi”.

O qeyd edib ki, Cənubi Azərbaycan problemi Heydər Əliyev üçün daim prioritet məsələ olmuşdur. Alimin yazdığına görə, ulu öndər 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunduğu çoxsaylı məsələlər kontekstində Cənub ədəbiyyatı ilə bağlı məqamları da həssaslıqla ədəbi yaddaşın dövriyyəsinə daxil etməyi unutmurdu. Heydər Əliyev “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”-deyirdi…

Cənublu yazarlara Heydər Əliyevin qayğı və diqqətindən söz açan E.Akimova yazır ki, cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyar Heydər Əliyevin ən çox sevdiyi şair idi. Şəhriyarın qüdrətli  şairlərdən biri olduğunu vurğulayan alim “Heydər Əliyev də bu üzdən, vaxtilə ona ünvanlanan 21 sualın içində yer alan “ən sevdiyiniz şair kimdir” sorğusuna Şəhriyarın adını çəkərək cavab vermişdir. O, Şəhriyarın ədəbi irsini daim yüksək qiymətləndirmiş, onu böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair, “Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynayan” mütəfəkkir adlandırmışdır. Bu mənada, sevgisinin qaynağı Şəhriyarın şeirlərindəki şairanəliyin gücünə bağlı amil idi. Amma və lakin... “Şəhriyarın ürəyi də səninki tək yaralıdır”... Bu məqam da vardı axı. Bu pillədən artıq vətən, ona həsrət qalan övladlarının obrazı, daxili yaşantıları başqa cür görünür. Bütün varlığı ilə poeziyaya, sənətə münasibətdə estet olmaqla yanaşı, həm də milli ruh daşıyıcısı olan Heydər Əliyev bu məqamda ağrımaya bilmirdi…”-deyə yazıb.

Əlbəttə, Heydər Əliyevin Azərbaycan ədəbiyyatına qayğısı misilsiz olub və bu qayğı siyasəti cənublu şair və yazıçıları da əhatə edib. Səhəndin məşhur şeiri də ulu öndərə cənubluların böyük ehtiram və sevgisinin bir nümunəsi idi:

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ