Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan "Kazan odları"nın builki 10-cu sayında tatar oxucusuna Əkbər Qoşalının şeirlərindən örnəklər təqdim edilib. İstedadlı tatar şair-tərcüməçisi Rifat Salahın çevirdiyi şeirlər "Qardaş xalqlar ədəbiyyatı" bölümündə verilib.
Beynəlxalq "Alaş" Ədəbi mükafatı laureatı olan Ə.Qoşalının şeirləri daha oncə də tatarcaya, digər qardaş xalqların türkcəsinə, habelə ruscaya, ingiliscəyə çevrilib.
İradə SARIYEVA