Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaq.
5 noyabr 2021-ci il saat 17:00 da açılacaq sərgidə Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlarla yanaşı, əslən Qarabağdan olan görkəmli sənət dühalarımızdan Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərində onlara məxsus sənədlər, şəxsi əşyalar, hədiyyələr, fotolar, afişalar və digər qiymətli nümunələr təqdim olunacaq.
İradə SARIYEVA